Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Biləcəri sindromu: Qaz problemi tərəfləri qarşı-qarşıya qoydu

04 Sentyabr 2010 [09:40] - MİLLİ.AZ
Sakinlər qaz istismarı sahəsindən, qarşı tərəf isə sakinlərdən gileyləndi...
Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsində ciddi qaz problemi var. Qəsəbənin bir neçə ərazisində - Məlik Aslanov, Rəşid İsmayılov, Yəhya Hüseynov küçələrinin sakinləri qaz üzünə həsrət qalıblar.

Sakinlər Milli.Az xəbər portalına ünvanladıqları şikayətdə bildirirlər ki, qaz məsələsi onların əzəli problemləridir: ya tamamilə olmur, ya da o qədər zəif təzyiqlə verilir ki, istifadəyə yaramır. Şikayətçilər vəziyyətin dözülməz olduğunu bildirirlər: "Qarşıdan soyuq havalar gəlir. Soyuqda isə evdə oturmaq mümkün olmayacaq. Ümid elektrik enerjisinə qalır. Elektrik enerjisindən istifadə etdikdə isə sayğaclar o qədər pul yazır ki, sonra bunun öhdəsindən gələ bilmirik. Binəqədi rayon Qaz İstismarı Sahəsinə müraciətlərimiz isə həllini tapmır” - deyə şikayətdə vurğulanır.

Binəqədi rayon Qaz İstismarı sahəsinin rəis müavini Sahib Bağırov Milli.Az xəbər portalına açıqlamasında şikayətçilərin dediklərini təkzib edərək Biləcəri qəzəbəsində ciddi qaz probleminin olmadığını bildirdi. Onun sözlərinə görə, yaranmış qaz problemi isə kiçik problemdir: “Qaz o vaxt olmur ki, ya qəza baş verir, ya da qaz xəttində xırda sızmalar baş verir. Bu zaman qazın təzyiqi bizim tərəfimizdən aşağı salınır. Bu da sakinlərin narazılığına səbəb olub. Bunları nəzərə almasaq, Biləcəri qəsəbəsində qazla bağlı problem yoxdur. Əgər problem olsa, dərhal həll ediləcək".

Rəis müavini onu da əlavə etdi ki, bəzən abonentlər problemi şişirdirlər: “Bəzən qazın olmamasından şikayət edirlər. Gedib yerində araşdırarkən, məlum olur ki, qazı gəlir”.

Anar Məmmədov
Milli.Az
URL: http://www.milli.az/news/society/20333.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1445

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: