Rusiya Dövlət Dumasının deputatı Nina Ostanina Kemerovo vilayətinin Novokuznetsk şəhərində hücuma məruz qalıb.
Milli.Az xəbər portalı İTAR-TASS-a istinadən xəbər verir ki, Kommunist Partiyasından olan deputata dörd nəfər hücum edib. Deputatın özü xəsarət almayıb. Onu müşayiət edən şəxslər Nina Ostaninanı qoruya biliblər.
İstintaq bir neçə versiya üzərində işləyir. Vilayət Baş Daxili İşlər İdarəsinin rəisi Aleksandr Yelin bildirib ki, hücum edənlər “Quryanin” kooperativinin aldadılmış əmanətçiləri ola bilərlər. Kommunist Partiyasının yerli təşkilatı kooperativin borclarının qaytarılması üçün fəaliyyət göstərirmiş. Lakin kommunistlər aldadılmış əmanətçilərə kömək edə bilməyiblər.
Hücum edənlər silahlı olmayıblar.
Xatırladaq ki, sentyabrın 2-də Rusiya Dövlət Dumasının başqa bir deputatı da hücuma məruz qalmışdı. Naməlum şəxslər deputat Oleq Şeinin üstünə içərisində nəcis olan torba atmışdılar.
Milli.Az