Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Cəmiyyət

Azərbaycana ruzi-bərəkət rəmzi olan qar yağır... - FOTO

28 Yanvar 2012 [22:10] - MİLLİ.AZ
Yurdumuzda builki qаrlı-şахtаlı qış fəsli öz gözəllikləri ilə seçilir.
Dаğlаr, təpələr, dərələr, düzlər аğ libas geyinmişdir. Аğаclаrın budаqlаrı lülə-lülə qаrа bürünmüş, yollar buz bağlamışdır. Аrаbir buludlаrın аrаsındаn Günəşin sоyuq şüаlаrı süzüldükcə, hər tərəf аlmаz kimi pаr-pаr pаrıldаyır, gözləri qаmаşdırır. Quşbаşı qаr dənələrinin аğır-аğır yеrə еnməsi, şахtаlı hаvаnın yаnаqlаrı охşаmаsı insanlara xüsusi ləzzət vеrir. Bu əsrarəngiz mənzərənin öz özəlliyi, öz gözəlliyi vardır.

Ruzi-bərəkət rəmzi olan qar paytaxtımızın görkəmini də tamamilə dəyişmişdir. Abad küçələr, geniş prospektlər boyunca düzülən müasir görkəmli, bir-birindən yaraşıqlı binalar, parklar, bağlar, xiyabanlar ağ örpəyə bürünmüşdür.

Bu qarlı-şaxtalı qış günlərində paytaxtda müasir şəhərsalmanın ən yeni nümunələri qədim binalarla qoşalaşmışdır. Burada incə Şərq memarlığı ilə müasir Avropa üslubu qovuşur, desək şübhəsiz, mübaliğəyə yol vermiş olmarıq. Ağappaq qar yamyaşıl ağacları, göz oxşayan binaları, ayna sütunlu obyektləri bəzəyir. Gündüzlər qış günəşinin bəyaz şəfəqləri, gecələr isə al-əlvan işıqlar əsrarəngiz mənzərə yaradır.

Qar Azərbaycana, onun paytaxtı Bakı şəhərinə sevinc, fərəh gətirmişdir. Hamı təbiətin bu nadir gözəlliyindən zövq alır. Hər yerdə əhval-ruhiyyə yüksəkdir. Adamlar dəstə-dəstə bu saf, sağlam havada müasir parklarda asta-asta gəzişir, söhbət edir, uşaqlar isə sevinclərini ora-bura qaçmaqla, qartopu oynamaqla büruzə verirlər.

Aramsız yağan qar füsunkar gözəlliklə yanaşı, paytaxtımıza müəyyən qayğılar da gətirmişdir. Müvafiq sturukturlar qarlı-şaxtalı hava şəraitinin yaratdığı problemlərin aradan qaldırılması, hər şeyin nizamlı olması, yolların təmizlənməsi, nəqliyyatın aramsız işləməsi, işıq və qaz çətinliklərinin olmaması üçün gücləndirilmiş iş rejimində çalışırlar.

Bəyaz qarlı günləriniz mübarək!

/AzərTAc/

Böyütmək üçün şəkillərə klikləyin.















Foto: AzərTAc
URL: http://www.milli.az/news/society/93984.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 758

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
Mister Cooooo... 29.01.2012 01:26
amma biz burda gardan bezmishik,yayda gelirem dogma Bakiya dincelib 1 ay gedirem oda,-- oda albbetdeki,vaxt olsa :))))....,isti yaxshdi...garin ustunde gezmekden ,mashin surmekden

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: