Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Dünyada

Ancelina Coli Pakistanda - FOTO

07 Sentyabr 2010 [18:30] - MİLLİ.AZ
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) xoşməramlı səfiri, amerikalı aktrisa Ancelina Coli daşqınlardan ziyan çəkən Pakistana səfər edib.
UNHCR-in məlumatına görə, aktrisa bu ölkədə iki gün qalacaq. Onun səfərinin əsas məqsədi su altında qalan bölgələri ziyarət etmək, zərərçəkənlərlə, eləcə də humanitar əməliyyatlarda iştirak edən heyətlə görüşməkdən ibarətdir.

UNHCR-in mətbuat katibi Melissa Fleminq “ulduz”un şəxsi təhlükəsizliyi ilə əlaqədar səfərin təfərrüatlarını açıqlamayıb.

İTAR-TASS-ın məlumatına görə, bu, Ancelina Colinin 2001-ci ildə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının xoşməramlı səfiri seçiləndən Pakistana sayca dördüncü səfəridir. Təbii fəlakətin nəticələrinin ən ağır olduğu vaxtlarda aktrisa zərərçəkənlərə 100 min dollar ianə etmişdi.

Qeyd edək ki, Pakistandakı daşqınlar son 80 il ərzində ən ağır nəticələr verib. Təbii fəlakət nəticəsində 1600 nəfər həlak olub, daşqınlar 21 milyondan artıq adamın həyatına birbaşa təsir göstərib.

Milli.Az





URL: http://www.milli.az/news/world/20665.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 834

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı:

Bölmənin digər xəbərləri