Rusiya Prezidenti Dmitri Medvedev Ramazan bayramı münasibətilə müsəlmanları təbrik edib.
Milli.Az xəbər veriri ki, bu barədə Kremlin rəsmi saytında məlumat yerləşdirilib.
Təbrikdə deyilir: “Bu bayram dindarları İslamın ruhani və mənəvi əsaslarına-ədalət, humanizm, sülhpərvərlik dəyərlərinə, mərhəmət və sevgiyə yönləndirir. Qədim əsrlərdən Ramazan bayramı yaxşı ilərin görülməsi, ehtiyacı olanlara yardım göstərilməsi ilə qeyd olunur”.
Dmitri Medvedev bildirib ki, bu gün Rusiyadakı müsəlman icması vətəndaş həmrəyliyinin və dinlərərası əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır: “Onun maarifçilik fəaliyyəti, müasir gəncliyin tərbiyəsində aktiv iştirakı isə xalqlar arasında qarşılışlı anlaşma və tolerantlığın genişlənməsinə yardım edir”.
Milli.Az