Milli.Az » Təhsil » Fəaliyyəti dayandırılan Moskva Dövlət Açıq Universitetinin Bakı filialı tələbələrinin köçürüləcəyi ali məktəblər məlum olub
09 Sentyabr 2010 [14:22] - Milli.Az
Təhsil naziri Misir Mərdanovun əmri ilə fəaliyyəti dayandırılan Moskva Dövlət Açıq Universitetinin Bakı filialının tələbələri 4 ali məktəbə köçürülür.

Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, “tərcümə və tərcüməşünaslıq”, “müəssisənin iqtisadiyyatı və idarəedilməsi” və “hüquqşünaslıq” ixtisaslarında təhsil alan tələbələr “Odlar Yurdu” Universitetində, “idarəetmənin menecmenti” ixtisasında təhsil alan tələbələr Bakı Biznes Universitetində, “dünya iqtisadiyyatı” ixtisasında təhsil alan tələbələr Azərbaycan İctimai-Siyasi Universitetində, “avtomobil və avtomobil təsərrüfatı”, “ibtidai sinif müəllimliyi” ixtisaslarında təhsil alan tələbələr isə Elm və Təhsil Mərkəzi “Təfəkkür” Universitetində təhsillərini davam etdirəcəklər. Köçürülmə Təhsil Nazirliyinin məlumat bankında adları olan, Moskva Dövlət Açıq Universitetinin Bakı filialında təhsil alan və təhsilini Azərbaycanda davam etdirmək istəyən tələbələrə şamil edilir.

Qeyd edək ki, Moskva Dövlət Açıq Universitetinin Bakı filialının fəaliyyətinə verilmiş 19.11.2007-ci il tarixli lisenziya bu il aprelin 27-də ləğv edilib.

Milli.Az


Copyright © Milli.Az

    Rambler's Top100