Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Bakının böyük şossesində tıxacın yaranma səbəbi nədir?

22 Sentyabr 2011 [09:15] - MİLLİ.AZ
Bakı şəhərinin mərkəzi hissələrində həllini tapmayan tıxac problemi, artıq mərkəzdən kənar ərazilərə də çatıb.
Milli.Az xəbər portalına ünvanlanan oxucu məktubunda, məktub sahibi deyir ki, Sabunçu rayonu ərazisindəki şəhər şossesində hər gün tıxacda qalır: “Sabunçu rayonunda, Balaxanı qəsəbəsinin girəcəyində "dördyol" deyilən yerdə, demək olar ki, hər gün tıxacdır. Saat 8:00-dan 9:30-a kimi həmin ərazidə tıxac olur. Hər gün 20 dəqiqə yolda tıxacda qalırıq. Xahiş edirəm, bizə yardım əlinizi uzadın”.

Bakı Şəhər Yol Polis İdarəsinin bölmə rəisi Vaqif Əsədov Milli.Az xəbər portalına açıqlamasında həmin ərazidə tıxacların yaranmasına aydınlıq gətirdi. Bölmə rəisi bildirdi ki, əsas yol hesab olunan şəhər şossesindəki tıxac, həmin yolun Balaxanı qəsəbəsinə dönən "T" şəkilli yolun kəsişməsində meydana gəlir: “Balaxanı ilə kəsişən yol ikinci dərəcəli hesab olunur. Balaxanıdan həmin yola çıxan avtomobillərin sayı az olduğundan, üstünlük Zabrat istiqamətində olan baş yola verilib. Orada hər iki istiqamətə işıqforun yaşıl işığı yanan zaman hərəkət davam edir. Ona görə də Balaxanı istiqamətində hərəkət edən avtomobillər qarşı tərəfdən gələn nəqliyyat vasitələrini gözləmək məcburiyyətində qalır. Bu isə avtomobillərin hərəkətinin ləngiməsinə və uzun tıxaca səbəb olur”.

Bölmə rəisi hesab edir ki, şəhər şossesində tıxacların aradan qaldırılması və avtomobillərin hərəkətinin yaxşılaşdırılması üçün magistralın hərəkət zolağının sayının artırılması lazımdır. Bu isə hələlik mümkün deyil. Ona görə də, sürücülər işıqforun tələblərinə düzgün əməl etməlidir.

V.Əsədov əlavə etdi ki, bu məsələ ilə bağlı aidiyyatı üzrə “Siqnal” idarəsi qarşısında məsələ qaldırmaq lazımdır. Əgər problem həmin qurum tərəfindən qəbul edilərsə, aradan qaldırılacaq.

“Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov Milli.Az xəbər portalına açıqlamasında bildirdi ki, magistral yol, ən yüksək beynəlxalq standartlar səviyyəsində yenidən qurulacaq. Bu yol, "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial iqtisadi inkişafına dair Dövlət Proqramı”ına salınacaq və yol əsaslı təmir olunacaq.

Anar Məmmədov
Milli.Az
URL: http://www.milli.az/news/society/69766.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1223

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
pti 22.09.2011 09:46
MILLI .az sizə çox-çox minnətdaram,bizə kömək etməyi unutmamısınız.İnşallah,deyirlər 2013-ə qədər düzələcək,bu qədər dözmüşük 2ildə dözərik.axı bizim xalqımız çox səbrli xalqdır,xüsusəndə Balaxanı qəsəbəsinin sakinləri.Minnətdaram
Zabratli 22.09.2011 13:28
hemin yol qeseb sakinleri uchun kabusdur.Her gun qeza, piyada vurma. Yolu temir etseydiler biz de gun gorerdik.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: