Facebook-dakı lentinizdə ən maraqlı materialları operativ şəkildə almaq üçün "Bəyəndim"i klikləyin
Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Xanciqazlo kəndində çaqqal üç nəfəri dişləyib. İlk hadisə sübh vaxtı baş verib. Yırtıcı otbiçən yerli sakin Məhərrəm Əliyevə hücum edib. Bir saat sonra həmin yerdə çaqqal qadını dişləyib, sonra isə kişiyə hücum edib. Sonuncu - Saləddin Osmanovun vəziyyəti ağırdır. Çaqqal onu ayağından və qarın nahiyəsindən dişləyib. Zərər çəkənlərin hamısı vaksinasiya edilib və rayon xəstəxanasında müalicə alırlar.
Səhvlər barədə məlumat vermək
Çap üçün versiya










