Milli.Az » Seçkilər » Demokratiya Uğrunda İttifaq namizədlərinin siyahısını açıqladı
08 Sentyabr 2010 [14:47] - Milli.Az
Demokratiya Uğrunda İttifaq deputatlığa namizədlərinin siyhasını açıqlayıb.

Milli.Az xəbər portalının məlumatına görə, siyahı 70 seçki dairəsini əhatə edir. Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu 42 saylı Sumqayıt (ikinci) seçki dairəsindən namizəd olacaq. Fəaliyyətdə olan millət vəkili Pənah Hüseyn 22 saylı Nəsimi (ikinci) seçki dairəsində mandat uğrunda mübarizə aparacaq. Qeyd edək ki, o, ötən seçkilərdə 63 saylı Sabirabad birinci seçki dairəsindən millət vəkili seçilmişdi.

Azərbaycanda parlament seçkiləri noyabrın 7-nə təyin edilib. Seçkilər mojaritar sistem üzrə 125 dairədə keçirilir.

Milli.Az


Copyright © Milli.Az

    Rambler's Top100