Milli.Az » Şou-biznes » Aygün Kazımova təcili əməliyyat olundu! - EKSKLÜZİV
30 Iyul 2010 [19:29] - Milli.Az
Milli.Az xəbər portalının məlumatına görə, Azərbaycanın xalq artisti Aygün Kazımova bu gün cərrahiyyə əməliyyatı keçirib.
Dünən Aygün Kazımova Qubada istirahətdə olub. Onun həmin vaxt özünü yaxşı hiss etdiyi bildirilir. Lakin sonradan səhhətində dəyişiklik baş verən müğənni Bakıya qayıdıb. Bu gün səhər saatlarında isə onu paytaxtdakı klinikalardan birində təcili əməliyyata götürüblər. A.Kazımova hazırda reanimasiyadadır.
Özünə gəldikdən sonra müğənninin özünün açıqlama verəcəyi gözlənilir.
Son anda əldə etdiyimiz məlumata görə, müğəəni "Celamik" klinikasında yatır. Xalq artistini xaricdən gələn mütəxəssislər əməliyyat edirlər.
Xədicə Milli.Az
|
|