Milli.Az-ın Regional TV kanalına istinadən verdiyi məlumata görə, 5 gün öncə istifadəyə verilən Qusar rayon şahmat mərkəzində gələcəyin zəka sahibi olmaq niyyətində olanlar 64 xananın sirlərini öyrənir. Şahmat kurslarına yazılan uşaqlar gələcəyə ümidlə baxırlart Onlar indi aldıqları biliklərin idmanın bu növündə uğur qazanmaları üçün müstəsna rol oynayacağını bildirirlər.
Qusar şahmat mərkəzi müasir tələblərə cavab verir. Mərkəzin zalında 40 şahmat stolu var ki, bu da 80 idmançının eyni vaxtda mübarizə aparmasını təmin edir. Həmçinin mərkəzdə 10 elektron lövhəli şahmat stolu var. Burada oyunları birbaşa internetdən izləmək mümkündür.
Tədris mərkəzinin müəllimi
Namiq Səfərəliyevin sözlərinə görə, uşaqlar arasında şahmat idman növünə maraq yüksəkdir.
Qusar Azərbaycanın şahmat ənənələri olan bölgələrindəndir. Sovet dövründə rayonun idmançıları bir sıra beynəlxalq yarışlarda uğurlu nəticələr qazanıblar. 20 ilə yaxındır Qusarda bu idman növünün inkişafı ləngiyib. Rayonun Gənclər İdman İdarəsinin rəisi
Emil Əmirmətov bunun subyektiv səbəbləri olduğunu bildirir. O, deyir ki, şahmat mərkəzində bir sıra yarışların keçirilməsi planlaşdırılır. Bura Beynəlxalq səviyyəli turnirlərin təşkili də aiddir. Məsələ ilə bağlı Gənclər və İdman Nazirliyinə müraciət olunub.
Milli.Az
Şərh etmək