Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Güclü qar Bakıda nəqliyyat və enerji infrastrukturunun işinə təsir edibmi?

28 Yanvar 2012 [12:47] - MİLLİ.AZ
Anomal hava şəraitinə görə Bakıda 1500-ə yaxın sərnişin avtobusu xəttə çıxa bilməyib.
12:47

Hazırda qarlı və şaxtalı hava şəraitinə baxmayaraq, Bakının marşrutlarında 1000-dən çox avtobus fəaliyyət göstərir. Bu barədə şənbə günü Trend-ə "Bakı sərnişin nəqliyyat" SC-dən bildiriblər.

Məlumata əsasən, adi günlərdə marşrutlarda təxminən 2500 avtobus işləyir. Lakin şəhərdən kənarda yerləşən "Sədərək" və "Binə" ticarət mərkəzlərinin bağlanması ilə əlaqədar olaraq bu istiqamətlər üzrə avtobuslar işləmir və onların ümumi sayı azaldılıb.

SC-dən bildiriblər ki, hava şəraitinin normallaşarsa, eləcə də yollarda vəziyyət yaxşlışarsa, avtobusların sayı xeyli artırılacaq.

Ümumulikdə Bakıda avtobuslar 127 marşrut üzrə işləyir.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.

----------
10:41

Azərbaycanda pisləşən hava şəraitinə və qara baxmayaraq, bütün istiqamətlər üzrə avtobus reysləri cədvələ uyğun həyata keçirilir. Bu barədə şənbə günü Trend-ə Bakı Beynəlxalq və Şəhərlərası Avtovağzalından məlumat veriblər.

"Avtobuslar demək olar ki, bütün reyslər üzrə vaxtında yola düşüblər, ancaq Şəki və "Qırmızı Körpü"yə reyslər hələlik gecikir, həmin istiqamətlər üzrə avtobuslar 1 saat gecikmə ilə gedir" , - avtovağzaldan deyiblər.

Həm ölkə, həm xaricə qalan bütün reyslər üzrə avtobuslar normal işləyir.

"Yolda qalan avtobuslarla bağlı məlumat yoxdur" , - avtovağzaldan bildiriblər.

"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədovun Trend-ə verdiyi məlumata görə, güclü külək səbəbilə respublikanın Qərb istiqamətində qatarların sürəti məhdudlaşıb. Onun sözlərinə görə, lakin güclü qar və temperaturun aşağı düşməsi respublikada və xaricdən reyslərin həyata keçirilməsinə təsir etməyib.

xxx

Nəqliyat Nazirliyinin yolların tikinti və istifadəsi üzrə "Azəryolservis" QSC 24 saat gücləndirilmiş iş rejimi ilə işləyir. Bu barədə şənbə günü Trend-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəlov bildirib.

Onun sözlərinə görə, bütün texnika və əməkdaşlar səfərbər olunub və yollarda olan vəziyyətlə bağlı bütün məlumat vahid mərkəzə toplanır və orada yerinə yetiriləcək işlərlə bağlı qərar qəbul olunur.

Mürsəlov qeyd edib ki, ölkənin regionlarında yolların təmizlənməsi üçün 700 texnika cəlb olunub, Bakıda çalışan texnikanın sayı isə 350-dir. Hazırda QSC regionlarda 1800 ton, Bakıda isə 1000 ton duz ehtiyyatına malikdir. Qum ehtiyatı regionlarda 25 min kubmetr, Bakıda 415 min kubmetr təşkil edir.

Mürsəlov deyib ki, "Azəryolservis" əməkdaşları bütün gecə yolları təmizləyirdilər və hazırda bu iş davam etdirilir. Bakıda bu günə qarlı hava şəraitinə görə bağlı yol yoxdur.

--------
10:09

"Bakıelektrikşəbəkə" ASC (Bakıda elektrik enerjisinin paylanması və satışı) gücləndirilmiş iş rejimində işləyir. Bu barədə şənbə günü Trend-ə SC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.

Onun sözlərinə görə, yanvarın 28-nə keçən gecəsi və bu gün səhər elektrik enerjisinin verilməsinin qəza səbəbilə dayandırılması ilə bağlı heç bir zəng daxil olmayıb.

Mustafayev qeyd edib ki, istənilən problemin qarşısını almaq və aradan qaldırmaq üçün işçi ehtiyatı və texnikası tam hazır vəziyyətə gətirilib.

AZAL QSC-dən isə Trend-ə verilən məlumata görə, bu gün ancaq Krasnodardan Bakıya gələn reys gecikir. Lakin bu, reysin Krasnodardan gec uçması ilə əlaqədardır.

Heydər Əliyev Beynəlxalq Hava Limanı normal rejimdə işləyir və cədvəl üzrə təyyarələri qəbul edir və yola salır.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.

Milli.Az
URL: http://www.milli.az/news/society/93857.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 414

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: