Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Bakıda qopan ağacı kim yığışdırmalıdır? - FOTO

15 Noyabr 2011 [09:00] - MİLLİ.AZ
Küləyin divan tutuduğu ağac 6 gündür, yolu kəsib.
Bakıda son günlər ərzində güclü külək ağaclara divan tutdu. Paytaxt ərazisində bir neçə böyük ağac küləyin təsirindən qopdu. Milli.Az xəbər portalına ünvanlanan məktubda da ağac problemindən sohbət açılır. Elşən adlı oxucu portalımıza yazır ki, yaşadığı Qaraçuxur qəsəbəsi, məhəllə 404260 ünvanında, 1 və 2-ci binaların arasındakı böyük ağac güclü küləyin təsirindən kökündən qoparaq yolun ortasına düşüb. Artıq 6 gün keçməsinə baxmayaraq, ağacı yoldan götürən olmayıb. Yolun ortasına yıxılmış ağac maşınların gediş-gəlişinə mane olur.

Ərazi üzrə cavabdeh olan 63 say Mənzil İstismar Sahəsindən Milli.Az xəbər portalına ağac qırılmasına cavabdeh olmadıqlarını dedilər. MİS-in Məmməd adlı mühəndisi bildirdi ki, qırılan, quruyan ağacların təmizlənməsi işinə Bakı Şəhər Yaşıllaşdırma İdarəsi baxır.

Bakı Şəhər Yaşıllaşdırma İdarəsindən Milli.Az xəbər portalına bildirildi ki, həmin ünvanda ağacın qopmasından xəbərsizdirlər. İdarədən ağac qopan ərazinin ünvanı götürüldü və qısa zamanda problemin aradan qaldırılacağı bildirildi.

Anar Məmmədov
Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Foto: Elşən İmanov
URL: http://www.milli.az/news/society/79949.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 831

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
ferid 15.11.2011 09:17
Təkcə Bakida? bizim məhəllədə 2 həftədir aqac aşıb bir Allah bəndəsi ağacı götürməklə məşğul deyil.Məhləyə girişi 200 m uzadir,ustəlik cala çökəli yol
Qaqa 15.11.2011 09:53
Qaqa, kendinin adini yaz
Kenan 15.11.2011 10:00
Niye eziyyet cekib gotursunler.Onsuz da qarsidan qish aylari gelr, yagis, kulek ,qar olacaq yene de ashacaq.Bir defelik yazda goturerler.
Cicek 15.11.2011 10:20
Bu rayonlarda da belədir. Ehtiyaci olan insanda gelib onu qırıb evində odun kimi istifadə etməyədə icaze vermirler. Mən bizim rayonda bunun şahidi olmuşam.
Kenan 15.11.2011 11:47
Bakini temizlediler, qaldi rayonlar. Rayonlar yaddan cixib.
Cicek 15.11.2011 12:51
Niye elə deyirsiz? Fərqi nədir ki /Bakini temizlediler, qaldi rayonlar/ insan yaşadığı yerlərdi. Hər yerə lazımdır. Cümlə elə qurulub ki siz rayondakılar danışmayın biz Bakılılar olduğu yerdə. Səhvsiz.........
Kenan 15.11.2011 13:47
Cicek xanim. Size danisma deyen yoxdur. Men goyden dusmemisem ki,men de burda yasayiram. Menim sherhimde hansi mena ile yazdigimi 1-ci sinif shagirdi basa duserdi,siz basa dusmediniz. Men yazmisam ki, yeni Bakini temizledilerki rayonlarida temizlesinler? Yeni Bakinin paytaxt sheher ve goz onunde oldugu ucun temiz olmasi vacibden vacib bir meseledir. Rayonlarin yaddan cixmasini on gore yazmisam ki, onu da ozunuz basa dusun burda yazilasi movzu deyil. Basa dushsez yazarsiz,dushmeseniz yazmayin.
Cicek 15.11.2011 14:25
Ola bilər səhv başa düşmüşəm.
bakili 15.11.2011 10:37
duz deyirsiniz.
Elnur R. 15.11.2011 11:06
Niyə Bakıda, elə hər yerdə, Sumqayıtda da belə yıxılmış ağac nə qədər istəyirsən var.......
Fiko 15.11.2011 14:07
bizim mehellede mawinin ustune duwmuwdu.opel apar-tulla olmuwdu.1-2 gun qaldi mawinin ustunde axirda mawinin yiyesi ozu agaci 3-4 yere boldu cixardi mawini ordan.gulmeli deil??:)))
Fiko 15.11.2011 14:08
amma eslinde aglamalidi!!gor ne gundeyik!!
aylin 15.11.2011 14:59
size qatiliram Fiko.bizdede bele bir hadise bash vermishdi.dehshet!

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: