Milli.Az » Eurovision » “Eurovision 2011” müsabiqəsinin yarımfinal və final tarixləri məlum oldu
01 Iyul 2010 [11:13] - Milli.Az
Avropanın ən mötəbər mahnı müsabiqəsinin gələn ilki rəsmi açılışı mayın ilk ongünlüyündə olacaq.
Gələn il Almaniyada keçiriləcək “Eurovision-2011” mahnı müsabiqəsinin ilkin hazırlıqlarına artıq başlanıb. Milli.Az müsabiqənin rəsmi internet ünvanına istinadən xəbər verir ki, “Eurovision-2011” yarışmasının yarımfinal və final günləri məlum olub.
Belə ki, müsabiqənin ilk yarımfinalları may ayının 10 və 12-də, finalı isə mayın 14-də keçiriləcək. Sentyabr ayında isə müsabiqənin keçiriləcəyi məkan məlum olacaq. Bu sırada əsas namizədlər kimi ölkə paytaxtı Berlin və Almaniyanın digər şəhərləri – Hamburq, Hannover və Köln göstərilir.
Qeyd edək ki, Almaniya bu il “Eurovision-2010” mahnı müsabiqəsinin qalibi olub. Yarışmada Almaniyanı Lena Mayer-Landrut təmsil etmişdi.
Günay Milli.Az
|
|