Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Azərbaycanda bir sıra beynəlxalq təyyarə reyslərində ləngimələr yaranıb - YENİLƏNİB

28 Yanvar 2012 [09:34] - MİLLİ.AZ
“Təyyarənin gecikməsi hava şəraiti ilə əlaqədardır”.
28.01.2012
09:34


Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq İstanbul-Bakı marşrutu üzrə bir neçə gecə aviareysləri Bakıya gecikmə ilə gəlib. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

TK 336 (Bakıya gəlişi yerli vaxtla 01:35-də), J2 078 (Bakıya gəlişi yerli vaxtla 03:30-da) və TK 338 (Bakıya gəlişi yerli vaxtla 04:10-da) nömrəli aviareyslər müvafiq olaraq 3, 1.5 və 2 saatdan çox gecikmə ilə Bakıda eniblər.

Öncə, Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq, "Turkish Airlines" aviaşirkətinin həyata keçirdiyi İstanbul-Bakı və Bakı-İstanbul axşam reysləri ləğv edilib.

"TK 334 (Bakıya gəlişi yerli vaxtla 19:35-də) və TK 335 (Bakıdan gedişi 20:35-də) aviareysləri rəsmən ləğv edilib.

Reyslərin ləğv edilməsinə səbəb Türkiyə ərazisində müşahidə edilən pis hava şəraitidir", - aeroportdan deyiblər.

Aeroportdan bildiriblər ki, hava şəraitinə baxmayaraq, "Azərbaycan Hava Yolları" QSC-nin İstanbul istiqamətində həyata keçirdiyi aviareyslər ləğv edilməyib.

Bir müddət əvvəl hava şəraiti ilə əlaqədar olaraq İstanbul-Bakı aviareysi Bakıya bir saat gecikmə ilə gəlib. Hazırda İstanbula yola salınacaq təyyarəyə sərnişinlər minməkdə davam edir. "Təyyarə yaxın müddətdə Bakıdan uçmaldır", - aeroportdan qeyd ediblər.

Türkiyədə hava şəraiti ilə əlaqədar bir sıra daxili reyslər də ləğv edilib.

-------------------
27.01.2012
17:23


"Flydubai" aviaşirkətinin həyata keçirdiyi Bakı-Dubay aviareysi Bakıdan gecikmə ilə uçacaq. Bu barədə Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat verilib.

Aeroportdan deyildiyi kimi, yubanmaya səbəb, əlverişsiz hava şəraitinə görə, təyyarənin Bakıya geçikmə ilə gəlməsi olub.

"Hazırda sərnişinlər təyyarəyə minir və təyyarə Bakı vaxtı ilə saat 17:00-dən sonra yola düşəcək", - aeroportdan deyiblər.

----------
15:42

Türkiyə ərazisində əlverişsiz hava şəraitilə əlaqədar olaraq, "Turkish Airlines" aviaşirkətinin həyata keçirdiyi İstanbul-Bakı və Bakı-İstanbul axşam reysləri ləğv edilib. Bu barədə cümə günü Trend-ə Heydər Əliyev Beynəlxalq Hava Limanından məlumat veriblər.

"TK 334 (Bakıya gəlişi yerli vaxtla 19:35-də) və TK 335 (Bakıdan gedişi 20:35-də) aviareysləri rəsmən ləğv edilib.
Reyslərin ləğv edilməsinə səbəb Türkiyə ərazisində müşahidə edilən pis hava şəraitidir", - aeroportdan deyiblər.

Aeroportdan bildiriblər ki, hava şəraitinə baxmayaraq, "Azərbaycan Hava Yolları" QSC-nin İstanbul istiqamətində həyata keçirdiyi aviareyslər ləğv edilməyib.

Bir müddət əvvəl hava şəraiti ilə əlaqədar olaraq İstanbul-Bakı aviareysi Bakıya bir saat gecikmə ilə gəlib. Hazırda İstanbula yola salınacaq təyyarəyə sərnişinlər minməkdə davam edir. "Təyyarə yaxın müddətdə Bakıdan uçmaldır", - aeroportdan qeyd ediblər.

Türkiyədə hava şəraiti ilə əlaqədar bir sıra daxili reyslər də ləğv edilib.

----------
13:42


“Turkish Airlines” şirkətinin həyata keçirdiyi İstanbul-Bakı aviareysi Azərbaycan paytaxtına bir saat gecikmə ilə gəlib. Bu barədə Trend-ə Heydər Əliyev Benəlxalq Hava Limanından məlumat veriblər.

Aeroportdan bildiriblər ki, “Boeing 737-800” markalı təyyarə Bakıya yerli vaxtla saat 13:30-da gəlib. Təyyarə cədvəl üzrə saat 12:30-da gəlməli idi.

“Təyyarənin gecikməsi hava şəraiti ilə əlaqədardır” , - aeroportdan qeyd ediblər.

“Lufthansa” şirkətinin Frankfurt-Bakı-Aşqabad marşrutu üzrə uçan aviareysi isə Azərbaycandan Türkmənistana Bakı vaxtı ilə saat 23:00-da yola düşəcək. Bu barədə Trend-ə AZAL-dan bildiriblər. Təyyarənin uçuşu Aşqabadda hava şəraitinin pis olması səbəbindən yubanır.

LH 613 reysi üzrə Airbus markalı təyyarə Bakıdan saat 04:50-də uçmalı idi.

Milli.Az
URL: http://www.milli.az/news/society/93698.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 678

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: