Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Bakıda yolların təmizlənməsinə 170-ə yaxın texnika və 200 işçi qüvvəsi cəlb olunub - FOTO

28 Yanvar 2012 [17:09] - MİLLİ.AZ
Səhər saatlarında Bakı şəhəri üzrə yolların təmizlənməsinə 170-ə yaxın texnika və 200 işçi qüvvəsi cəlb olunub.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, hava şəraitinin kəskin dəyişməsi nəticəsində yolların buz bağlamasının qarşısının alınması, həmçinin respublikanın və eləcə də paytaxtın avtomobil yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranmaması üçün lazımi tədbirlər görülür. Belə ki, respublika üzrə 1800 ton duz, 25 min kubmetr qum ehtiyatı, Bakı şəhəri üzrə isə 1000 ton duz və 15 min kubmetrdən artıq qum ehtiyatı yığılmışdır. Həmçinin kifayət qədər lazımi texnika da hazır vəziyyətə gətirilmişdir.

Səhər saatlarında 170-ə yaxın texnika və 200 işçi qüvvəsi Bakı şəhəri üzrə yolların təmizlənməsinə cəlb olunmuşdur. Vəziyyətdən asılı olaraq yolların təmizlənməsinə əlavə ehtiyat qüvvələri də cəlb edilə bilər. Hazırda ölkədə yolların təmizlənməsi üçün istifadə olunan 700-ə yaxın texnika vardır. Bakıda isə bu texnikaların sayı 350-dir.
Eyni zamanda, növbətçilik cədvəli əsasında, bölgələr də daxil olmaqla, yolların vəziyyəti barədə məlumatlar mütəmadi olaraq mərkəzi aparata göndərilir.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.









Foto: AzərTAc
URL: http://www.milli.az/news/society/93962.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 442

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: