Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Video

"Bakı Kristal Zalı"nda tikinti işləri son mərhələsinə çatıb - VİDEO

23 Fevral 2012 [17:14] - MİLLİ.AZ
"Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi "Bakı Kristal Zalı"nda tikinti işləri artıq son mərhələsinə çatıb. Trend müsabiqənin rəsmi saytına istinadən xəbər verir ki, hazırda zalın üzərindəki kristallar quraşdırılır.

Xatırladaq ki, Avropa Yayımları Birliyi yanvarın 25-də "Bakı Kristal Zalı"nı "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi məkan kimi təsdiqləyib. Yanvar ayında arenada olan Avropa Yayımları Birliyinin nümayəndələri aparılan tikinti işləri ilə tanış olub və bu zalın ən yüksək standartlara cavab verdiyini bildiriblər.

"Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi “Bakı Kristal Zalı”nın yaxınlığında müsabiqədə akkreditasiya olunmuş jurnalistlər üçün xüsusi Mətbuat Mərkəzi də inşa olunur. Jurnalistlərin rahat işləyə biləcəyi bu məkan 5000 kvadratmetr ərazini əhatə edəcək və "Eurovision" müsabiqəsi zamanı bu vaxtadək fəaliyyət göstərən yüksək şəraitli mətbuat mərkəzlərindən biri olacaq.

Hazırda mərkəzdə tikinti işləri sürətlə davam edir.

Milli.Az

Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin.



URL: http://www.milli.az/news/video/98966.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 2459

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: