Milli.Az » Rusiya » Azərbaycana taxıl gətirən qatar partladıldı
07 Sentyabr 2010 [14:43] - Milli.Az
Dağıstanda yük qatarı partladılıb.
İlkin məlumatlara görə, beş vaqon relsdən çıxıb.
Milli.Az xəbər portalı "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, qatar Həştərxandan Azərbaycan istiqamətində hərəkət edirmiş. Vaqonlarda taxıl olub. Ölən və yaralanan yoxdur.
Partlayışla əlaqədar Rusiya dövlət dəmir yolunun Dağıstan hissəsində qatarların hərəkəti dayanıb. Hazırda dörd qatar yolda qalıb. Onlardan ikisi sərnişin qatarıdır.
Milli.Az
|
|