Bank of Baku: BOLKART-la AL, BALA-BALA ödə! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Dünyada

Türkiyədə təhlükəli virus aşkarlandı

09 Sentyabr 2010 [09:29] - MİLLİ.AZ
Türkiyədə Qərbi Nil qızdırması virusu aşkar edilib. Səhiyyə Nazirliyi son günlərdə 7 nəfərdə virusun akar edildiyini, 3 nəfərin dünyasını dəyişdiyini bildirib.
Virusun Azərbaycanda yayılma ehtimalı isə çox azdır. Bu barədə AzərTAc-a məlumat verən Respublika Taun Əleyhinə Stansiyanın direktor müavini Şair Qurbanov bildirib ki, bu virusun daşıyıcısı köçəri quşlar, gəmiricilər, yayan isə ağcaqanadlardır. Virusun isti havalarda yayılma ehtimalı daha çoxdur. Çünki isti hava virusun inkişafı üçün münbit şərait yaradır. Amma mövsümün dəyişməsi nəticəsində virusun yayılma ehtimalı daha da azalacaq. Havalar soyuduqca təhlükə də sovuşacaq.

Xəstəliyin əlamətləri kəskin temperatur, baş və göz ağrıları, halsızlıq, əzələ ağrılarıdır.
Həkim vurğulayıb ki, xəstəliyə yoluxan şəxs vaxtında və düzgün müalicə olunmadıqda xəstəlik ölümlə nəticələnə bilər.

Qeyd edək ki, Yunanıstanda ötən ay ortaya çıxan Qərbi Nil virusundan 18 nəfər ölüb. Xəstəliyin Rumıniyada da ölümə yol açdığı bildirilir.

Milli.Az
URL: http://www.milli.az/news/world/20789.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1031

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı:

Bölmənin digər xəbərləri