Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Dünyada

UNİCEF “Eurovision” müsabiqəsi ilə əməkdaşlığa başlayır

31 Avqust 2010 [18:01] - MİLLİ.AZ
Uşaqların “Eurovision” müsabiqəsinə UNİCEF himayədarlıq edəcək
Bu il noyabr ayının 20-də Belarusun paytaxtı Minskdə keçiriləcək “Uşaq Eurovision” beynəlxalq mahnı müsabiqəsinin təşkilatçıları Avropa Yayım Birliyi (EBU) və Belteleradiocompany (BTRC) şirkəti UNICEF şirkəti ilə unikal əməkdaşlığa başlayıb.

Milli.Az-ın məlumatına görə, bu barədə müsabiqənin rəsmi eurovision.tv saytında qeyd olunub. Avropanın müxtəlif ölkələrindən olan uşaqları bir araya gətirən müsabiqənin bu ilki devizi – uşaqlarda ruh yüksəkliyi və onlar arasında möhkəm dostluq əlaqələri yaratmaqdır. Məhz bu ideyanı nəzərə alaraq, UNİCEF bu il keçiriləcək “Uşaq Eurovision” müsabiqəsinə dəstək olmağa qərar verib. “Uşaqların hər kəsin qayğısına, diqqətinə və müdafiəsinə ehtiyacı var. Hamımız səy göstərsək, elə edə bilərik ki, onların həyatları sağlam, təhsil və rifahları yaxşı olsun” – deyə, UNİCEF şirkətinin rəsmisi Yuri Oksamitniy bildirib.

Məlumat üçün bildirək ki, bu il “Uşaq Eurovision” müsabiqəsində 14 ölkə iştirak edəcək. Azərbaycan müəyyən səbəblərdən bu il də müsabiqədə iştirak etməyəcək. “Eurovision” müsabiqəsindəki nümayəndə heyətimizin rəhbəri Adil Kərimlinin Milli.Az xəbər portalına verdiyi məlumata görə, buna səbəb müsabiqəyə hazırlığa çox az vaxtın qalması və külli miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, müsbət nəticənin olmamasıdır.

Günay
Milli.Az
URL: http://www.milli.az/news/world/20120.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1153

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı:

Bölmənin digər xəbərləri