Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Dünyada

Fransada həyat durdu

07 Sentyabr 2010 [15:59] - MİLLİ.AZ
Bu gün Fransada kütləvi tətilə start verilib.
Milli.Az BBC-yə istinadən xəbər verir ki, hökumətin pensiya islahatlarına etiraz edən insanların kütləvi tətilə çıxması ictimai nəqliyyatın, bankların, aeroportların, poçt sistemi və sair sahələrin fəaliyyətini tam iflic edib.

Müxalifət partiyaları və həmkarlar ittifaqı təşkilatları ilə yanaşı, dövlət sektorunda çalışan insanlar da tətilə qoşulub. Əksər istiqamətlərdə hərəkət etməli olan qatarların vağzallarda qalması insanların mənzil başına çatmasına problem yaradıb.

Metro işçiləri də etiraz aksiyasına qoşulanlar arasındadır. Şarl de-Qoll aeroportunda reyslərin cəmi 10%-i baş tutub. Nitsa, Tuluza, Lill, Marsel, Bordo və Lion kimi şəhərlərdəki beynəlxalq hava limanlarında da reyslər təxirə düşüb.

Tətilin 24 saat davam etdirilməsi nəzərdə tutulub.

Milli.Az
URL: http://www.milli.az/news/world/20628.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1678

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı:

Bölmənin digər xəbərləri