Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Dünyada

Ərəb şeyxi Abramoviçi qabaqladı

07 Sentyabr 2010 [06:12] - MİLLİ.AZ
Məhəmməd bin Rəşid əl-Maktum indi ən böyük yaxtanın sahibidir
Birləşmiş Ərəb Əmirliklərinin baş naziri və vitse-prezidenti, Dubayın əmiri Məhəmməd bin Rəşid əl-Maktum rusiyalı oliqarx Roman Abramoviçi qabaqlayıb. Dünyanın ən hündür binasına sahib olan ərəb şeyxi indi dünyanın ən böyük yaxtasının da sahibidir. “The Australian” qəzetinin yazdığına görə, ərəb şeyxi iki fotbol meydançası böyüklüyündə, təqribən 170 metr uzunluğundakı yaxtası ilə Abramoviçi üstələyib. Təqribən 15 ay bundan əvvələ qədər isə Abramoviç dünyadakı ən böyük şəxsi yaxtanın sahibi idi.

Dünyanın ən varlı adamlarından biri olan rusiyalı neft maqnatının sahib olduğu yaxtalardan “Eclipse” qayığı 160 metr (525 fut), “Pelorus” qayığı 115 metr (377 fut), “Ecstasea” qayığı isə 86 metr (282 fut) uzunluğundadır.

/ANS PRESS/
URL: http://www.milli.az/news/world/20588.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1343

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı:

Bölmənin digər xəbərləri