Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Türkiyə

Türkiyənin müxalifət partiyası daha bir millət vəkili qazandı

15 Iyun 2011 [13:59] - MİLLİ.AZ
Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) parlamentdəki yerlərinin sayını artırıb. Milli.Az xəbər portalının "Doğan" agentliyinə istinadən verdiyi məlumata görə, bu, İstanbuldakı 1-ci bölgə seçki dairəsində səsvermənin nəticələrindən şikayət yolu ilə mümkün olub. Həmin dairədə MHP-çi namizəd Hayrettin Nuhoğlunun 634 səslə məğlub olduğu bildirilirdi. Lakin partiyanın şikayətindən sonra araşdırma aparılıb və məlum olub ki, Hayrettin Nuhoğlu əlavə 820 səs qazanıb. Nəticədə müxalifətçi namizədin deputat seçildiyi müəyyənləşib.

Beləliklə, MHP Türkiyə Böyük Millət Məclisindəki deputat yerlərinin sayını 54-ə çatdırmış olub. Eyni zamanda, 12 iyun seçkilərinin ən gənc qalibi kimi tanınan və namizədliyi hakim Ədalət və İnkişaf Partiyasından (AKP) irəli sürülən Muhammet Bilal Macit mandat qazanmaq şansını itirib.

Qeyd edək ki, qərara AKP-nin də etiraz etmək hüququ var.

Milli.Az
URL: http://www.milli.az/news/turkey/53212.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 940

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: