Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Bakının orta məktəblərində IX siniflər üçün yoxlama imtahanlarının vaxtı dəyişdirildi

28 Yanvar 2012 [14:22] - MİLLİ.AZ
Təhsil Nazirliyi Bakının orta məktəblərinin IX sinifləri üçün sabah keçiriləcək yoxlama imtahanlarının vaxtını dəyişib. Bu barədə APA-ya Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) sektor müdiri Zəminə Əliqızı bildirib. Onun sözlərinə görə, IX sinif şagirdləri üçün imtahanlar sabah saat 10:00-dan 13:00-dək keçirilməli idi. Lakin pis hava şəraiti ilə əlaqədar imtahan sabah saat 14:00-da başlayacaq: “Hidrometeoroloqların məlumatına görə, sabah günün ikinci yarısı hava bir qədər açılacaq. Ona görə də imtahanların saat 14:00-da başlaması və 17:00-dək davam etməsi qərara alınıb”.

Qeyd edək ki, yanvarın 29-da paytaxtın orta məktəblərinin 30 minə yaxın IX sinif şagirdi 72 imtahan mərkəzində imtahan verəcək.

Milli.Az
URL: http://www.milli.az/news/society/93926.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 900

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: