Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Bakıda çovğundur, sinoptiklər qarlı hava şəraitninin davam edəcəyini deyirlər - YENİLƏNİB - FOTOSESSİYA

28 Yanvar 2012 [14:38] - MİLLİ.AZ
Bakıda hökm sürən anomal hava şəraiti ilə bağlı şəhərin yol polisi gücləndirilmiş iş rejimində işləyir.

10:58

Azərbaycanda yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq, şaxtalı hava şəraiti davam edəcək. Bunu şənbə günü Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Havanın temperaturu gecə 5-7 dərəcə şaxta, gündüz 0-2 dərəcə şaxta təşkil edəcək.

Hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Azərbaycanın rayonlarında yanvarın 29-da arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv, əsasən dağlıq və dağətəyi rayonlarda güclü olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq.

Havanın temperaturunun gecə 3-8 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta, dağlarda gecə 10-15 dərəcə şaxta, gündüz 3-8 dərəcə şaxta olacağı gözlənilir.

Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23 dərəcə şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Məlumata görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Ümumilikdə isə yağıntılı hava şəraiti yanvarın sonunadək fasilələrlə davam edəcək.

Yanvarın 31-də yenidən havanın yağıntılı olacağı proqnozlaşdırılsa da, temperatur bir qədər yüksələcək. Fevralın ilk günlərində yenidən şaxtalı hava şəraiti gözlənilir.

---------
09:55

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov şənbə günü Trend-ə bildirib ki, Bakının bütün prospekt və küçə yollarında dünən gecədən başlayan qarlı və şaxtalı hava şəraiti ilə bağlı buz bağlayıb. Avtomobillərin hərəkətində problem yaranıb.

Əsədov bildirib ki, yol polisi avtomobillərin hərəkətinin təmini üçün müvafiq tədbirlər görür.

Əsədov bir daha bəyan edib ki, hazırda Yasamal rayonunun yüksək ərazilərindəki küçə və prospektlərdə yollarda buz qatı əmələ gəldiyindən avtomobillərin hərəkəti üçün təhlükə yaranıb.

"Bakının enişli-yoxuşlu və sərt yollarında vəziyyət təhlükəlidir", - Əsədov deyib.

Bakı yol polisi sürücüləri şəxsi nəqliyyat vasitəsindən istifadə etməməyə, ictimai nəqliyyatdan istifadəyə üstünlük verməyə çağırıb.

Qeyd edək ki, Bakı yol polisi cümə günü yaydığı xəbərdarlıqda bildirmişdi ki, qarlı-buzlu hava şəraitində sürücülər təkərlərdə təzyiqin normadan aşağı olmasına fikir verməlidirlər və mövsümü təkərlərin olması vacib şərtdir. Əyləc sistemindən mümkün qədər istifadə etməməklə sürət qutusunun köməyi ilə avtomobili hərəkətə gətirməlidirlər. Yaxın vuran işıqlardan istifadə edilməlidir.

Yol polisi sürücülərə deyilən istiqamətlərdə avtomobillərdən mümkün qədər az istifadə etməyi tövsiyə edib.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.

----------
09:16

Milli.Az xəbər verir ki, Bakıda gecədən başlayaraq qar yağır və güclü külək əsir. Bəzi yollar buz bağlayıb, nəqliyyatın hərəkəti çətinləşib.

----------
00:05

Milli.Az  AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı, çovğun olacağı ehtimalı var.
Bakıda gecə və gündüz 2-4° şaxta olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan yüksək 764 millimetr civə sütunundan 768 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 85-95 faiz olacaq.
Yollar buz bağlayacaq.

Naxçıvan Muxtar Respublikasında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Temperatur gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaqdır. Yollar buz bağlayacaq.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Temperaturun gecə 10-15° şaxta, gündüz 3-8° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Temperaturun gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Temperatur gecə 6-11° şaxta, gündüz 1-6° şaxta, dağlarda gecə 13°-18° şaxta, gündüz 6-10 şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensivləşəcəyi ehtimalı var.
Temperatur gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq. Yollar buz bağlayacaq.
 
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında arabir qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var.
Temperaturun gecə və gündüz 0-4° şaxta, dağlarda gecə 7-11° şaxta, gündüz 4-70 şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.

Xəbərdarlıq: ölkə ərazisində qeyri-sabit hava şəraitinin ayın sonunadək davam edəcəyi, şaxtalı keçəcəyi, fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Yanvarın 28-i, 29-na keçən gecə bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar yollar buz bağlayacaq.

Təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq: yanvarın 27-si axşam, 28-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin daha da kəskinləşəcəyi, qarın bəzi yerlərdə intensivləşəcəyi, çovğun olacağı ehtimalı var. Havanın minimal temperaturu 1-5° şaxta təşkil edəcək. Gözlənilən şaxtalı, qarlı hava şəraiti ilə əlaqədar yolların buz bağlayacağı gözlənilir. Yanvarın 29-u günün ikinci yarısından 30-u gündüzədək yağıntılarda gözlənilən qısa fasiləyə baxmayaraq şaxtalı hava şəraiti davam edəcək. Havanın temperaturu gecə 5-7° şaxta, gündüz 0-2° şaxta təşkil edəcək.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.

----------
14:38

















































































-------------
12:41











































































































































---------
11:01



























----------
10:58

































-------------
10:04













Foto: Zaur Mustafayev, Şahin Cavadsoy, Milli.Az, Day.Az, Trend

URL: http://www.milli.az/news/society/93802.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 7266

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
HENRY 28.01.2012 02:36
QAR YAGSA ELA olar ee
bakili 28.01.2012 09:13
covgun gozlenilmir artiq covgundur.Her yer ag kagiza burunub.sukur bakiyada qar yagarmis
Raqo 28.01.2012 10:04
Bir az ishleyen varsa onlar da bizim polislerdir. Oz boyunlarina dushen mesuliyyeti hiss edirler.Amma diger strukturlar var ki, hansi ki, onlar birbasha yollarin qar ortuyunden temizlenmesinde cavabdehdirler. Qarin yagmasi onceden xeber verildiyinden lazimi tedbirler alina bilerdi. Amma bir behane var: Istirahet gunu oldugundan ishciler yox idi.
Marina 29.01.2012 01:50
:)))
Dedim Dana Dedim 28.01.2012 10:06
Seher ishe gucle gelmishem tesevvur edin azi 10-15 dene mashin bir birine deymishdi. Bir tek avtobuslar idi rahat hereket eden.Yollar berbad gunde idi.
Murad 28.01.2012 10:26
Lake otel də yaxşı düşübaa)) Hələ bizim unini demirəm)
mirtiz 28.01.2012 11:03
Allah xeyirli etsin bu havani bize! Baki bele havaya hazir deyil :(
Rauf 28.01.2012 11:13
Qar gəldi, problemlərimizdə artdı.
oxucu 28.01.2012 11:18
bakiya qar yarawmir.
leyla 28.01.2012 15:42
ay millet neynirsiz axi qari? azerbaycana qar yarawmir. butun strukturlar butun gunu qiwa hazirliqdan daniwirlar butun gunu,amma bir az kulek ya yaqiw ya qar olsun heyat dayanir,bawa duwmurem bunlar neye hazirlawir il boyu?
Raqo 28.01.2012 17:29
Kim deyir ki, onlar il boyu hazirlashir?? Deyilenler sozde qalir. Hec bir hazirliq gorulmur. Bir gun qar yagmaqla ictimai neqliyyat dayanmishdi. Cunki, yollar butun qar, buz idi.
kamila 29.01.2012 13:29
qar yagmir 1 problem,qar yagir 2 prablem.can ay millet.
Ayka 30.01.2012 17:08
Bu qar mene he dusmedi. Maşınım çox pis hala düşdü.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: