Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / İdman

Azərbaycan futbol klubunun bazasında yanğın baş verdi

24 Avqust 2011 [17:29] - MİLLİ.AZ
Avqustun 23-dən 24-nə keçən gecə Lənkəranda yağan leysan yağışı nəticəsində “Xəzər Lənkəran”ın baza-otelində yanğın baş verib. Azerisport.az xəbər verir ki, gecə saatlarında  bazanın elektrik xətlərində qısa qapanma baş verib və bir neçə dəqiqəyə binanı bütövlüklə tüstü bürüyüb.
 
Elektrik xətlərinin yanmış izolyasiya qabığının iyinin otaqlara dolması və futbolçuları narahat etməsini nəzərə alan rəhbərlik dərhal komandanı Bakıya yola salıb. Yanğının qarşısı alınandan sonra yanğısöndürən maşınları hadisə yerinə gəlib.
 
Stadionun direktoru Höccət Hacıyev hadisənin baş verdiyini təsdiqləyib. Lakin o, xəsarət alanın olmadığını və komandanın sağ-salamat Bakıya yola salındığını deyib. Stadionun əsas meydançasındakı son durumu soruşduqda isə Höccət bəy bunları bildirib: “Meydançada iş gedirdi, yağan güclü yağış işləri dayandırıb. Dünən meydançaya səpilmiş toxumu da yağış yuyub aparıb”.

Milli.Az
URL: http://www.milli.az/news/sport/64804.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 861

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: