Rusiya Premyer Liqasında 28-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvü
Vaqif Cavadovun şərəfini qoruduğu “Volqa” bu tur evdə “Krasnodar”u qəbul edib.
Qeyd edək ki, həmyerlimizin komandası elitada qalmaq uğrunda mübarizə aparır. Bu oyundan öncə 12-ci pillədə qərarlaşan Nijni Novqorod təmsilçisinə hər xal hava-su kimi lazım idi. “Krasnodar”da isə vəziyyət o qədər də təhlükəli deyildi. Bu komanda 35 xalla 9-cu yerdə gedirdi.
Qarşılaşmaya meydan sahibləri daha yaxşı başlasalar da, onların fəallığı ilk buraxılan qola kimi davam edib. Məhz 59-cu dəqiqədə buraxılan qoldan sonra ruhdan düşən novqorodlular sonda qapılarında daha bir top görüblər - 0:2.
Ötən tur ümumiyyətlə meydana çıxmayan Vaqifin bu dəfə hansı aqibəti yaşayacağı maraqla gözlənilirdi. Baş məşçqi Dmitri Çerışev həmyerlimizi bu oyunun "18-liy"inə daxil etsə də, ehtiyatda saxlamışdı. O, yalnız 62-ci dəqiqədə Cavadovu Sekelinin əvəzində meydana buraxıb. Lakin Vaqif də komandasına heç nədə kömək edə bilməyib.
Rusiya Premyer Liqası
28-ci tur
22 oktyabr
Volqa - Krasnodar - 0:2 (0:0)
Qollar: Marçvaladze, 59, Movsisyan, 90+1.
68. Vaqif oyuna yaxşı qoşulur. O, sol cinahda bir futbolçudan gözəl sıyrılıb, cərimə meydançasına daxil olsa da, zərbə vurmasına imkan vermirlər
85. Cavadov ilk cəhdindəki uğurlu keçiddən sonra demək olar ki, heç nə ilə diqqət çəkmir
86. Vaqif sol cinahla irəliləmək istəsə də, rəqib futbolçunu keçə bilmir
Milli.Az
Şərh etmək