Homoseksual Futbolçular Federasiyası (HFF) Fransanın həvəskar “Şuz” klubunun cəzalandırılmasını tələb edir.
Asport.az-ın “AP”-yə istinadən verdiyi xəbərə görə, “Şuz” klubu kiçik yaşlarından etibarən 14 il heyətində oynamış Yoann Lemer adlı futbolçu ilə onun “mavi” olduğu üzə çıxandan sonra müqaviləni uzatmaqdan imtina edib.
Fransa Futbol Federsiyasına müraciət edən HFF “Şuz”a qarşı ciddi sanksiyaların tətbiq olunmasını tələb edir: ""Şuz"u ona görə cəzalandırmaq lazımdır ki, qoy hər kəs belə ayrı-seçkiliyin rasizm və antisemitizm qədər pis hərəkət olduğunu bilsin”
Ölkənin gənclər naziri Rama Yade də eyni səbəbdən “Şuz”un cəzalandırılmasına tərəfdar olduğunu açıqlayıb.
Milli.Az