Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / İdman

Avro-2012: Alman maşını Azərbaycan millisini acı məğlubiyyətə uğratdı - NƏTİCƏLƏR

08 Sentyabr 2010 [02:09] - MİLLİ.AZ
Ruslar uduzdu, erməni və gürcülər isə xal aldı
Bu gecə Avro-2012 seçmə mərhələsi çərcivəsində II turun qarşılaşmaları baş tutub.

Asport.az-ın verdiyi xəbərə görə, Avropanın yaşıl meydanlarında 23 qarşılaşma oynanılıb.

Türklərin çətin qələbəsi

Milli komandamızın ilk oyunu keçirdiyi cari seçmə mərhələdə qrupumuzda bütün komandalar iş başında olub. Qrupumuzun mərkəzi oyunu İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçirilib. Seçmə mərhələyə Qazaxıstanda böyük hesablı qələbə ilə başlayan Türkiyə əsas rəqiblərindən olan Belçikanı qəbul edib. “Ay-ulduzlular” 64-cü dəqiqədən azlıqda qalan rəqibini çox çətinliklə məğlub ediblər. Hesabı ilk olaraq qonaqlar açıb. Van Buyten 28-ci dəqiqədə dəqiq baş zərbəsi ilə komandasını hesabda irəli çıxarıb. 48-ci dəqiqədə Həmid Altıntop hesabı bərabərləşdirib. 64-cü dəiqədə Belçika millisinin yarımmüdafiəçisi Kompani kobud oyuna görə qırmızı vərəqə alaraq, komandasını azlıqda qoyub. Türklər bundan dərhal yararlanıb. 66-cı dəqiqədə Semih komandasını önə çıxardıb. Lakin Van Buyten yenidən səhnəyə çıxıb və cəmi 2 dəqiqə sonra hesabı bərabərləşdirib. Nəhayət türklərin qələbə topu 78-ci dəqiqədə Arda Turandan gəlib: 3-2.

Gecənin bəxtsizləri: Azərbaycan, San-Marino və Farer Adaları…

Millimiz isə Köln şəhərində Almanıyanın qonağı olub və böyükhesablı məğlubiyyətə uğrayıb – 6:1. Foqtsun futbolçularımız üçün “pulsuz dərs” adlandırdığı qarşılaşma əslində dərsdən daha çox, faciəli tamaşaya oxşayıb. Belə ki, Klozenin dubl etdiyi oyunda, Podolski, Müller, Badştuber hərəyə bir dəfə fərqlənib. Rəşad Sadıqov avtqoloa imza atıb. Təsəlli qolu isə Rail Məlikovun adına yazılıb.

Foqtsun yaxşı formada olan Rəşad Sadiqovun əvəzinə meydana heç nəyi ilə yadda qalmayan Çertoqanovu ilk onbirlikdə meydana buraxması, Rauf Əliyevin adını ümimiyyətlə iştirak ərizəsinə salmaması, “pulsuz dərs” adlandırdığı oyunda Araz Abdullayev kimi gənc və istedadlı futbolçuya yalnız son dəqiqələrdə şans verməsi yetərincə suallar doğurur.

Qeyd edək ki, Azərbaycanla yanaşı bu gecə daha bir neçə komanda darmadağına məruz qalıb. İsveçrə San-Marinonu 6-0, İtaliya isə Farer Adalarını 5-0 məğlub edib.

Qazaxların “Azərbaycan sindromu”

Komandamızın yer aldığı A qrupunda digər oyun Avstriya – Qazaxıstan qarşılaşması olub. Oyunda tərəflərdən heç biri 90 dəqiqə ərzində fərqlənə bilməyib. Amma uzatma dəqiqələrində Qazaxıstan Azərbaycan futboluna xas olan sindromla üzləşib. Belə ki, qazaxlar əsas vaxta əlavə olunmuş son 2 dəqiqənin hər birisində qapısından bir top buraxmaqla, turnirdə ikinci məğlubiyyətini rəsmiləşdirib:  2-0.

Qonşularımız….

B qrupunda isə Ermənistan millisi Makedoniyanın qonağı olub. Qarşılaşmada 4 qol vurulsa da, heç bir komanda qalib gələ bilməyib: 2-2.

Bu qrupda yer alan Rusiya millisi isə öz meydanında Slovakiya millisinə minimal hesabla məğlub olub: 0-1.

F qrupunda yer alan digər qonşumuz Gürcüstan öz meydanında İsrail yığması ilə qolsuz bərabərliyə qalıb: 0-0

Gecənin bütün nəticələrini təqdim edirik:

A qrupu

Almaniya-Azərbaycan 6-1
Türkiyə -Belçika 3-2
Avstriya-Qazaxıstan 2-0

B qrupu

Rusiya – Slovakiya 0-1
İrlandiya – Andorra 3-1
Makedoniya-Ermənistan 2-2

C qrupu

Serbiya – Sloveniya 1-1
İtaliya – Farel Adaları 5-0

D qrupu

Belarus – Rumıniya 0-0
Albaniya – Luksemburq 1-0
Bosniya – Hersoqovina – Fransa 0-2

E qrupu

İsveç – San Marino 6-0
Hollandiya – Finlandiya 2-1
Macarıstan – Moldova 2-1

F qrupu

Gürcüstan – İsrail 0-0
Malta – Latviya 0-2
Xorvatiya – Yunanıstan 0-0

G qrupu

Bolqarıstan – Çernoqoriya 0-1
İsveçrə – İngiltərə   1-3

H qrupu

Danimarka – İslandiya 1-0
Norveç – Portuqaliya 1-0

I qrupu

Çexiya – Litva 0:1
Şotlandiya – Lixteyşteyn 2-1

Milli.Az
URL: http://www.milli.az/news/sport/20686.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1393

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: