Firudin Qurbansoy Milli.Az xəbər portalında günün qoroskopunu təqdim edir.
Göylərin mənzərəsi 09 sentyabr cümə axşamı, 2-ci Ay günü, Günəş - Şirdə, Ay - Tərəzidə, Merkuri - Qızda, Venera - Əqrəbdə, Mars - Tərəzidə, Yupiter - Qoçda, Saturn - Tərəzidə, Uran - Qoçda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləriQoç - İşləriniz rahat alınacaq. Maddi durumunuz yüksək olmasa da, nəzərdə tutduğunuz planları həyata keçirə biləcəksiniz. Şəxsi münasibətlərinizdə anlaşılmazlıq yaranacaq.
Buğa - Çətin gündür. Çoxsaylı qanunların heç birini pozmamalısınız. Sevgi münasibətlərində yaxşılığa doğru irəliləyiş var.
Əkizlər - İşləriniz yaxşı gedəcək. Uğur qazanmaq şanslarınız çoxdur. Özünüzü təmkinli və gözütox aparın. Münasibətlərinizdə problemlər meydana çıxa bilər.
Xərçəng - Özünüzü əzgin hiss edəcəksiniz. Xoşlamadığınız vəziyyət yarana bilər. Soyuqqanlıqla həll etməyə çalışın.
Şir - İşləriniz alınacaq. Ev dəyişmə, köçmə əməliyyatları uğurludur. Bu gündən səmərəli istifadə etməyə çalışın. Maddi imkanlarınızı səfərbər edin.
Qız - Çətin gündür. İşlərinizdə problemlər meydana çıxa bilər. Səhhətinizə qarşı diqqətli olmalısınız, mübahisələrdən qaçmaqla əsəbilərinizi qorumalısınız.
Tərəzi - Romantik əhval-ruhiyyəniz yüksək olacaq. Çətin görünə bilən və perspektivdə sizə fayda gətirəcək işlərin həlli sizin üçün problem yaratmayacaq.
Əqrəb - Səhhətinizlə bağlı narahatlıqlar ola bilər. Əsəbiləşməyin, ötən günlərin pis təəssüratını unudun. Sizi sevən insanlar daha çoxdur.
Oxatan - Yaranmış uğurlu şəraitdən istifadə etməklə maddi vəziyyətinizi yaxşılaşdıracaq məsələlərin həllinə nail olmalısınız.
Oğlaq - Səhhətinizə qarşı diqqətli olun. Əsəbi ovqatı özünüzdən uzaqlaşdırın. Xeyir gətirə biləcək məsələlərin həllinə girişin.
Dolça - İşləriniz gözlədiyinizdən də gözəl alınacaq. Gün ərzində ancaq xoş və səmimi sözlər eşidəcəksiniz. Zəkanızı işə salmaqla yarımçıq qoyduğunuz məsələni tamamlayacaqsınız.
Balıqlar - Səhhətinizə qarşı diqqətli olun. Hər bir iş gözlədiyiniz qədər də asan deyil. Maddi durumunuzu yaxşılaşdırmaq yönündə uğurlarınız çoxala bilər.
Milli.Az