Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Sabirabadda “Narkomaniyaya Yox Deyək” rəsm sərgisi keçirilib - FOTO

04 Dekabr 2010 [15:20] - MİLLİ.AZ
“İRƏLİ” İctimai Birliyi və Sabirabad rayon Gənclər və İdman idarəsi Sabirabadda “Narkomaniyaya Yox Deyək” devizi altında rəsm sərgisi keçirib.
“İRƏLİ”dən Milli.Az xəbər portalına daxil olan məlumata görə, tədbirdə yeniyetmələrin əl işlərindən sərgi hazırlanıb. Əvvəlcə sərgiyə baxış keçirilib. Sonra Sabirabad rayon Gənclər və idman idarəsinin rəisi Nadir Quliyev narkomaniyanın törətdiyi fəsadlardan və gənclərin təlim-tərbiyəsindən danışıb.

“İRƏLİ” İctimai Birliyinin nümayəndəsi İmaməddin Quliyev AİDS və narkomaniyanın törətdiyi fəsadlar və “İRƏLİ” İctimai Birliyinin bu sahədə apardığı layihələr və aksiyalar haqqında məlumat verib.

Tədbirdə bu mövzu ilə bağlı marifləndirici bukletlər paylanılıb və rəsm müsabiqəsində iştirak edən məktəblilərdən üç ən yaxşı rəsm müəllifi rayon Gənclər və idman idarəsi tərəfindən diplom və hədiyyələrlə təltif olunub. Bundan başqa “İRƏLİ” İctimai Birliyinin İnformasiya Texnologiyaları Mərkəzinin Sabirabad rayonunda təşkil etdiyi kompyuter kurslarında fərqlənən gənclər şəhadətnamə ilə təltif olunub.

Tədbirin sonunda  “İRƏLİ” İctimai Birliyinin üzvü, gənc rejissor Elvin Abdullayevin “Özgə Günah” (gənclərdən, onların sosial problemlərindən və narkomaniyadan bəhs edir) filminin təqdimatı olub.

Milli.Az













URL: http://www.milli.az/news/society/28445.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1431

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: