Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Azərbaycan Müdafiə Nazirliyinin hərbi hissələri tam hazırlıq vəziyyətinə gətirilib

28 Yanvar 2012 [10:15] - MİLLİ.AZ
Anomal hava şəraiti ilə bağlı Müdafiə Nazirliyinin hərbi hissələri tam hazırlıq vəziyyətinə gətirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev şənbə günü Trend-ə bildirib ki, nazirlik belə və bundan da sərt havaya tam hazırdır.

"İstilik sistemləri öz qaydasında işləyir və açıq havada soyuqdan qorunmaq üçün müvafiq tədbirlər görülür", - Abdullayev əlavə edib.

Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.

Bunu öncə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, yanvar ayının sonuna kimi ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.

Hazırda Bakıda qarlı və şaxtalı hava şəraiti hökm sürür.

Milli.Az
URL: http://www.milli.az/news/society/93861.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 516

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: