“Liverpul” öz meydanında “Everton”u qəbul edib. Komandanın heyətində meydana Co Koul, Luis Qarsiya, Maykl Ouen və Emil Heski kimi ulduz futbolçular çıxıb. Ceymi Karrager isə öz qapısına penaltidən qol vurub. Hakim “Liverpul”un qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Karrager rəqib oyunçudan cəld tərpənərək, penalti zərbəsini özü yerinə yetirib və top qapıdan keçib. O, hərəkətini belə izah edib: “Uşaq vaxtı “Everton”a azarkeşlik edirdim. Həmişə “Liverpul”a qol vurmağı arzulayırdım”.








Səhvlər barədə məlumat vermək
Çap üçün versiya












