Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Bakının orta məktəblərinin XI sinif şagirdləri üçün yoxlama imtahanlarının vaxtı uzadıldı - YENİLƏNİB

28 Yanvar 2012 [13:32] - MİLLİ.AZ
Bu gün Təhsil Nazirliyi Bakıda paytaxtın orta ümumtəhsil məktəblərinin XI siniflərini mərkəzləşmiş buraxılış imtahanlarına hazırlamaq məqsədi ilə yoxlama imtahanları keçirir.
13:32

"Pis hava şəraiti Bakıda Təhsil Nazirliyi tərəfindən paytaxtın orta ümumtəhsil məktəblərinin XI sinifləri üçün keçirilən yoxlama imtahanları üçün ciddi problem yaratmayıb".

Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib.

Onun sözlərinə görə, imtahanlar Bakının bütün rayonlarını əhatə edən 72 imtahan mərkəzində keçirilib:

"Buna görə də imtahanda şagirdlərin davamiyyəti yaxşı olub. Həmin ərazilərdə imtahanlar saat 10:00-da başlayıb və 13:00-da bitib. Əsas problem Bakının kəndlərində yaranıb. Bu ərazilərdə gecikmə halları qeydə alınıb. Lakin gecikən şagirdlərin imtahanda iştirak etməsi üçün də şərait yaradılıb. Geçikən şagirdlər üçün imtahan saat 14:00-a qədər davam edəcək".

Qeyd edək ki, imtahanda paytaxtın 22 minə yaxın XI sinif şagirdi iştirak edir.

----------
11:21

Bakı şəhəri üzrə Təhsil İdarəsindən APA-ya verilən məlumata görə, imtahanda paytaxtın 22 minə yaxın XI sinif şagirdi iştirak edir. İmtahanların keçirilməsi üçün Bakıda 72 imtahan mərkəzi yaradılıb. İmtahanlar saat 10:00-da başlayıb və 13:00-da başa çatacaq.

Sabah isə Bakının IX sinif şagirdləri üçün yoxlama imtahanları keçiriləcək. İmtahanlarda 30 minə yaxın şagird iştirak edəcək. Azərbaycanın digər şəhər və rayonlarında isə orta məktəblərin buraxılış sinifləri üçün bu imtahanların növbəti həftələrdə keçirilməsi nəzərdə tutulur.

Bu imtahanlarda XI sinif şagirdləri 8 fəndən (ana dili və ədəbiyyat, riyaziyyat, Azərbaycan tarixi, fizika, kimya, biologiya, coğrafiya və xarici dil) 120, IX sinif şagirdləri isə 2 fəndən (ana dili və riyaziyyat) 50 test tapşırığını cavablandıracaqlar. Yoxlama və buraxılış imtahan sualları 25%-i asan, 50%-i orta və 25%-i isə çətin səviyyəli olmaqla üç səviyyədə hazırlanır.

Hər bir fənn üzrə tapşırıqların 20%-ə qədərini cavablandıran şagird “2”, 20% daxil olmaqla 50%-ə qədərini cavablandıran şagird “3”, 50% daxil olmaqla 80%-ə qədərini cavablandıran şagird “4” və 80% daxil olmaqla 100%-ə qədərini cavablandıran şagird isə “5”lə qiymətləndiriləcək.

Milli.Az
URL: http://www.milli.az/news/society/93885.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 688

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
BAYRAMLI SENAN SEYRAN 31.01.2012 14:23
cavab

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: