Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Dağıstanda baş vermiş partlayış azərbaycanlı sərnişinlərin hərəkətinə mane olmayacaq

07 Sentyabr 2010 [17:24] - MİLLİ.AZ
Dağıstan ərazisində yük qatarının partlaması ilə əlaqədar olaraq hazırda Azərbaycandan Rusiyaya və geriyə hərəkət edən qatarlardakı sərnişinlərin başqa qatarlara keçirilməsini təmin etmək üçün hazırlıq işləri aparılır.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər. Məlumata görə, yük qatarının partlaması, teplovoz və bir neçə vaqonun relsdən çıxması ilə bağlı hazırda sərnişinlərin Bakı-Moskva qatarından Sankt-Peterburqdan Bakıya və geriyə hərəkət edən qatara yerləşdirilməsini təmin etmək üçün işlər aparılır.

“Sankt-Peterburq - Bakı reysinin sərnişinləri Azərbaycan paytaxtına qayıdan Bakı-Moskva qatarına yerləşdiriləcəklər. Öz növbəsində Bakı-Moskva reysinin sərnişinləri Sankt-Peterburq - Bakı qatarına yerləşdiriləcək və Rusiya paytaxtına göndəriləcəklər”, - mənbə bildirib.

Həmçinin, mənbənin sözlərinə görə, hazırda Azərbaycanın Rusiya ilə sərhədində Bakı-Tümen qatarı var. O, yerli vaxtla 23:00-da hadisə yerinə çatacaq.

“Hesab edirəm ki, bu vaxta qədər problem həll olunacaq və hərəkət bərpa olunacaq”, - mənbə vurğulayıb.

Son vaxtlar Dağıstan ərazisində partlayış halları çoxalıb. Partlayışlar qatarların hərəkət qrafikinə mənfi təsir göstərməklə yanaşı, əhalini bu nəqliyyat növündən istifadə etməklə bağlı qorxuya salır.

/Trend/


URL: http://www.milli.az/news/society/20658.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 707

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: