Bank of Baku-nun “Dostlar klubu” : daimi müştərilərə yeni güzəştlər! Azərbaycan Beynəlxalq Bankının xəbərləri

Milli.Az / Dünyada

İki övladı itirən ata və ana intihar etdilər - FOTO

11 Noyabr 2011 [13:31] - MİLLİ.AZ
Rusiyanın Zabaykalye diyarındakı Klyuçevski qəsəbəsində 47 yaşlı valideynlər intihar ediblər.
Milli.Az xəbər portalı MK-ya istinadən bildirir ki, onlar bu il iki övladlarını itiriblər. Klementyevlər intihar etməzdən əvvəl yazı qoyublar.
"Ölümümüzdə kimsəni günahlandırmayın. Qızlarımız dünyalarını dəyişəndən sonra həyatımızı necə yaşayacağımızı təsəvvür etmirik", - onlar yazmışdılar.

Bu ilin martında onların 25 yaşlı hamilə qızı əri ilə birlikdə qəzaya düşmüşdü: onların maşınını başqa avtomobil vurmuşdu.
Zərbə nəticəsində maşının qabaq şüşəsini qıraraq çölə düşən hamilə qadın yerindəcə həlak olmuşdu.

14 yaşlı Valeriya da az sonra qəzaya düşərək həlak olmuşdu. Həmin qəza zamanı sükan arxasında qızın atası idi.

Klementyevlər intihar etməzdən əvvəl dəfnləri üçün paltar və pul da hazır qoymuşdular. Onlar əmlaklarını dostlarına vəı qohumlarına vəsiyyət ediblər.

Milli.Az

Böyütmək üçün şəkillərə klikləyin.




URL: http://www.milli.az/news/world/79400.html

Səhvlər barədə məlumat vermək

Çap üçün versiya

Oxunub: 1314

Şərh etmək

Sizin adınız:
Şərhin mətni:
Təsdiq kodu: captcha
Xəbərlərə yazılan şərhlərin Milli.Az xəbər portalının redaksiya siyasətinə heç bir aidiyyatı yoxdur. Biz yazılan şərhlərin forma və məzmununa görə məsuliyyət daşımırıq. Xahiş olunur ki, mövcud qaydalara riayət edəsiniz.
əfsuslar 11.11.2011 13:48
İnsan həyatda olacaqlar qarşısında nə qədər acizdir. heç bir hadisənin qarşını almaq mümkün deyil... Olacaqlardan sonra isə buna səbr etmək hər insan üçün mümkün deyil yəqin. Yaradan rəhm etsin hamısına
ulker 11.11.2011 15:14
vay allah uzaq elesin, dogurdan da acidim hallarina, allah hec bir valideyne ovlad dagi gostermesin dininden, dilinden, irqinden asili olmuyaraq, ovlad ovladi baldan wirin, acisi da bal dadir...

Dosta tövsiyə

  • Sizin A.S.A.:
  • Sizin E-mail ünvanınız:
  • Dostunuzun A.S.A.:
  • Dostunuzun E-mail ünvanı: