Bakıda avtobus sürücülərinə qarşı reydlər keçirilib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif ƏsədovTrend-ə bildirib ki, fevralın 21 və 22-də keçirilən reydlər zamanı 35 avtobus sürücüsü cəzalandırılıb.
Onlardan 6-sı avtobusu texniki baxışdan keçirmədiyi, 8-i avtobusu texniki pasport olmadan idarə etdiyi üçün, 21-i isə sənədlərində uyğunsuzluqlar olduğu üçün inzibati qaydada saxlanılıb, avtobuslar isə müvəqqəti duracağa aparılıb.
Vaqif Əsədov bildirib ki, reydlər zamanı avtobus sürücülərinin avtobusları ikinci yolda, yolun hərəkət hissəsində saxlaması halları qeydə alınıb.
Sürücülər bu halların sərnişin və piyadaların təqsiri səbəbindən baş verdiklərini qeyd ediblər. Bildiriblər ki, sərnişinlər avtobusa minmək üçün avtobus dayanacağa çatmadan yolun hərəkət hissəsinə çıxır və sürücülər məcburiyyət qarşısında qalaraq avtobusları dayanacaqdan aralıda saxlayırlar.
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
Şərh etmək