Milli.Az » Dünyada » Rusiya bazarında partlayış: ölənlər və yaralananlar var - YENİLƏNİB - FOTO
09 Sentyabr 2010 [13:46] - Milli.Az
Rusiyanın Vladiqafqaz şəhərindəki mərkəzi bazarda partlayış baş verib.

Vladiqafqaz bazarındakı partlayış nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb. Şimali Osetiya Daxili İşlər Nazirliyi bazarda təkrar partlayışın baş verə biləcəyini istisna etmir. Bazarın qarşısında iki maşın yanır. Həmin maşınların partladıldığı güman edilir.

*********

Milli.Az Rusiya mətbuatına istinadən xəbər veriri ki, son məlumatlara əsasən, Vladiqafqaz bazarındakı partlayış zamanı ölənlərin sayı 8 nəfərə çatıb, 30-dan artıq yaralı var. Bu barədə məlumatı Şimali Osetiya fövqəladə hallar nazirinin müavini Kazbek Bumurzov verib. Onun sözlərinə görə, partlayıcı qurğu 10 kiloqram trotil gücündə olub. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirirlər.

Son məlumata görə, Vladiqafqaz bazarındakı partlayışla bağlı Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedevə məruzə olunub. Məlumatı Kremlin mətbuat xidməti yayıb. Dmitri Medvedev nazirlərə zərərçəkənlərə yardım göstərilməsi və hadisənin araşdırılması ilə bağlı müvafiq göstərişlər verib. O, özünün Şimali Qafqaz federal dairəsi üzrə daimi nümayəndəsi Aleksandr Xloponini Şimali Osetiyaya göndərib.

13:03

Milli.Az xəbər portalı İTAR-TASS-a istinadən xəbər verir ki, partlayış güclü olub və yaxınlıqdakı binaların şüşələri sınıb. Hadisə yerinə şəhərin bütün operativ xidmətlərinin əməkdaşları yollanıblar.

RİA “Novosti”nin məlumatına görə isə, partlayış nəticəsində ölənlər və yaralananlar var. Onların sayı dəqiqləşdirilir. Bazarda ikinci partlayışın baş verməsi təhlükəsinin olduğu bildirilir. Bazardakılar evakuasiya edilirlər.

Şimali Osetiya Səhiyyə Nazirliyinin ilkin məlumatlarına görə, bazardakı partlayış nəticəsində beş nəfər ölüb, onlarla yaralı var.

Hüquq-mühafizə orqanlarındakı məlumatlı mənbə İTAR-TASS-a bildirib ki, bazarın yaxınlığında dayanmış minik avtomobili partlayıb.

Milli.Az











Copyright © Milli.Az

    Rambler's Top100