Bakıda hökm sürən anomal hava şəraiti təcili tibbi yardım stansiyasının işini sıradan çıxarır.
Bu barədə
Trend-ə Bakı şəhəri Təcili və Təxirə Salınmaz Tibbi Yardım Stansiyasından bildiriblər.
“Binəqədi, Yasamal, Səbail, Xətai, Suraxanı rayonlarında təcili tibbi yardım avtomobilləri hərəkət edə bilmirlər. Ötən sutka ərzində 4 təcili tibbi yardım avtomobili yollarda sürüşərək əzilib”, - stansiyadan deyiblər.
Stansiyadan deyiblər ki, Badamdar, İçərişəhər, Yasamal ərazilərindən daxil olan müraciətlər üzrə getmək qeyri-mümkün olub.
Xatırladaq ki, hazırda ölkə ərazisində havanın temperaturu iqlim normasından 2, Bakıda isə 2,6 dərəcə aşağıdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatına görə, yanvarın sonunadək ölkə üzrə temperaturun iqlim normasından hətta 3-4 dərəcə aşağı ola biləcəyi gözlənilir.
Milli.Az