КУПИТЬ СМАРТФОН СТАЛО ПРОЩЕ Azərbaycanın iş və işçi axtarışı saytı

Milli.Az / Cəmiyyət

Zirəddin Rzayev: "Fəlakətlər görürəm"

25 Yanvar 2012 [13:26] - MİLLİ.AZ
"Mən verdiyim proqnozlarla qorxu yaratmaq istəmirəm".
Moskvada yaşayan həmyerlimiz, məşhur ekstrasens, parapsixoloq Zirəddin Rzayevin müsahibələri, açıqlamaları hər dəfə ciddi müzakirələrə, söz-söhbətlərə rəvac verir. Ekstrasensin ötən ilin dekabrında Azərbaycan mətbuatına verdiyi 2012-ci illə bağlı "qanlı" proqnozlarla dolu olan son müsahibəsi də xüsusilə yaddaqalan oldu. Biz də həmin proqnozlardakı maraqlı məqamları nəzərə alaraq ondan qəzetimizə daha ətraflı danışmasını xahiş etdik. Beləliklə, yeni ildə ilk müsahibəsini "Ekspress"ə verən Z.Rzayevin nələrdən danışdığını bilmək istəyirsinizsə, müsahibəni oxumağınız yetər...

- Bu il üçün çox bədbin proqnozlar səsləndirmisiniz. Doğrudanmı, dediyiniz kimi, "2012-ci il qanlı il" olacaq?

- Mən verdiyim proqnozlarla qorxu yaratmaq istəmirəm. Bəzən yanlış yanaşmalara görə ümumiyyətlə proqnoz vermək istəmirəm. Ancaq deməyəndə də haqqımda başqa cür düşünürlər. Bəli, mən yenə də deyirəm ki, bu il o qədər də rahat keçməyəcək, xoşməramlı olmayacaq. Daha başqaları kimi iddia etmirəm ki, "bu il dünyanın sonudur, qiyamət günü olacaq". Əslində, mən həmişə belə iddialara qarşı olmuşam. Mənim konkret gördüyüm, dediyim budur ki, 2012-ci il aqressiv ildir, çoxlu müharibələr, münaqişələr gözlənilir, böyük dağıntılara səbəb olacaq zəlzələlər, təbii fəlakətlər görürəm. Ona görə də bütövlükdə 2012-ci il qanlı il sayıla bilər, əsasən də, Cənubi Amerika, Argentina, Çili, Kolumbiya, Venesuela və Braziliyanı təbii fəlakətlər gözləyir. Şimali Amerikanın cənubunda qasırğa və izahını verə bilmədiyim qırmızı işıq görürəm.

Mənim gördüklərimin əksəriyyəti artıq öz təsdiqini tapır. Məsələn, Yaponiyada böyük fəlakətə səbəb olacaq sunaminin və bu ölkənin şərq hissəsində zəlzələlərin olacağı ilə bağlı verdiyim proqnozlar özünü çox gözlətmədi. Eləcə də proqnozlarımın birində İranın paytaxtında partlayış olacağını gördüyümü demişdim. Məlum olduğu kimi, bu yaxınlarda Tehranda törədilmiş qanlı terror nəticəsində İranın məşhur nüvə alimi Mustafa Əhmədi Rövşən və daha bir nəfər həlak oldu.

Mən bu siyahını uzatmaq istəmirəm, çünki artıq bu barədə mətbuatda dəfələrlə yazılıb. Amma onu bir daha təkrarlamaq istəyirəm ki, Yer kürəsi kosmosdan çox acınacaqlı görünür.

- Ötən il noyabrın 10-da 30 yaşınız tamam oldu. Əgər xatirinizdədirsə, ad günündən bir gün əvvəl sizinlə Moskvada görüşmüşdük. Yubiley münasibətilə sizi təbrik edəndə yarızarafat, yarıciddi dediniz ki, "qanımı qaraldırsınız, ad günlərim mənimçün ən qəmli anlarımdan biridir". Amma bunun niyə belə olduğu barədə sualıma o zaman cavab verməmişdiniz. Bəlkə indi bu barədə danışasınız?

- Doğrudan da, mən öz ad günümü sevmirəm. Amma ötən il yubiley olduğu üçün məni ad günümü keçirməyə dostlarım məcbur elədilər. Mən də onların sözünü yerə salmadım, Moskvanın məşhur klublarının birində Rusiyanın tanınmış şou-biznes nümayəndələri ilə birlikdə və dostlarımın əhatəsində yubileyimi qeyd etdik.

- Eşitdiyimə görə, ad gününüzə 60-a yaxın xarici telejurnalist, KİV nümayəndəsi qatılıb. Onları özünüz dəvət eləmişdiniz, yoxsa özləri xəbər tutub gəlmişdilər?

- Onlar məni öz verilişlərinə dəvət eləmiş şəxslər idi, televiziya işçiləriydi. Yəni məni tanıyanlardı, xəbər tutmuşdular ki, ad günümdür, gəlmişdilər. Həmin gün onların gəlişinə görə içimdə böyük bir həyəcan yaşadım, görəsən, qonaqları yerləşdirə biləcəyəmmi. Şükürlər ilsun ki, hər şey ürəyimcə oldu. Sualınızın əsas mabədinə - ad günümlə bağlı qanımın qaralması məsələsinə gəlincə, bunun səbəbi var. Mən hər günümə, dəqiqəmə qiymət verən, yaşamağı ürəkdən sevən insanam. Həyatda baş verən proseslərə yanaşmada mənim özümün şəxsi fəlsəfəm var: ad günüm məni həm qocaldır, həm də ölümə bir addım yaxınlaşdırır. Ona görə qanım qaralır, sevmirəm ad günümü.

- Deməli, 30 yaşı qocalıq hesab edirsiniz?

- Mənimçün hə, qocalıq saymaq olar.

- Belə qərara gəlməyinizin səbəbi nədir?

- Çətin sualdır. Bu suala cavab vermək istəmirəm.

- Bir vaxtlar uzun yaşamayacağınızı demişdiniz. Bəlkə ad günlərinizdə qəmgin olmağınız bundan dolayıdır?

- Açıq desəm hə, onunla bağlıdı. Ancaq bu barədə danışanda anam həddən artıq narahat olur, ağlayır. Ona görə bunu dilimə gətirmirəm.

- Deməli, siz öz gələcəyinizi görürsünüz?

- "Gələcəyimi görə bilmirəm" demək ekstrasens üçün acizlikdir. O sözü şarlatanlar ortaya atıblar ki, elmin qınağına tuş olmasınlar. Amma əslinə qalsa, Vanqa, Nostradamus və başqaları da öz gələcəklərini bilmişlər. Təbii ki, hər şeyi bilmək mümkün deyil. Bu, Tanrının istədiyi qədər mümkündür.

- Adama öz həyatının sonunu əvvəlcədən görməsi çox dəhşətli gəlir...

- Təbii ki, ağırdır. Amma mən sizə demədim ki, öz həyatımı bütünlüklə görürəm. Bir insanın həyatını tamlığıyla görmək mümkün deyil. Taleyimə aid müəyyən nüanslar var ki, onları görürəm. Bəziləri deyirlər ki, mən hər şeyi bilirəm: yerin altını da, üstünü də. Bu iddiadır, günahdır, haramdır. Bəyənilməyən bir fikirdir, insanda ikrah hissi doğurur. Ancaq elə şeylər var ki... Məsələn, həkimə demək olmaz ki, o, ölünü dirildir. Həkim hər şeyi edə bilir, amma çox şeyi edə bilmir. Bu nöqteyi-nəzərdən yanaşıram. Ona görə də mən öz taleyimlə bağlı hər şeyi yox, çox şeyi bilirəm.

- Bu mənada bəzən başqalarının da taleyini demək çətin olar, yəqin. Yəni elə şeylər olur ki, onu demək olmur adama...

- Məni fəaliyyətimdə ən çox incidən bu nüanslardır. Bəzən görürsən elə adamlar olur ki, hətta doğru olsa belə, onların barəsindəki ürəkaçmayan fikirləri deyə bilmirəm. Bəzən görürəm ki, insan hazır deyil bu cavabı eşitməyə, məcbur olub onu müxtəlif formalarda çatdırıram.

- Son aylar işlərinizdə, həyatınızda nə kimi dəyişikliklər baş verib?

- Oğlum Ruslanın 2 yaşına adlamasını saymasaq, həyatımda elə bir ciddi dəyişikliklər olmayıb. Ancaq şükür Allahın verdiyinə, ekstrasens kimi kömək elədiyim insanların duaları mənimçün yenilikdir, dəyişiklikdir. Bunlar məni sevindirir. Hər gün daha bir sevindirici xəbər almaq mənimçün xoşdur. İşimdə isə uğurlarım çoxdur...

- Bir ara ekstrasensliklə məşğul olmaq istəmədiyinizi, başqa sahə seçəcəyinizi bildirmişdiniz. Amma hələ də ekstrasens kimi fəaliyyət göstərirsiniz...

- Mənim belə bir iddiam var. İnşallah, müəyyən məqama çatandan sonra fikrim var ki, fəaliyyətimi məhdudlaşdırım. Ancaq tam imtina etmək fikrim yoxdur, fəaliyyətimi 90-95 faiz dayandırmaq istəyirəm. Ekstrasenslik mənimçün çox ağırdır, çətindir, həm mənəvi, həm də maddi cəhətdən. Ona görə də planlarım var, əgər o planları həyata keçirə bilsəm, ekstrasenslik fəaliyyətimi məhdudlaşdıracağam.

- Bəlkə bununla bağlı başqa səbəblər var? Məsələn, tutaq ki, ekstrasenslik eləməyə sizin daha əvvəlki enerjiniz qalmayıb...

- Əksinə, mən əvvəlki vaxtlarla müqayisədə özümü indi daha güclü, daha enerjili hiss edirəm. Əvvəllər çox müraciətlər olurdu, heç kimə imtina eləmirdim, hər yerə gedirdim. Amma indi elə deyil, artıq müəyyən qədər öz fəaliyyətimi qiymətləndirirəm, özümün qayğıma qalıram. Məhz bu baxımdan enerjim, istirahətim yerindədir. Bu da məni sevindirir.

- Demək, məşhur olandan sonra belə qərara gəlmisiniz?

- Deyərdim ki, ağıllanandan sonra belə bir qərara gəlmişəm. Çünki məşhurluq başqa şeydir. Ümumiyyətlə, hesab elədim ki, mənim ailəm var, uşaqlarım var, ona görə də özümü çox xərcləməməliyəm, məhv etməməliyəm. Hər bir şeyin bir həddi-hüdudu olduğu kimi, Zirəddin Rzayevin də özünün işləmə qabiliyyəti var. O, saat kimi bütün gecə və gündüzü fasiləsiz işləyə bilməz. Çalışıram ki, gecələr az təmasda olum, insanlarla az-az görüşüm. Amma əvvəllər elə olurdu ki, bəzən istirahət günləri də fəaliyyət göstərirdim, xahişlərə, müraciətlərə görə gecə saat 3-ə, 4-ə kimi işləyirdim. Artıq buna qadağa qoymuşam.

- Sizcə, ektrasenslik elmdir, yoxsa..?

- Ekstrasenslik əslində vergidir. Mənə görə, vergi insanın öz istəyi ilə əldə edə bilmədiyi bacarığa deyilir. Bu, şəxsən Zirəddin Rzayevin vergiyə verdiyi tərifdir. Vergi elm deyil, ancaq elm vergi deməkdir. Məsələn, Məhəmməd peyğəmbərin (s.ə.s) müəllimi, savadı olmamışdı. Ancaq gəlin görək, biz bu gün Peyğəmbəri alim adlandıra bilərikmi?

- Bildiklərinə görə, bəlkə də adlandırmaq olar...

- Təbii, çox məntiqi cavabdır. Peyğəmbərimizin müəllimi, savadı olmaya-olmaya, yetimliklə bu mərtəbəyə çatması, əlbəttə ki, ilahi vergiydi. Elm peyğəmbər deyil, ancaq peyğəmbər elmdir. Ona görə də, mən vergini elmdən kənar və elmin tərkibində məhdudlaşdıra bilmirəm. Fəlsəfi bir mübadilə var, elmlə ektrasensorikanın fəlsəfi mübadiləsi.

- Maraqlıdır, həyatınızın indiki mərhələsindən razısınız?

- Yox, konkret olaraq yox.

- Niyə?

- Çətin sualdır.

- Hər çətin sualın da bir cavabı var axı...

- Doğrudan, çətin sualdır, ümumiyyətlə, həyatımdan razı deyiləm. Məni bu həyata bağlayan, sevdirən təkcə ailəm, balalarımdır. Övladlarımı həyatımda nail olduğum ən böyük uğurlarım hesab edirəm.

- Bəs siz nəyi əldə etmək istəyirdiz ki, onu bu günədək əldə etmədiyinizdən belə narazısınız?

- Fəlsəfi bir cavab verəcəm sizə. Həyatda o zaman rahat olardım ki, indiki zamanədə yaşamazdım, başqa dünyada yaşayardım. Mən bir insan, bir Zirəddin kimi yaşadığımız bu dünyaya adaptasiya ola bilmirəm. Belə yaşamaq mənimçün çətindir.

- Demək istəyirsiniz ki, siz öz əsrinizdən tez doğulmusunuz, əslində 22-ci əsrdə doğulmalı idiniz?

- Nə deyim, bəlkə, doğrudan da belədir. Mən bu barədə daha heç nə demək istəmirəm.

- Sizin qabiliyyətinizə, ektrasenslik fəaliyyətinizə kölgə salan, əks fikirlər səsləndirən, sizə inanmayan, haqqınızda birmənalı düşünməyənlərə nə deyərdiniz?

- Sizə bir nümunə deyim: məsələn, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da həm iqtidar, həm də müxalifət var və hər ikisi bir-birinin əksidirlər. Bu, normal haldır. Əgər bir ölkədə təkcə iqtidar olsaydı, müxalifət olmasaydı, yaxud da əksinə, bu, ədalətsizlik olardı. Bu mənada bu gün Zirəddin Rzayevə inananların olub, inanmayanların olmaması da ədalətsizlik, ilahi qanunauyğunluğa zidd olardı. Məni sevənlər də var, sevməyənlər də. Allah hamısının köməyi olsun. Axı, məni hamı ekstrasens kimi qəbul edə bilməz. Allahın özünə də inanmayanlar, inkar edənlər var.

Mən həmişə tənqidi normal, təhqiri aqressiya ilə qarşılayıram. Tənqid olmasa, inkişaf da olmaz. Həmişə tərif eşitsən, bu səni durğunluğa gətirib çıxarar. Ancaq söhbət Zirəddin Rzayevin şəxsiyyətindən, fəaliyyətindən gedirsə, mən məşğul olduğum sahədə öz sözümü demiş və möhürümü vurmuş olsam da, özümə, işimə kifayət qədər tənqidi yanaşan adamam. Hər gün öz-özümə tənqid dolu suallar ünvanlayıb, cavabını verirəm. Bir vaxtlar Lev Tolstoy da oxucularının adından özünə tənqidi məktublar yazarmış...

- Qarşıdakı illər üçün planlarınız nədir?

- Bir neçə ölkədən maraqlı təkliflər almışam, onların üzərində fikirləşirəm. Təkliflərdən biri Amerika şirkətlərindən gəlib. Həmin şirkət istəyir ki, gücümü onlara isbat eləyim, sonra birgə fəaliyyət göstərək. Bu yaxınlarda şirkətin nümayəndələri ilə növbəti dəfə görüşüb yekun qərar qəbul edəcəyəm.

- Maraqlı təklifdir, yəqin ki, təklif ekstrasenslik fəaliyyətinizlə bağlı olar?

- Bəli.

- Bir neçə il öncə sizə Almaniyadan da neftlə bağlı təklif eləmişdilər. Axırı necə oldu?

- Orada işlər çox yaxşı gedirdi, müsbət nəticələr də vardı. Çox təəssüf edirəm ki, 2 şirkət arasında yaranan konflikt bu işimizi axıradək davam etməyə imkan vermədi.

Milli.Az
URL: http://www.milli.az/news/society/93278.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 15269

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
Əjdaha 25.01.2012 13:40
Əjdaha ili həmişə uğursuz il ol
Konak 25.01.2012 13:51
Zirəddin Rzayev: "Fəlakətlər görürəm" demiş ... yanında olsyadım ... Fəlakəti görüp görmediğini anlardı...
Raqo 25.01.2012 13:58
Konak ne zamandir yoxsan buralarda. Haraya qonmushdun??????
:-((((( 25.01.2012 14:46
kenan.29- da yoxdur (((
????? 25.01.2012 15:05
Buralardayam. Adimla yazanlar var. Eger kimese kobud ifadeler yazilirsa bilin ki, bunu men yazmiram.
Konak 25.01.2012 17:31
Konak benim .. ben buralardayım..biraz işim vardı...onları bittirdim..
yari yaprak 25.01.2012 14:15
ay sene aferin qadan alim senin.raziyam
aytac 08.11.2012 18:56
of.............................ya
VÜSAL RƏHİMOV 25.01.2012 14:02
Bunların hamısı demək olarki,hər il baş verir.sənin dediyin real və konkretlik deyil.az yatki çox yuxu görməyəsən!
aytac 08.11.2012 18:54
duz deyirsiz2
Rauf 25.01.2012 14:14
Əgər sən gələcəyi görürsənsə və gördüyün gələcək doğrudan reallaşırsa və ona heç bir təsir imkanına malik deyilsənsə ( bu təsir ola da bilməz ) , onda bu gələcəyi görməkdən görməmək nəinki çox-çox yaxşıdaır, hətta müqayisəolunmazdır.
sago 25.01.2012 14:17
bir fikir ver ozunu kimlerle muqayise edir.yasadigi heyati sevmeyen insandan ne gozluyursuz bu heyati insana Allah verib
Sevindim gəldiyinə 25.01.2012 14:21
Konak
bütöv yaprak 25.01.2012 14:24
inanmıram yalandı.
Xoş gəldiniz 25.01.2012 14:25
Rauf.Sizi görmək xoşdu.
Rauf 25.01.2012 14:34
Ay Xoş gəldiniz, iş doğrudan vurub-öldürməyə qalsa, içi sənli-mənli ortaya heç kim çıxmayacaq. Adını yaz, söhbətdi eliyirik. Bu söhbətnən Qarabağ alınası deyil ki. İnsan elə bir məxluqdur ki, adaya düşəndə belə topdan da olsa bir adamkimi düzəldib söhbət edir onunla.
İlham 25.01.2012 14:38
ALLAH sizə rəmət eləsin ÖLÜLƏR
rebis18 25.01.2012 14:53
vallah ele bilirem buna inanalarin ozune mualice lazimdir.her soze el atdi indi de kecib MEHEMMED peyqembere.menle razi olanlar var?
Ofelya 25.01.2012 14:40
Düzdür İlham bəy daha doğrusu XXİ əsrin ölüləri
55e8 25.01.2012 14:47
Heç yerde deyilməmişdi ki, Yaponiyada sunami olacağını Zirəddin deyib.Olan hadisələrdən sonra çox adam çıxıb bu sözü deyə bilər. Mən bunun heç bir sözünə inanmırram. Keçən il Evrovision-la bağlı verdiyi öncəgörmə onun pik nöqtəsi oldu və öldü...
Nigar 25.01.2012 14:49
Allahin gostereceyi felaketi hec kes gore, mueyyen ede bilmez, onu yalniz Allah biler, ona gore de biz insanlar gunahlardan, pis emellerden uzaq dursaq yaxsidir, dunyanin dagilma ehtimali var, heqiqeten bu ne vaxtsa olacaq, cunki, insanlarin vehsiliyi, edaletsizlik, haqsizliq dunyani buruyur, ancaq ki, vaxtini hec bir gorucu, baxici deye bilmez, bu yalniz Allaha aiddir.
Rauf 25.01.2012 14:53
Peyğəmbərlərə qeybdən ( insana məlum olmayan keçmiş ) və gələcəkdən xəbər Allah-Təaladan Mələklər vasitəsilə onlara çatdırılıb. Görəsən Zirəddin bu məlumatları haradan alır?
Raqo 25.01.2012 14:58
Umumiyyetle men hec vaxt inanmamisham bele shaiyelere. Her hansi bir tebii felaket bash verecekse bu felaketin novunden asilidir. Dunyada o cumleden bizde cox gozel elm adamlari,alimler var ki, bunlar da onceden mumkun olan hadiseleri arashdirirlar.Insan beyninin,tefekkurunun xaricinde bash vere bilecek bezi hadiseler var ki,bunu da Allahdan bashqa hec kim bile bilmez onceden.
Mary 25.01.2012 15:12
Raziyam
Rauf 25.01.2012 15:07
Bu saytda məndən çox Allah kəlməsi istifadə edən bəlkə də yoxdur. Amma bir məqamı qeyd etmək lazımdır: Nəyə görə insanlar külli miqdarda pul ödəyib onun növbəsində dururlar? Özü də burada deyil, Moskvada? Ümumiyyətlə, o niyə buralardan uzaqda yaşayır? Bütün imkanlılar kimi, ölənə yaxın gəlib başlayırlar Vətəni tərifləməyə.
Kenan.29 25.01.2012 15:14
men de fala baxiram da, zireddinnen kurs almisham, gargish elediyim adam sabaha sag cixmir
Günay 25.01.2012 15:30
Bizim müdirə qarğış edə bilərsiniz? amma ayın 1-dən sonra edin ki, hər nədi pulumuzu alaq sonra.
............. 25.01.2012 16:12
Gunay x. siz tesadufen poctda ishlemirsiz?????
Günay 25.01.2012 16:37
Xeyr, özəl şirkətdə işləyirəm. Ölkəmizi gözəlləşdiririk, yaradırıq, qururuq.
............. 25.01.2012 16:57
Basha dushdum. Yaxshi ish gorursuz. Stroitelni ili?????Biz de ele ollkemizi gozelleshdiririk,yaradiriq,qururuq.
Günay 25.01.2012 17:07
Amma bizim şirkət tikmir, yalnız layihəsini təqdim edir
............. 25.01.2012 17:14
Boyuk projeler, yoxsa kicik??? Biz ise o layihe esasinda tikirik.
Günay 25.01.2012 21:49
Böyük layihələrin müəyyən hissələrini. Tam özünü yox.
............. 26.01.2012 09:04
Dovlet ehemiyyetli layihelerdir, yoxsa ozel shirket terefinden tikilen layiheler?? Mueyyen hisse dedikde meselen hansi hisselerini??? Dizayn hisseleri???
Günay 26.01.2012 11:49
Dövlət və özəl sifarişlər. məsələn hər hansı kompleksinin mühəndis komunikasiyalarının layihələndirilməsi - SK, İV, EİA, SS işlərini, (yəni Su Kəməri, İsitmə və Ventilyasiya, Elektrik təchizatı, Siqnalızasiya Sistemləri)
............. 26.01.2012 12:29
Cox gozel.Bizde ozel shirketdir. Boyuk bir layihedir. Tikintisi hal hazirda bitmek uzredir. Bizde dediyiniz ishleri (IV, EIA, SS) tasheronlar gorur. Siz ozunuz layihelendirirsiz? Yeni Dizayn Memar olaraq ishleyirsiniz?????
Günay 26.01.2012 13:48
Smeta dəyərini hesablayırıq..
............. 26.01.2012 14:21
Texmini olaraq bildim hara oldugunu. Biz de QA & QC Control olaraq fealiyyet gosteririk. Yeni boyuk projeler var. Qismet olarsa oraya fikrim var. Hele danishiqlar gedir.
Rauf 25.01.2012 15:33
Günay xanım, lazım deyil, gələn ondan da pis olacaq.
nu-nu 25.01.2012 15:34
Kenan.29 deyirem ay kitayiski Kenan29 birinci ozune qarxish etde belke bizimde canimiz senden qutardi ela olar amma
????? 25.01.2012 15:47
Nu-Nu x. salam necesiz? Men bele sozler yazmiram. Bu hec Kitayski de deyil. Cox alcaq insandir. Sadece baxib gulurem. K.N.N <<????>> nikiyle kobud ne ise yaza biler. O men deyilem. Daha men bashqa adla yaziram
nu-nu 25.01.2012 15:40
men onun haqqda canli cekilimis verlise baxmisam cox duz deyir deqiq deyir
Alimə 25.01.2012 15:41
Yazdım adımı Rauf.
Aysel 25.01.2012 15:47
Bu arkadasın bildiği, kesin bir tarih, bir olay varmı? Yoksa hep boyle yuvarlak cümleler mi kuruyor. 2012 de felaketler olacak diyor. Bunu tahmin etmek çok zor olmasa gerek. Aldatmaca sadece.
mirtiz 25.01.2012 15:50
ya kardesim, "mezeleniyormusun" ya? ne tarihi ne olayi? palavra hepsi)))
Aysel 25.01.2012 16:46
Yok mezelenmiyorum. Denk geldim bu siteye arada açıp okuyorum yorumları özellikle...
Ayselə 25.01.2012 16:14
Kız sen İzmirde yaşıyosun galiba Neoo türkçe konuşuyosun sen kız en iyisi buna bakma boş ver gitsin))))
TOTTI 25.01.2012 16:01
hormetli zireddin bey, demisdin ki, azerbaycan 2011-ci ilde Eurovision -da yer tuta bilmeyecek, niye 1-ci oldu? demeli bilmirsen. eger ele deqiq bilensense de gorek qarabag ne zaman isgaldan azad olunacaq?
TOTTI 25.01.2012 16:05
heeee, bir de eger ele guclu bilensense satisda olan lotoreyalarin cekpot uduslu olanlari gor al heyatini qur da niye bos islerle mesgulsan, seni qinamiram qosulmusan sou biznese danisirsan da
nu-nu 25.01.2012 16:12
????? yaxsi siz nece siz ? sefiyesi olan isan bele etmez birdeki ay Kenan sizin basmaqinizi geyinse bele sizin yerrisinizi geze bilmez
????? 25.01.2012 16:27
Men de yaxshiyam. Ne ise daha ne yazir yazsin fikir vermirem, gulurem. Szi necesiz??
CITIZEN 25.01.2012 16:14
bunun dediklerine inanmayin,
Rauf 25.01.2012 16:15
Alimə xanım, Sizə minnətdaram. Birinci şərhinizdən sonra hiss etdim ki, yoxluğum sezilirmiş.
nu-nu 25.01.2012 16:22
????? yaxsiyam siz nece siz bu lap biyabircliqid basqa ad yoxdu bos verin Kenan atalarimiz yaxsi misali var deyir senin basmaqini geyinsede gezisini geze bilmir
nu-nu 25.01.2012 16:30
duzdu senin adindan yazsa da cox maraqli adama oxshayir, sennen yaxsi danisir, zarafat eleyirem birden mene de gargish eliyersen
NU-NU 25.01.2012 16:35
sen kimsen bax inidi de kitayski nu-nu cixdi ayda
Alimə 25.01.2012 16:38
Əlbəttə Rauf.Həm də çox.
nu-nu 25.01.2012 16:41
sen kimsen axi menim adimdan yazirsan, sen neter adamsan? yazma daaa, Kenana deyecem qargish eliyecek sene
Dağlar oğlu 71 25.01.2012 17:09
mən ekstrasenslərə inanmıram və hər kəsi buna inanmamağa çağırıram!. Daha doğrusu belə şeylərə aluddəolmaq yaxşı hal deyil. Yaradan birdir, onu dəyişməyə qadir də yalnız Odur!!!!!!!!!
kamila 25.01.2012 17:25
bu Zirredinde bilmir daha neler elesin.gorurem bir sorusan yoxdu ki,yuxu gorursen?
2012 25.01.2012 17:45
menim yerlimle iwiniz yoxdu
General 25.01.2012 17:49
doqurdan?
2012 25.01.2012 17:57
dogurdan. kasib oglandi corek pulunu qazanir
Fenomenka 25.01.2012 19:04
oxudum xoshma gelen meqam orda vergi barede danishmagi idi kolleqamin.allah komeyi olsun.bu dovre uygunlashmadiginida basha dushurem.ugurlar
Etibar 25.01.2012 20:35
MEN zIREDDIN KIMI "BOYUK" EKSTRASENS DEYILEM.Amma men de onunn kimi proqnozlar vere bilirem. 2012-ci ilde Azerbaycanin bezi rayonlarinda,Xezer denizinde zelzeleler qeyde alinacaq,dagliq rayonlara choxlu qar yagacaq,mueyyen dagintilar olacaq.Ereb olkelerinde yene de chaxnashmalar olacaq.Turkiyede,Iranda partlayishlar olacaq. Ilin sonunadek azerbaycanin taninmish shexslerinden dunyasin deyishen olacaq.Hetta heyatini deyishenler arasinda Zireddinin ve menim de qohumlarimdan olacaq.(Vefat edecek qohum
bakili 25.01.2012 20:40
bu yene ne deyir
ANAR 25.01.2012 21:39
boş şeylərdi. hər şeyi bilən və edən allahdır!!!!!!!!!!!!
aliyev 25.01.2012 22:12
salam
xalid 25.01.2012 22:21
təşəkkur gozəl şərhə
Rustam Nadjafoff 25.01.2012 23:00
Xəyal dəryası....
Ayka 26.01.2012 00:37
zireddin bey azerbaycan haqqinda bir soz demedi?
Ayka 26.01.2012 00:40
usaqlar azerbaycanda felaket olacaq?men cox qorxuram.
hah 26.01.2012 01:50
deyirdiki Eurovisionda axirlarda görurem noldu? 1ci olduq ;) bu il ejdahadi,hami bilirki ejdaha olan yerde od puskurer de guya ne deyibki
pretty_girl 26.01.2012 09:33
Bele sheylere qeti inanmiram.
2012 26.01.2012 09:45
qorxma men seninleyem :)
Qraf Drakula 26.01.2012 09:47
eynek taxsan lap yaxsi deqiq gorersen.....seni kim getirdi buralara oturub ruslarin basini xarab edirdin...de
nermin 26.01.2012 09:47
inanmiram bele insanlara qurban olum Allahin boyukluyune
Qraf Drakula 26.01.2012 11:10
qurban olum Allahin ---bu sozu demeyin ozu gunahdi xanim qiz....
turan 26.01.2012 10:53
Tebii felaketler her il dunya yaranandan olub,var ve olacaq burada yeni hec ne yoxdur,konkret hec ne deye bilmir
AYŞƏN 26.01.2012 11:36
ALLAHIMIZDAN bAşqa heç kim heç nə bilmir.Vəssalam.
Lika 26.01.2012 11:52
elbette.ALLAH her sheyi bilen ve gorendi,o her sheye gadirdi biz kimiyki?! bosh verin bele sheyleri...
AYSEL 26.01.2012 12:03
bawqa ne gorursen?beleleri Allaha wirk edir.inanmayin!
Əflatun 26.01.2012 13:02
Səhv bundan çox bundan müsahibə alandadır. Qaldırıb göyün üzünə qoymusunuz.
qasim 26.01.2012 13:04
salam
:-)))) 26.01.2012 13:12
Bu gün bu mövzu gedir arxıvə, camaat sağollaşır siz indi salamlaşırsınız? )))
ELVIN 26.01.2012 13:22
ax Zireddin-Zireddin
Qasım gəlir 26.01.2012 15:00
Qasım gəlir,qaçın qaçın Qasım gəlir vəs,və ilaxir.
huseyn 02.02.2012 17:20
2012-yə inammiram.her seyi allah bilir.
xazar 16.02.2012 02:00
Salam.Zireddin necesiz sizden cox xayis edirem bize komek edesiz men azerbaycaniyam qaliram murmasqide sehernde qaliram isterdim bize komek edesiz sizden cox xayis edirem allah yolunda yardim edin haqin ne olacag rerem adim xezerdi bizim prablemiz var bize cadu edibler xayis edirem komey ed bize
lenkeranli 16.08.2012 12:33
lenkeranda her gun en azi 5defe zelzele olur 2ay bele olacaq deyirler hec kim bu haqda maraqlanmi mutleq daqinti olandan sonra yadlarina dusecek
Kama 10.10.2012 01:24
Ne deyim bilmirem,kime inanasan neye inanasan?ehhhhhhhhhhh
ala neynirsiz eeee adimi? beynimi nece xarab eliyiller eeeee 14.10.2012 20:43
men digirem ki dunya dagilmiyacaq fso, qisa ve konkret!!!!!
aydan 08.11.2012 18:47
bu fikri ortaya kim cixarib allahdan qorxun
aytac 08.11.2012 18:50
men bu fikirlere inanmiram...............................ne olar ozunuzden qorasdirmiyin........................xahis edirem
arzu 14.11.2012 13:00
bu fikirleri hardan cixarirsiz basa dusmurem
aylin 15.11.2012 14:35
2009 da dunyanin dagilacigini deyirdiler ne oldu hele ki yasayiriq
aysan 20.12.2012 13:14
seninle raziyam
aysan 20.12.2012 13:08
ilahiden basqa,hek kes bilmir sabah ne olacag.
aysan 20.12.2012 13:12
allahdan basqa hec kes bilmirn sabah basimiza ne gelecek.
sss 26.12.2012 19:37
ne oldu dunya dagilmadi.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: