Milli.Az http://www.milli.az Xəbərlər portalı http://www.milli.az/images/logo_small.gif Milli.Az http://www.milli.az Dəyişəndən sonra rahatlanan - FOTO http://www.milli.az/news/dizayn/94749.html "Poteet Architects" memarlıq və dizayn studiyası "Collector's" loftunun yenidən layihələndiriliməsi ilə rekonstruksiyasını başa vurub. Dizayn Tue, 07 Feb 2012 04:30:00 +0400 Milli.Az bildirir ki, geniş yaradıcılıq emalatxanası ABŞ-ın Texas ştatındakı San-Antonio şəhərində yerləşir.Milli.Az Fotolar: Poteet Architects Superqəhrəmanların dolaşdığı kartlar - FOTO http://www.milli.az/news/photos/94750.html ABŞ-ın Los-Anceles şəhərində yaşayan Aleks Qross kartları vizual incəsənət nümunələrinə çevirib. Fotosessiya Tue, 07 Feb 2012 04:02:00 +0400 Milli.Az real insanların əks olunduğu vintaj kartlarını çağdaş superqəhrəmanlara döndərmiş rəssamın seriyasını təqdim edir.Milli.Az Fotolar: Alex Gross Dost tapmağın ən asan yolu http://www.milli.az/news/hitech/95085.html Mənim Day.Az Azərbaycanın ən böyük sosial şəbəkəsidir. Texnologiya Tue, 07 Feb 2012 03:30:00 +0400 Milli.Az xəbər verir ki, burada sizi romantik tanışlıqlar, yeni dostlar, maraqlı xəbərlər, ən son musiqilər, həmçinin video, foto və sair xidmətlər gözləyir. Asudə vaxtınızı daha maraqlı keçirmək, əylənmək istəyirsinizsə, bizə qoşulun. Mənim Day.Az-a siz də qoşulun!Milli.Az Ən yaxşı krossovkalar - FOTOSESSİYA http://www.milli.az/news/photos/94751.html "Nike Air Max" dünyada ən populyar krossovka tiplərindən biridir. Fotosessiya Tue, 07 Feb 2012 03:16:00 +0400 1987-ci ildə hazırlanmış sıxılmış havalı yastıqlar sayəsində "Nike" krossovkaları çox qısa müddətdə məşhurlaşdılar.Milli.Az "Nike Air Max"ın ən yaxşı 25 krossovkasını təqdim edir.Milli.Az Fotolar: Nike Air Max Uşaqlarda ürək xəstəliklərinin müalicəsi mümkündürmü? http://www.milli.az/news/health/95065.html Ürək xəstəlikləri dünyada ən öldürücü xəstəliklər sırasındadır. Sağlamlıq Tue, 07 Feb 2012 03:00:00 +0400 ÜST-ün dünya ölkələrində qeyri-keçici xəstəliklərin yayılmasına dair illik hesabatına görə, Azərbaycanda da ürək xəstəliklərindən dünyasını dəyişənlər var. Uşaqlarda isə ürək xəstəlikləri anadangəlmə və sonradan ola bilər ki, burada da önəmli olan erkən diaqnozdur. Statistikaya görə, dünyada doğulan uşaqların 4-5 faizi anadangəlmə ürək qüsuru ilə dünyaya gəlirlər. O cümlədən, Türkiyədə hər il 12 min anadangəlmə ürək xəstəsi olan körpə doğulur.Anadangəlmə ürək xəstəliklərinin əlamətləri Anadangəlmə ürək xəstəliklərinin bəziləri yüngüldür və ailənin ilk anda fərq edəcəyi bir əlamət göstərmir. Bu zaman ancaq pediatr müayinə sayəsində onda ürək xəstəliyinin olmasından şübhələnərsə, uşaq kardioloquna yönləndirilir.Pediatr Yasəmən Cəlilovanın sözlərinə görə, adətən, anadangəlmə ürək xəstəlikləri bu xəstəliyin növünə və ağırlığına bağlı olaraq körpələrdə müxtəlif əlamətlərə yol açır. Bunlardan birincisi ürəkdəki dəliklər və qapaq pozğunluğu ilə ortaya çıxan əlamətlərdir. Bunlara yatan körpənin sürətlə nəfəs alması, süd əmərkən, ya da əmziklə qidalanarkən alnının çoxlu tərləməsi, qidalanarkən tez yorulması, ara verməsi, yaxud yuxuya qalması, yuxu nizamının pozulması hallarını göstərmək olar. İrəliləmiş mərhələdə ürək rahatsızlığına körpədə çəki artımının dayanması, eləcə də boy artımının geri qalması, müəyyən müddət içərisində körpənin ürək döyüntülərinin nəzərəçarpacaq dərəcədə artması, ürəyin olduğu yerdə sinənin qabarıq hala gəlməsi, körpənin tez-tez sətəlcəm və ya bronxit olması, daha böyük uşaqlarda isə tez yorulma, sinə ağrısı və ürəkdöyünmə kimi əlamətlər ortaya çıxır.İkinci əlamət isə siyanotik ürək xəstəliklərinə aiddir. Bu zaman körpənin dodaqlarında və barmaq uclarında - dırnaqda göyərmə olur. İlk vaxtlar bu göyərmə arada bir, xüsusilə də körpə ağladığı zaman yüngül bir şəkildə ortaya çıxsa da, getdikcə artır və davamlı xarakter alır. Körpə ağladığı zaman, qidalanmadan sonra, səhər oyandığında və ya isti vanna qəbul etdikdən sonra özündən getmə deyilən hal keçirməyə başlayır. Üzünün ağarması və ya göyərməsi, qısa müddətə də olsa ətrafla əlaqəsinin kəsilməsi və gözlərin sabit bir nöqtəyə baxması, daha böyük uşaqların yorulduqlarında göyərməsi və yerə çöməlmə ehtiyacı duyması da müşahidə olunur. Ana da günahkardır?Alimlərin fikrincə, artıq hətta birgünlük, 2 kq çəkili, ürək qüsurlu körpələr uğurlu əməliyyat edilirlər. Bir ailədə birdən çox uşaqda anadangəlmə ürək xəstəliyinə çox nadir hallarda rast gəlinir. Bəzən valideynlər ürəyində qüsur olan uşaqlarının fiziki aktivliyinə qadağalar qoyurlar. Bu vəziyyət onların yaşıdları ilə bərabər olmasını əngəlləyərək uşağın həyat səviyyəsinin düşməsinə səbəb olur.Onu da qeyd edək ki, ürəyində yüngül bir qüsur olan, lakin uğurlu əməliyyat keçirən qadın xəstələrin çoxu hamiləlik sonrası normal doğuş edə bilirlər. Bəzi anadangəlmə ürək xəstəliklərində, yəni ağır və ya göyərmə ilə müşahidə edilən xəstəliklərdə hamiləlik sağlamlıq baxımından təhlükəli ola bilər və doğumla bağlı daim nəzarət tələb edir. Adətən anadangəlmə ürək xəstəliyi olan uşağın doğulma ehtimalı 100 doğuşda 1 gerçəkləşir. Bu faiz ailədəki uşaqlar, yaxud ana və ya atanın anadangəlmə ürək xəstəsi olduqda bir az daha yüksəkdir.Anadangəlmə ürək xəstəliyi körpə ana bətnində olarkən exokardioqrafiya ilə təşxis edilə bilir. Ana hamiləlik dövründə yaxşı qidalanmaqla yanaşı, siqaret, spirtli içkidən uzaq durmalıdır. Uşağın yaşına bağlı olaraq ürək dəqiqədə 60-150 dəfə vurur. Bəzən ürək döyüntüsü çox sürətli (taxikardiya) olur. Bu vəziyyət hər zaman anadangəlmə ürək xəstəliyinə bağlı olaraq yaranmaya bilər. Ürək döyüntüsü sürətini normal səviyyəyə düşürmək üçün dərman istifadəsi önəmli ola bilər. Uşağın ürək döyüntüsü çox yavaş (bradikardi) da ola bilər. Bradikardi adətən anadangəlmə olaraq ortaya çıxsa da bəzən əməliyyatdan sonra da yarana bilər. Buna görə də bəzi uşaqlarda ürəyin normal çalışmasını təmin edən bir cihaz - ürək pili taxılması lazım gəlir. Hazırda diaqnoz üsulları və ürək əməliyyatları sahəsində inkişafla bağlı olaraq əvvəllər ümidsiz olaraq xarakterizə edilən xəstəliklər müalicə edilir.Anadangəlmə ürək xəstəliklərinin mənbəyində nə dayanır?Anadangəlmə və qazanılmış ürək qüsurlarının olduğunu deyən Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin uşaq ürək cərrahiyyə şöbəsinin rəhbəri Elnur Həsənov bildirdi ki, anadangəlmə ürək xəstəliklərinin mənbəyində müxtəlif əlamətlər dayanır. Belə ki, anadangəlmə ürək qüsurlarının yaranma səbəbləri sırasında irsi keçid, qohum evliliklər, valideynlərin ikisindən birinin alkoqollu içki qəbul etməsi, radiasiya və s. amillər yer alır. Eyni zamanda əldə, ayaqda, dodaqda göyərmə, tez yorulma, tez-tez xəstələnmə kimi əlamətlər ürək qüsurlarından şübhələnməyə imkan yaradır. Uşaqlarda bu problemin aşkarlanmasına gəldikdə isə həkim deyir ki, artıq hamiləliyin 2 həftəliyində körpənin ürəyi döyünməyə başlayır. Mövcud qüsurla bağlı əməliyyatdan sonra isə uşaqlar kifayət qədər aktiv və tam sağlam həyat tərzi sürə bilirlər, amma bir şərtlə ki, əməliyyat uğurlu keçsin. Uşaqlarda bu problemin müalicəsi mümkün olduqda dərmanla aparılır, əks halda əməliyyata üstünlük verilir. Bəzən ürəyə pil qoyulur ki, müəyyən müddətdən sonra ehtiyac olmadıqda o çıxarılır.E.Həsənov onu da qeyd etdi ki, müalicə nə qədər erkən olarsa, müsbət nəticə verər. Əks təqdirdə, müalicə çətinləşir: “Hətta bu gün dünyada ürəklə bağlı problemi olan uşaqların arasında Avropa, olimpiya çempionları olan idmançılar var. Ölkəmizdə belə bir məşhur idmançı var”.Anadangəlmə ürək qüsurlu uşaqların sayının artmasına gəldikdə isə E.Həsənov bildirdi ki, sadəcə son zamanlar bu xəstəliyi aşkar etmək imkanları artıb, yəni, erkən aşkar edilir: “Əvvəllər isə bunu aşkar etmək mümkün deyildi və uşaqlar tələf olurdu. Bu gün ölkəmizdə bütün anadangəlmə ürək qüsurları aradan qaldırılır. Hətta artıq son bir neçə aydır bu xəstəliyin müalicəsi üçün Azərbaycandan kənara heç kəs getmir. Bütün əməliyyatlar ölkəmizdə və uğurla həyata keçirilir. Bu templə getsək, yaxın zamanlarda bizdə uşaq ürək transplantasiyasını həyata keçirmək mümkün olacaq”.NigarMilli.Az İki loft satışa çıxarılıb - FOTOSESSİYA http://www.milli.az/news/dizayn/94753.html Bu iki əla loft Nyu-Yorkun Tribeka dəbdəbəli Tribeka səmtində yerləşib. Onların ikisi də satılır. Dizayn Tue, 07 Feb 2012 02:44:00 +0400 İlk loft 4-cü mərtəbədə yerləşir, 2 yataq otağı var və 320 kvadrat metr sahəsi var. Onun satış qiyməti 7,6 milyon dollardır.Milli.Az bildirir ki, 5-ci mərtəbədə yerləşən, sahəsi 335 kvadrat metr olan ikinci loftda 4 yataq və 4 vanna otaqları var.Milli.Az bildirir ki, bu loftun satış qiyməti 8,75 milyon dollardır.Milli.Az Fotolar: Art Design "Bizim Cəbiş müəllim " filmi - VİDEO http://www.milli.az/news/culture/95517.html Day.Az saytında yeni bölmə fəaliyyətə başlayıb. Mədəniyyət Tue, 07 Feb 2012 02:30:00 +0400 Milli.Az-ın məlumatına görə, kinozal bölümündə müxtəlif janrlarda çəkilmiş yerli və xarici filmləri izləmək mümkündür."Bizim Cəbiş müəllim" filmini təqdim edirik.Milli.AzVideonu izləmək üçün aşağıdakı şəklə klikləyin. Sarışın gözəl Afrika səhrasında - FOTOSESSİYA http://www.milli.az/news/photos/94740.html Hollandiyalı supermodel Marlo Horst "Harper's Bazaar" jurnalı üçün fotosessiyaya çəkilib. Fotosessiya Tue, 07 Feb 2012 02:17:00 +0400 Milli.Az "Entertaiment"ə istinadən bildirir ki, 23 yaşlı modelin Afrika səşrasındakı fotolarını tanınmış fotoqraf Uill Devidson çəkib.Sessiya çox stilli, emosional alınıb.Milli.Az Fotolar: Will Davidson Oğlanlara icazə olar, ancaq qızlara qadağa qoyulub? http://www.milli.az/news/hitech/92635.html "Əgər qız çatdan istifadə edirsə, deməli, o qız..." Texnologiya Tue, 07 Feb 2012 02:00:00 +0400 "Mən günümün çox hissəsini çatda oluram. Çünki bekarçılıqdır. Ən çox oyun çatında oluram. Oynayıb, xal yığıb çıxıram. Orada çoxlu dost-tanış var. Onlarla çatlaşırıq. Mən günümü çatsız təsəvvür etmirəm", - Bakı Dövlət Universitetinin 22 yaşlı tələbəsi Zərifə Quliyeva deyir.Bu gün gənclərimizin əksəriyyətinin həyatında çat böyük rol oynayır desək, yalan olmaz. Hal-hazırda bəzi gənclər Zərifə Quliyeva kimi düşünürlər. Elələri də var ki, həyatlarını çatsız düşünmək belə istəmirlər. Bəs, görəsən, çat nədir? Çata bu qədər bağlı olmağın səbəbi nədir?Çat sözünün mənalarından biri "boşboğazlıq" deməkdir. Bunu nəzərə alsaq, eyni vaxtda çatda olan hər bir kəsin "boşboğazlıq" etdiyi məlum olur.Çatdan nə üçün istifadə edirlər?"Wap çatlar - son zamanlar gənclər arasında ən geniş yayılan ünsiyyət vasitəsidir. Boş vaxt itkisinə səbəb olan bu ünsiyyət vasitəsinə maraq, təəssüf ki, gənclərimizdə çoxdur. Çünki gənclərimizin əksəriyyəti wap çatları tanışlıq üçün gözəl vasitə hesab edirlər. Lakin bəzən çatdaki ünsiyyətin nə dərəcədə təhlükəli olduğunu təsəvvür belə etmirik.Gənclərimiz boş vaxtlarını ünsiyyət quraraq keçirdiklərini düşünsələr də, təhlükəylə üzləşirlər. Misal üçün, hər hansısa bir qız çat vasitəsilə oğlanla münasibət qurur. Lakin o, həmin oğlanın necə biri olduğunu bilmir. Sadəcə, onu xəyallarında qurduğu bir obraz kimi təsəvvür etməyə başlayır. Demək olar ki, o, bir xəyala vurulur. Sonra görüşdükdə isə danışdığı oğlanın tamamilə başqa bir obrazda olduğunu görür. Və bununla da o artıq xəyal qırıqlığı yaşamış olur. Bu isə bəzən qarşısıalınmaz nəticələrə gətirib çıxarır.Ümumiyyətlə, çatdan ünsiyyət vasitəsi kimi adətən həyatda kompleksi olan insanlar istifadə edirlər. Ola bilər ki, kiminsə xarici görünüşündə qüsur var, ya da nitqində. Və yaxud real həyatda münasibət qurmağa çətinlik çəkir. Bu cür insanlar isə psixoloji çətinliklərlə üzləşmiş insanlardır. Ümumiyyətlə, virtual tanışlıq daha asandır, nəinki real ünsiyyət", - psixoloq Svetlana Məcidova bu fikirdədir.Çatda danışmaq qızlara qadağandır?"Mənim ətrafımdakı dost-tanışlarım çatdan istifadə edərək qız, oğlan axtarırlar. Bəziləri elə-belə mırt vurmaq üçün vaxtlarını sərf edirlər. Bəziləri isə həyatdan küsdükləri üçün virtual aləmə üz tuturlar. Bizdə çat anlayışı da düzgün deyil. Çat və internetdə oturan qıza pis baxırlar. Başlayırlar yozmağa, ya da söyüş söyməyə. Elə çıxır ki, oğlanlara icazə olar, ancaq qızlara qadağa qoyulub", - çat istifadəçisi Zərifə Quliyeva deyir.Bu mövzuyla bağlı wap çat istifadəçiləri arasında sorğu apararkən, həqiqətən də, çatda ünsiyyət quran qızlar haqqında heç də yaxşı fikir formalaşmadığının şahidi oldum. 45 nəfərdən yalnız beşi çatda danışan qızlara normal münasibət bəslədiklərini dedi. Qalanları isə bu cür qızlara ciddi yanaşmadıqlarını və onlarla ancaq mırt vurduqlarını bildirdilər:  "Yaxşı qız çata girməz...""Qızlara qarşı, ümumiyyətlə, qadına qarşı münasibət bizdə mentalitetə görə tam fərqlidir. Oğlanın çatdan istifadə etməsinə tam normal baxırlar. Lakin qızın çatda münasibət qurması oğlanlar üçün faciəvi bir vəziyyətdir: əgər qız çatdan istifadə edirsə, demək, o qızla münasibət qurmağa dəyməz. Lakin bütün əks cins nümayəndələrinə bu fikri aid etmək olmaz. Elə bəylərimiz də var ki, çatda öz sevgilərini tapırlar. Və o qıza qarşı heç də pis münasibət bəsləmirlər. Lakin bunu dostlarının yanında deməyə çəkinirlər. Çünki ətrafdakıların qınağından çox qorxurlar. Təbiidir ki, bu vəziyyət nə vaxtsa dəyişiləcək. Sadəcə, bunun üçün zaman lazımdır", - psixoloq Svetlana Məcidova dedi.Çat adminləri - bu bir peşədirmi?Çat admini - desəm ki, bu, peşədir, bəlkə də düzgün olmaz. Sözün düzü, heç özüm də çat admininin işinin nədən ibarət olduğunu necə izah edəcəyimi bilmədim. Bu səbəbdən də bunun izahı üçün çat adminlərinə müraciət etdik. Bu haqda Milli.Az-a çat üzrə mütəxəssis Kənan Rəhimli və Nurfəs Ələkbərov açıqlama verdilər."Bu gün sayt və ya çat admini olmaq dəbdədir. Xüsusilə də gənclər arasında, baxmayaraq ki, heç bir faydası yoxdur. Bəziləri dostlarının çat idarə etdiklərini görüb, "niyə mən də olmayım?" düşünürlər. Yəni "qonşudan geri qalma" prinsipinə riayət edirlər. Ümumiyyətlə, çat açmaq çətin deyil. 30 manata com, net, ru, org domenlərində birillik çat açdırmaq olur. Lakin belə çat adminləri ancaq əllərində olan admin paneldən istifadə edərək, çatı idarə edirlər. Hər hansı bir texniki problem yarananda isə nə edəcəklərini bilmirlər", - çat yığmaq üzrə gənc mütəxəssis Kənan Rəhimli dedi.K.Rəhimli bir ay ərzində çat üçün nəzərdə tutulan 30-a yaxın sayt yığdığını da qeyd etdi. Bu isə çatların gənclər arasında populyar olduğunu bir daha sübut edir.Çatlar üzrə daha bir gənc mütəxəssis Nurfəs Ələkbərov isə, özü də çat idarə edənlərdən biri olmağına baxmayaraq, çatdansa digər sosial şəbəkələrdən istifadə etməyi məsləhət gördü: "Çat iki hissəyə bölünür. Birincisi MSN, İCQ və ona bənzərlər. Hansılar ki, kompüter açılanda bu çatlar öz-özünə açılır və yaxınlarımızla, dostlarımızla orada ünsiyyət qururuq. Onlar vasitəsilə heç kiminlə tanış olmuruq. Lazım olanda yeni tanışların MSN, İCQ və s. ünvanını alıb onu oraya əlavə edirik. İkinci tip çatlar saytlarda olan çatlar, wap çatlardır. Bunlar isə ancaq tanışlıq üçün nəzərdə tutulur".Çat adminindən çatda olan qızlara qarşı münasibətini soruşduqda isə mənfi olduğunu bildirdi: "Müasir fikirli olsam da qızların çata girməsindən çox narahat oluram. Səbəbsə gözümlə gördüklərimdir. Misal üçün, bir qız çata girir və düşünür ki, çatda oğlana bir-iki söz yazım, vaxtım keçsin, onsuz da bir-birimizi tanımırıq. Başlayır oğlanla yazışmağa. Söhbət maraqlı alındıqdan sonra isə qız artıq sabahı günü gözləyir ki, oğlanla bir daha yazışsın. Virtual aləmin ən təhlükəli tərəfi də odur ki, insan qarşısındakını görmədiyindən onu öz xəyalında istədiyi şəkildə canlandırır. Və dostluq etdiyi şəxs də öz fikrində yaratdığı bir tipə çevrilir. Qız isə ona bağlanır və sonra görüşdükdə oğlanın xəyalındakından fərqli olduğunu görür və ondan imtina edir. Olur ki, qız oğlanla aralarındakı fərqi görsə də buna məhəl qoymayıb münasibəti davam etdirir. Baxmayaraq ki, bu cür münasibətlər sonunda xəyal qırıqlığına gətirir, bir çox qızlar bunu başa düşmək belə istəmirlər".Onu da qeyd edim ki, bir çat 150-300 AZN çərçivəsində dəyərləndirilir. Qiymət isə çatın dizaynından və formasından asılıdır.Çat, yoxsa digər sosial şəbəkələr?İstifadəçi İlqar Mirzə isə bu cür çatlardan istifadə etməkdənsə, digər sosial şəbəkələrə üstünlük verdiyini qeyd etdi: "Çox təəsüf ki, Azərbaycanda gənclər arasında alternativ saytlar məşhur deyil. Alternativ saytlar dedikdə, Facebook Mobile, Twitter Mobile, Flick Mobile, xəbər agentliklərinin mobil saytlarını nəzərdə tuturam. Ümumiyyətlə, bu saytlar çatlardan daha faydalıdır. Ən azı, bu cür saytlardan istifadə edərək, həm boş vaxt itkisinə yol vermərik, həm yeni nələrsə öyrənərik. Təəssüf ki, Azərbaycanda mobil blogginq servisləri yoxdur. Bəlkə belə sistemlər mövcud olsaydı, gənclərdə mobil blogginqdən istifadə etməyə maraq yaranardı və nəticədə gənclərimiz daha faydalı işlə məşğul olardılar. Həm yeni biliklərə sahib olar, həm də yeni tanışlar qazanardılar".Türkan NadirqızıMilli.Az Erotik… kələmlər - FOTOSESSİYA http://www.milli.az/news/interest/95462.html Rəssam Yu Duokinin əl işləri görənləri heyrətləndirir. Maraqlı Tue, 07 Feb 2012 01:41:00 +0400 Milli.Az Rusiya KİV-nə istinadən xəbər verir ki, o, erotik qadın heykəlciklərini… kələmdən hazırlayır. Tez-tez bazarlarda ən müxtəlif rəngə və formaya məxsus kələmlər seçən Duoki onlara sanki həyat verir…Milli.AzBöyütmək üçün şəkillərə klikləyin. Azərbaycanlı müğənnidən kişiləri həyəcanlandıracaq pozalar - FOTOSESSİYA http://www.milli.az/news/showbiz/95212.html Müğənni Sehri Rəhimovaya "seks-simvol" olmağa nə mane olur? Şou-biznes Tue, 07 Feb 2012 01:30:00 +0400 O, bacıları - müğənni Aygün Rəhimova və teleaparıcı Lamiyə qədər populyar olmasa da, yaradıcılığı üzərində durmadan çalışır.Yəqin, Milli.Az-ın oxucuları fotolara baxan kimi söhbətin müğənni Sehri Rəhimovadan getdiyini dəqiqləşdirdilər. Bu xanım mahnılardan çox, müxtəlif vaxtlarda "üsyankar" imici ilə çox zaman diqqət mərkəzində olmağı bacarır. Elə sonuncu dəfə tədbirlərin birinə qatıldığı zaman ənənəsinə sadiq qaldı. Səhnədə sərgilədiyi performansı ilə yenə də güclü cinsin nümayəndələrini ona diqqət ayırmağa vadar etdi. Bəlkə də təqdim etdiyimiz fotolarda bu o qədər də görünməyəcək, amma Sehrinin çıxışlarına baxarkən "seks-simvol" olmaq iddiasını da açıq şəkildə sezmək çətin deyil. Müğənni özü bunu etiraf etməsə belə...Böyütmək üçün şəkillərə klikləyin. Fotolar müəllifindir. Kollektiv simanın bir üzü - FOTOSESSİYA http://www.milli.az/news/photos/94742.html Amerikalı fotoqraf Pep Vendoha populyao turist məkanlarının onlarla fotosunu bir-birinin üzərinə qoyaraq seriya yaradıb. Fotosessiya Tue, 07 Feb 2012 01:14:00 +0400 Milli.Az "The Collective Snapshot" seriyasını təqdim edir.Milli.Az Fotolar: Pep Ventos Bakının hansı evlərində su xətləri donur? http://www.milli.az/news/society/95391.html "Vətəndaşlar su xətlərini özbaşına yerin üstü ilə aparıblar". Cəmiyyət Tue, 07 Feb 2012 01:00:00 +0400 Son günlər davam edən şaxtalı havalar Bakının müxtəlif ərazilərində su problemi yaratdı. Milli.Az-ın məlumatına görə, su xətlərinin donması nəticəsində evlərdə su gəlmir. Paytaxtın Binəqədi, Qaraçuxur qəsəbələrində sakinlər artıq bir neçə gündür, susuz qalıblar."Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı Milli.Az-a açıqlamasında bildirdi ki, su xətlərinin donması yalnız fərdi yaşayış evlərində müşahidə olunub. Onun sözlərinə görə, həmin evlərə gedən su şəbəkəsi olmadığından vətəndaşlar xətləri özbaşına yerin üstü ilə aparıblar. Bu zaman suyun donması təbii haldır. A.Cəbrayıllı qeyd etdi ki, Bakının bina evlərində su xəttinin donması ilə bağlı "Azərsu"nun "qaynar xətt"inə şikayət daxil olmayıb: "Bunun səbəbi isə odur ki, binalara gedən su xətləri yerin altı ilə aparılıb. Su xətti yerin altı ilə aparılan zaman xətlər donmur. Qonşu Rusiyada, o cümlədən digər soyuq ölkələrdə su xətti 4-5 metr yerin altından keçir. Bu isə su xəttinin donmaması üçün edilir".ASC rəsmisi əlavə etdi ki, yaxın gələcəkdə fərdi yaşayış evlərində də su xətlərinin şəbəkəsi qurulacaq. Məhəllədaxili şəbəkələr də yerin altı ilə aparılacaq. Bundan sonra su xətlərinin donması kimi problemlər aradan qalxacaq.Anar MəmmədovMilli.Az Qarışıq ruhun təzahürləri - FOTOSESSİYA http://www.milli.az/news/photos/94743.html Vin Bota 1974-cü ildə doğulub, 1996-cı ildə Pretoriya Uriversitetini başa vurub. Fotosessiya Tue, 07 Feb 2012 00:42:00 +0400 Milli.Az bildirir ki, qarışıq texnikada çalışan Bota heykəllər və instalyasiyalar yaradır.Milli.Az Fotolar: Wim Botha Gecə oxusu: Həzrət Peyğəmbərə http://www.milli.az/news/nightread/95404.html Milli.Az Əvəz Qurbanlının şerini təqdim edir. Gecə oxusu Tue, 07 Feb 2012 00:30:00 +0400 Həzrət PeyğəmbərəEy bizi yoxdan Yaradan, lütf qıl!Yox edə acizliyimi qüdrətin.Lütfün ilə bir nəzm inşa edim,Mən əbədi rəhbərinə ümmətin.Öylə səxavətlə ki bəxş etmisənBir belə söz qüdrəti Peyğəmbərə,Bəxş et onun zərrəsini şerimə –Layiq ola Həzrəti-Peyğəmbərə!Ya Rəbb! Bu çarəsiz qələmə ixtiyar ver,Bu biqərar könlümə gəl bir qərar ver!Əğyardən mən istəmərəm, sən ki Yarsən,Tək dərdimin əlacı axır səndə var, ver!Səndən nə istərəmsə mən, ərk ilə istərəmBu meyvəsiz qalan ağaca öylə bar ver –Axsın könüldə lütfün ilə təb’ çeşməsi,Rəhm et ki, təb’dən bu könül bir də düşməsin!Ey bəxtimin sitarəsi, bu qəlbə nursən,Peyğəm gətirdiyin bəşər üçün qürursən!Yox məndə bir hünər, səni mədh eyləmək qədər,Çün səndə cə’m olub, nə ki aləmdə var hünər.Olmaz sənə rəva ki, desəm gərçi dahisən,Sən çünki dahi şəxslərin səcdəgahisən!Ey Xaliqin səmadən enən xalqa rəhməti,Qoydun bizim nicatımız üçün şəriəti.Səndən əzəl gələnlərə verməklə sən xitam,Allah Rəsulu höccətini eylədin təmam.Zikrinlə tapdı mömin olan dərdinə dəva,Allahdan həm də kafər üçün istədin şəfa!Haqqında çox da çoxları yazmış ziyadə söz,Haqqa süvar olanlara çatmaz piyadə söz!Onlarda söz dənizsə əgər, məndə damladır,Əfv eylə, şə’ninə deyirəm mən də sadə söz.Ərz eylədim ki, mədhinə yox məndə bir hünər,Lütf eyləyə ilahi, duam getməyə hədər,Söz gülşənində olmaya zaye əziyyətim,Bir gün hidayətinlə açılsın bəsirətim.Badi-səba ilən mənə qılsın Xuda kərəm,Qədrin qədər də nəzminə qadir ola qələm!Milli.Az Neymar hansı dünyaca məşhur futbolçunu özünə örnək alır? http://www.milli.az/news/sport/95526.html İdman Tue, 07 Feb 2012 00:15:00 +0400 Braziliyanın "Santos" klubunun futbolçusu Neymar fevralın 5-də öz doğum günü ilə yanaşı, Madrid "Real"ının ulduzu Kriştiano Ronaldonun ad gününü qeyd edib. Qol.Az-ın məlumatına görə, Ronaldo ilə eyni gündə doğulan Neymar bundan məmnunluq duyduğunu bildirib:"İdealım ilə bir gündə doğulduğum üçün qürur duyuram. Öz ad günümlə yanaşı, Ronaldonun da doğum gününü qeyd etdim. Bu mənə xüsusi zövq verir. Hər zaman Ronaldonu özümə örnək almışam. Bundan sonra da belə olacaq".Qeyd edək ki, dünən 20 yaşı tamam olan Nemyar Ronaldodan 7 yaş kiçikdir. Portuqaliyalı ulduz dünən 27 yaşını qeyd edib.Milli.Az Bu gün hava necə olacaq? http://www.milli.az/news/society/95538.html Fevralın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat. Cəmiyyət Tue, 07 Feb 2012 00:05:00 +0400 Milli.Az xəbər portalı AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında arabir qar yağacağı gözlənilir. Axşama doğru küləyin güclənməsi ilə əlaqədar çovğun olacağı ehtimalı var.Temperatur gecə və gündüz 0-3° şaxta, axşama doğru 5° şaxta olacaq.Bakıda gecə və gündüz 0-3° şaxta, axşama doğru 5° şaxta olacağı gözlənilir.Atmosfer təzyiqi normadan xeyli yüksək 773 millimetr civə sütunundan 766 millimetr civə sütununa enəcək, nisbi rütubət 85-95 faiz olacaq. Yollar buz bağlayacaq.Naxçıvan Muxtar Respublikasında qar yağacağı gözlənilir.Temperaturun gecə 13-18° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.Temperaturun gecə 10-15° şaxta, gündüz 5-10° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında qar yağacağı gözlənilir.Temperaturun gecə 5-10° şaxta, gündüz 4° şaxtadan 1°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var. Temperatur gecə 7-12° şaxta, gündüz 0-5° şaxta, dağlarda gecə 16-21° şaxta, gündüz 5-10° şaxta olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 18-23° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında qar yağacağı gözlənilir.Temperatur gecə 0-4° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacağı gözlənilir. Yollar buz bağlayacaq.Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında qar yağacağı gözlənilir. Axşam bəzi yerlərdə yağıntıların intensivləşəcəyi ehtimalı var.Temperaturun gecə 0-5° şaxta, gündüz 0-2° isti, dağlarda gecə 12-17° şaxta, gündüz 1-6° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.Kəskin hava şəraiti haqqında xəbərdarlıq: fevralın 7-də hava şəraitinin yenidən qarlı, şaxtalı olacağı, şimal-qərb küləyinin güclənəcəyi, fevralın 8-də hava şəraitinin daha da kəskinləşəcəyi, qar yağacağı, çovğunlu olacağı gözlənilir. Fevralın 7-dən 8-nə, 8-dən 9-na keçən gecə və səhər erkən saatlarında 6-10° şaxta, gündüz 3-5° şaxta təşkil edəcəyi gözlənilir. Yollar buz bağlayacaq. Azərbaycanın rayonlarında fevralın 7-si axşam yağıntıların bəzi yerlərdə intensivləşəcəyi, 8-də güclü olacağı ehtimalı var. Şaxtanın yenidən güclənəcəyi, aran rayonlarında gecə 4-7° şaxta, gündüz 0-4° şaxta, dağlarda gecə 13-18° şaxta, gündüz 8-13° şaxta, yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 20-25° şaxta olacağı gözlənilir. Yollar buz bağlayacaq.Tibbi-meteoroloji proqnoz: fevralın 7-dən 9-u səhərədək Abşeron yarımadasında hava şəraitinin yenidən kəskinləşəcəyi gözlənilir. Güclü xəzri küləyi fonunda qarlı, bərk şaxtalı, çovğunlu meteoroloji şərait meteohəssas insanlar üçün çox əlverişsizdir. Uzun müddət açıq havada qalmaq məsləhət deyil.Milli.Az Şaxtalı hava Xaçmaz bazarında kənd təsərrüfatı məhsullarına ziyan vurub - ... http://www.milli.az/news/society/95478.html Cəmiyyət Mon, 06 Feb 2012 23:59:00 +0400 18:24Milli.Az-ın Regional TV kanalına istinadən verdiyi məlumata əsasən, Xaçmaz bazarında kənd təsərrüfatı məhsullarının əksəriyyəti mənfi temperaturdan yararsız vəziyyətə düşüb. Açıq şəkildə saxlanılan meyvə-tərəvəz məhsullarını don vurub. Bəzi satcıların 2 tondan çox məhsulu donaraq məhv olub. Satıcıların sözlərinə görə, meyvə-tərəvəzi donvurmadan qorumaq üçün müəyyən işlər aparsalar da faydası olmayıb.Ticarət mərkəzində satdığı malları şaxtadan qoruyan satıcılar da var. Onlar məhsullarını anbarlara yığan obyekt sahibləridir. Xaçmaz bazarının nəzarətçisi Rəşad Kərimov bildirir ki, ticarət obyektində kifayət qədər meyvəsaxlama kamerası var. Bu yerlərin kirayə haqqı da münasibdir. Amma bəzi satıcılar məhsullarını açıq havada müəyyən qoruyucu vasitələrlə şaxtadan mühafizə etmək istəyirlər ki, bu da malın donvurması ilə nəticələnir.Kənd təsərrüfatı məhsulları şaxtaya dözümsüzdür. Mənfi 1 dərəcə temperatur kifayətdir ki, onları don vursun. Sözügedən sahənin mütəxəssisi Mədət Qurbanovun sözlərinə  görə, sahibkarlar mallarını müxtəlif üsullarla qoruya bilərlər. Mədət Qurbanov onu da bildirir ki, şimal regionunda örtülü bazarların yaradılmasına ehtiyac var. Son zamanlar havaların şaxtalı və soyuq keçməsi bunu zəruri edir. Belə ticarət obyektlərinin istifadəyə verilməsində Rusiyanın təcrübəsindən faydalanmaq olar. Kənd təsərrüfatı mütəxəssisinin sözlərinə görə, məhsulun donvurması ciddi problemlər yarada bilər. Bu, sahibkarlara ziyan vurmaqla yanaşı, bazarda qiymət artımının yaranmasına da səbəb olar.Milli.Az----------23:59 <br /><br /></body> </html> Fransız anaların sirri nədir? http://www.milli.az/news/interest/95432.html Fransada anaların əksəriyyətinin övladları ilə davranışı normaldır və onların ailədə nüfuzları sarsılmaz təsir bağışlayır. Maraqlı Mon, 06 Feb 2012 23:58:00 +0400 Milli.Az "Wall Street Journal"a istinadən biddirir ki, amerikalı alimlər fransız anaların bu "sirr"ini araşdırıblar. "Sirr" isə çox sadədir. Fransız analar övladları ilə vaxt keçirəndə onlara gözləməyi öyrədir, həyatda hər istədkilərini dərhal əldə edə bilməyəcəklərini anlamaları üçün uşaqlarına ehtiyac yarananda "Yox, olmaz!" deyirlər.Fransız anaların "sehirli cümlə"si isə "Bu ailədə qərarları mən verirəm!"dir.Bundan başqa, Fransadakı ailələrdə böyüyən uşaqları tam əksəriyyəti gündə yalnız bir dəfə ayaqüstü yemək yeyə bilər, o da saat 16.00-da. Fransız analar uşaqlarına mütləq şəkildə "Salam", "yaxşı yol","təşəkkür edirəm", "xahiş edirəm" kimi sözləri deməyi öyrədirlər.Beləcə, "ağac yaş olanda əyilir", uşaqlar hələ kiçik yaşlarında yalnız onların istək və ehtiyaclarının olmadığını anlayırlar.Milli.Az Azərbaycanda yanacaq daşıyan yük qatarı aşıb - YENİLƏNİB - VİDEO - FOTO http://www.milli.az/news/criminal/95393.html Bakıdan Gürcüstana neft məhsulları daşıyan yük qatarı Hacıqabul rayonu ərazisində qəzaya uğrayıb. Hadisə, kriminal Mon, 06 Feb 2012 23:54:00 +0400 11:58“Azərbaycan Dəmir Yolları” QSC-nin Yükdaşıma Departamentinin rəis əvəzi Əşrəf Məmmədəliyev APA-ya açıqlamasında bildirib ki, gecə saatlarında baş verən hadisə nəticəsində qatarın 57 vaqonundan 6-sı relsdən çıxıb. Bu vaqonlardan 3-ü aşıb.Qeyd edək ki, Bakıdan Gürcüstana hərəkət edən bu qatar yanacaq – qazoyl daşıyırmış.QSC-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov bildirib ki, hadisə baş verən qatarın daşıdığı yük Qazaxıstana məxsus olub və Bakı-Batumi marşrutu ilə hərəkət edib. Vaqonlar hermetik olduğuna görə, aşma nəticəsində ətrafa neft məhsulu dağılmayıb. “Həmin vaqonlar artıq qaldırılıb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, - deyə şirkət rəsmisi vurğulayıb. Milli.Az---------23:54</span><br /><br /><span style="font-weight: bold;"></span></div><div style="text-align: center;">----------<span style="font-weight: bold;"></span><br /><span style="font-weight: bold;">14:26</span><br /><span style="font-weight: bold;"></span></div><span style="font-weight: bold;"><br /></span><div style="text-align: center;"><span style="font-weight: bold;">Böyütmək üçün şəkillərə klikləyin.</span><br /><span style="font-weight: bold;"></span><br /><span style="font-weight: bold;"></span> <a href="http://www.milli.az/view_photo.php?pic=95393+01.jpg" target="_blank"><img border="0" src="http://photos.milli.az/images/95393/t_01.jpg" /></a><br /><br /> <a href="http://www.milli.az/view_photo.php?pic=95393+02.jpg" target="_blank"><img border="0" src="http://photos.milli.az/images/95393/t_02.jpg" /></a><br /><br /> <a href="http://www.milli.az/view_photo.php?pic=95393+03.jpg" target="_blank"><img border="0" src="http://photos.milli.az/images/95393/t_03.jpg" /></a><br /><br /> <a href="http://www.milli.az/view_photo.php?pic=95393+04.jpg" target="_blank"><img border="0" src="http://photos.milli.az/images/95393/t_04.jpg" /></a><br /><br /> <a href="http://www.milli.az/view_photo.php?pic=95393+05.jpg" target="_blank"><img border="0" src="http://photos.milli.az/images/95393/t_05.jpg" /></a><br /><br /> <a href="http://www.milli.az/view_photo.php?pic=95393+06.jpg" target="_blank"><img border="0" src="http://photos.milli.az/images/95393/t_06.jpg" /></a><br /><br /> <a href="http://www.milli.az/view_photo.php?pic=95393+07.jpg" target="_blank"><img border="0" src="http://photos.milli.az/images/95393/t_07.jpg" /></a><br /></div><br /> </body> </html>-----------14:26Böyütmək üçün şəkillərə klikləyin. Halal olsun belə şefə... http://www.milli.az/news/interest/95280.html Avstraliyada bir iş adamı ona məxsus avtobus şirkətini 400 milyon dollara satandan sonra əldə etdiyi pulların bir qismini 1800 əməkdaşı arasında paylayıb. Maraqlı Mon, 06 Feb 2012 23:52:00 +0400 Milli.Az "ABC Online"a istinadən bildirir ki, indi ona "Avstraliyanın ən yaxşı bossu" deyirlər. Çünki Ken Qranda şirkəti satandan sonra 15 milyon dolları işçilər arasında bərabər bölüşdürüb.Bununla yanaşı, alqı-satqı anlaşmasının şərtlərinə görə, şirkətdə çalışanların hamısı, yəni 1800 nəfər yerlərində qalacaqlar.Şirkət əməkdaşlarının dediklərinə görə, onların hər birinə ən azı 8500 dollar verilib. Üstəlik, işçilərə 180 min dollar məbləğində mükafat verilib.Milli.Az Əfsanəvi Atlantidanın izləri itdi? - FOTO http://www.milli.az/news/interest/95503.html "Google" korporasiyasının "Google Earth" servisinin nümaynədələri istifadəçilərdən birinin peyk xəritəsində əfsanəvi Atlantidanın qalıqlarının aşkarlanması barədə iddialarının həqiqətə uyğun olmadığını bildirib. Maraqlı Mon, 06 Feb 2012 23:45:00 +0400 Milli.Az "Gizmodo"ya istinadən bildirir ki, açıqlama 2009-cu ildə, Mərakeş sahillərinin yaxınlığında müəmmalı "tor" olmasi açıqlananda səslənmişdi. Suyun altındakı "tor"un ölçüləri böyük olduğundan istifadəçilər onun əfsanəvi Atlantidanın küçələrinin qalıqları olduğunu demişdilər."Google Earth" servisinin 3 illiyi münasibətilə buraxılmış proqram əlavəsi isə Şimali Afrika saşillərində heç bir "tor" olmadığını göstərdi. "Google"nin yeni proqram əlavəsi korporasiyanın Skripps Okeanoqrafiya İnstitutu (Scripps Institution of Oceanography) və ABŞ-ın Milli Okeanik və Atmosfer Tədqiqatları İdarəsi (National Oceanic and Atmospheric Administration) ilə əməkdaşlığının nəticəsidir.Proqram əlavəsi "Google Ocean" adlanır.Milli.AzBöyütmək üçün şəkillərə klikləyin. Nə qədər yesə, o qədər arıqlayır - FOTO http://www.milli.az/news/interest/95498.html Rumın İonna Spanqerbernq dunyanın ən nadir vücuduna malik qadınlardan biridir. Maraqlı Mon, 06 Feb 2012 23:37:00 +0400 O, normal qidalanır, bol kalorili və vitaminli yeməklər yeyir. Di gəl, çəkisi vur-tut 38.1 kiloqramdır.Milli.Az "Health"a istinadən bildirir ki, 30 yaşlı Spanqerberqin belinin ölçüsü 50,6 santimetrdir. Bu da çevrəsi 38 santimetr olan CD diskindən sadəcə, 12,6 sm çoxdur.2006-cı ildə Rumıniyaya istirahətə gəlmiş bir alman turistə ailə qurmuş Spanqerberqin budunun ölçüsü 81 sm-dir. "Kimsə mənə inanmır, amma indi gündə üç dəfə əməllicə yemək yeyirəm. Şokolad və çips də əlimdən düşmür. Amma mədəmdə sanki təbii məhdudlaşdırıcı var. Müəyyən miqdarda yeyəndən sonra iştahım küsür", - Spanqerberq deyib.Milli.AzBöyütmək üçün şəkillərə klikləyin. Qan təzyiqini necə ölçək? http://www.milli.az/news/health/95550.html Adətən həkimlər xəstə müayinəsini qan təzyiqinin ölçülməsi ilə başlayır. Sağlamlıq Mon, 06 Feb 2012 23:25:00 +0400 Son araşdırmalardan məlum olub ki, bu, çox hallarda düzgün yolla edilmir. Səhv nəticə xəstələrin həyatını risk altına alır.Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, kardioloq Oskar Qarfin xəstələrinin qan təzyiqini hər iki qolları ilə ölçür. Bu texnika onun xəstələrinin bir necəsinin həyatını xilas edib. Doktorun dediyinə görə, bir qolda qan təzyiqinin aşağı, digərində normal olması ona xəstəni ölümcül vəziyyətdən çıxarmağa əsas vermişdi.Oskar Qarfinin bu metodu son araşdırmalarla da təsdiq edlib. Qollar arasında qan təzyiqi fərqi infark, iflic, beynin qanla normal təmin edilməməsi və bir sıra digər problemlərin göstəricisidir. Bu həm də xəstələrin infarkt və ya iflic səbəbi ilə ölüm riskinin 70 faiz artıq olduğu deməkdir.Damar xəstəlikləri erkən mərhələdə müəyyən edildikdə, ölüm riskini aradan qaldırmaq olar. Doktor Qarfin risk faktorlarının yüksək qan təzyiqi, yüksək xolesterol, siqaret çəkmək olduğunu deyir.İndi kardioloqların əksəriyyəti qan təzyiqini iki qolla ölçür. Son araşdırmaların nəticəsindən məlum olub ki, göstəricilərin özləri deyil, onlar arasındakı fərq nəzərə alınmalıdır. Bir dəqiqə əlavə vaxt sərf etməklə həyati əhəmiyyiəti olan bir fakt ortaya çıxarıla bilər.Milli.Az Öküzlər üçün soyundular - VİDEO - FOTO http://www.milli.az/news/interest/95504.html Meksikanın paytaxtı Mexikoda heyvan haqlarının müdafiəsi uğrunda çıxış edən yüzlərlə insan öküz döyüşlərinə etiraz aksiyası keçiriblər. Maraqlı Mon, 06 Feb 2012 23:16:00 +0400 250 yarıçılpaq nümayişçi üstlərinə butafor qan tökərək İncəsənət Sarayının qarşısındakı meydana uzanıblar. Milli.Az "Globo"ya imstinadən bildirir ki, aksiyanı "AnimaNaturalis" təşkilatı keçirib."Müstəqillik mələyi" abidəsinin ətrafına uzanaraq etiraz edənlər korridalara son qoyulmasını tələb ediblər.Hazırda korrida Meksika ilə yanaşı, Ekvador, Venesuela, Kolumbiya, Peru, İspaniya, Portuqaliya və Fransanın cənubunda keçirilir.Milli.Az Fotolar: AP, EPA, Reuters Qulaqcıqlar qulaqları tanıyacaq http://www.milli.az/news/hitech/95492.html Yaponiyadakı "Igarashi Design Interface Project" tədjqiqat bürosunun əməkdaşları sağ və sol qulaqlara bölgüsü olmayan yeni stereofonik qulaqcıqları təqdim ediblər. Texnologiya Mon, 06 Feb 2012 23:05:00 +0400 Milli.Az "New Scientist"ə istinadən bildirir ki, qulaqcıqlardakı əlavələrdən biri istifadəçinin qulaq çuxuruna qədər olan məsafəni ölçür. Bunun əsasında qulaqcığın sol və ya sağ qulaqda olduğu müəyyənləşdirilir, audiokanallar buna müvaviq bölünür.Yeni sistem qulaqcıqlar dəstinin iki nəfər tərəfindən istifadə olunduğu situasiyanı da aşkarlayır. Belə halda kanallar birləşdirilir və istifadəçilərin hər biri tammiqyaslı audiokanala qulaq asır.Yeni qulaqcıqlar "Universal Earphones" ("Universal qulaqcıqlar") adlanır.Milli.Az Ehtiyatsızlığın qurbanı - VİDEO http://www.milli.az/news/video/95364.html Video Mon, 06 Feb 2012 22:52:00 +0400 Milli.Az maraqlı görüntünü təqdim edir.Videonu izləmək üçün aşağıdakı şəklə klikləyin. Bu gözəllər pulu kisə ilə qazanır - SİYAHI http://www.milli.az/news/interest/95421.html Dünyanın ən çox qazanan 20 supermodelinin yeni reytinq siyahısı açıqlanıb. Maraqlı Mon, 06 Feb 2012 22:46:00 +0400 Milli.Az "Daily Mail"ə istinadən bildirir ki, bu 20 supermodelin gəlirlərinin toplam məbləği 579 milyon funt-sterlinqə bərabərdir.Dünyanın ən çox qazanan modeli braziliyalı Jizel Bundhendir. Onun illik gəliri 96 milyon funt-sterlinqdir.2-ci yerdəki supermodel və teleaparıcı, amerikalı Tayra Benksin illik gəliri 57 milyon funt-sterlinq təşkil edib.Reytinqdə 3-cü pillədə duran amerikalı supermodel Kristi Brinklinin gəlirləri isə 51 milyon funt-sterlinq olub.Siyahının ilk onluğundakı sonra yerlər belədir:4. Keyt Moss - 50 milyon funt-sterlinq5. Haydi Klum - 45 milyon6. Ell Makferson - 38 milyon7. Klaudiya Şiffer - 35 milyon8. Naomi Kempbell - 31 milyon9. Milla Yovoviç - 23 milyon10. Adriana Lima - 22 milyonMilli.Az Siqaret öskürəyini necə ləğv etmək olar? http://www.milli.az/news/health/95493.html Amerikalı alimlərin fikrincə, gənclərdə siqaret çəkməklə bağlı öskürək və tənəffüs yollarının digər problemləri onlar siqareti atandan 2 həftə sonra keçib gedir. Sağlamlıq Mon, 06 Feb 2012 22:39:00 +0400 Milli.Az "EmaxHealth"ə istinadən bildirir ki, Texas Universitetinin alimləri gündəlik siqaret çəkmənin öskürək və digər respirator simptomları yaratdığı bir qrup tələbəni sınaqlara cəlb ediblər. Yaşldarı 18-25 arasında olan gənclər gündə 5-10 siqaret çəkirdilər.Könüllülərin bir dəstəsi iki həftə siqaret çəkməyib, digər qrup isə siqaret çəkməyə davam edib.2 həftədən sonra ilk qrupdakı tələbələrin durumunda ciddi yaxşılaşmalar qeydə alınıb. Onlar öskürək və digər simptomlardan əziyyət çəkməyiblər. Digər qrupdakı tələbələrin vəziyyətində isə heç nə dəyişməyib.Tədqiqat barədə hesabat "Pediatric Allergy, Immunology, and Pulmonology" jurnalında dərc olunub.Milli.Az Quraqlıq milyonlarla il çəkəcək http://www.milli.az/news/interest/95436.html Mars səthi çox quru, qayalıq və daşlıqdır. "Qırmızı planet"də həyat mövcuddursa belə, səthin çox dərin qatlarındadır. Maraqlı Mon, 06 Feb 2012 22:28:00 +0400 Alimlər bir qədər əvvəl Marsda su qalıqları tapdıqları üçün bu planetdə həyatın ola biləcəyini demişdilər.Milli.Az "Scientist"ə istinadən bildirir ki, ABŞ Milli Aeronavtika Agentliyinin (NASA) Marsa yolladığı "Phoenix" orbital zondu vasitəsilə gətirilmiş süxur nümunələri araşdırılıb.Alimlərin dediklərinə görə, Marsın atmosferi 5 in il əvvəl daha isti idi, planetin səthində də su vardı. Lakin 5 min il planetdə yaşayış formalarının yaranması üçün çox qısa müddətdir.Londondakı İmperial Kollecin alimləri "Geophysical Research Letters'' jurnalında yaydıqları hesabatlarında bildiriblər ki, Marsdakı torpaq Aydakı quraqlığa bənzər kataklizm nəticəsində yaranıb.Marsdakı quraqlığın bundan sonra milyonlarla il davam edəcəyi bildirilir.Bu səbəbdən alimlər hesab edirlər ki, NASA və Avropa Kosmik Agentliyinin (ESA) bundan sonra Marsa yollayacaqları aparatlar planetin dərin qatlarını tədqiq etməlidir.Milli.Az Facebook "yumurtadan yun qırxır" http://www.milli.az/news/hitech/95481.html Dünyanın ən böyük sosial şəbəkəsi Facebook səhmlərinin birjada ilkin yerləşdirilməsi (İPO) əməliyyatına qədər mobil versiyada reklamları işə salacaq. Texnologiya Mon, 06 Feb 2012 22:16:00 +0400 Milli.Az "Financial Times"a istinadən bildirir ki, şirkət bu minvalla gəlir mənbələrinin birni də artırmaq niyyətindədir.Facebook-un mobil versiyasında "sponsorların xəbərləri" servisi peyda olacaq. Bu servis istifadəçinin "dost"larının reklam vermiş şirkətlərin səhifəsindəki hərəkətləri əks olunur.Milli.Az 250 milyon dollarlıq kart oyunu http://www.milli.az/news/interest/95437.html Pol Sezanın 1893-cü ildə çəkdiyini "Kart oyunçuları" tablosu rekord məbləğə satılıb. Əsərin alıcısı isə Qətər əmiridir. Maraqlı Mon, 06 Feb 2012 22:07:00 +0400 Milli.Az "Entertiment"ə istinadən bildirir ki, Qətər əmiri illərdən bəri "Kart oyunçuları"na yiyələnmək istəyirdi. Bu səbəbdən də o, ABŞ-dakı iki məşhur incəsənət ekspertinə müraciət edərək onları Yunanıstandakı kolleksiyaçının malikanəsində saxlanan əsəri almağa çalışırdı.Yunan kolleksiyaçı Yorqo Embirikos ötən il dünyasını dəyişəndən sonra Qətər əmiri Əl Tani səylərini daha da artırıb, sonucda tabloya yiyələnib.Qətər əmiri tabloya görə 250 milyon dollar ödəyib və bununla da Sezannın əsəri dünyanın ən bahalı sənət əsəri rekordunu vurub.Postimpressionist dönəmin ən önəmli əsərlərindən biri sayılan "Kart oyunçuları"nun potensial alıcıları az deyildi.Milli.Az "Mən bunu özümdən uydurmamışdım" http://www.milli.az/news/sport/95543.html İdman Mon, 06 Feb 2012 22:01:00 +0400 “Qarabağ” klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi.- Komandanızın Türkiyədəki hazırlıq prosesi necə keçdi?- Qaydasında. Məşqlərə çox ciddi yanaşırdıq. Hazırda turnir cədvəlində dördüncü pillədə qərarlaşmışıq. Daha yüksək pillələrə qalxmağımızda bu toplantının çox köməyi olacaq. İnanıram ki, bunun xeyrini qarşıdakı oyunlarda görəcəyik.- “Qarabağ”ın yoxlama oyunu keçirdiyi altı rəqibin səviyyəsini necə dəyərləndirirsiniz?- Belə güclü komandalarla yoldaşlıq görüşlərinin faydası çox olur. Rəqiblərimizin səviyyəli komandalar olduğunu nəzərə alsaq, ümumilikdə pis təsir bağışlamadıq. Ən əsası belə oyunlar daha gənc və yeni futbolçuların özünü göstərməsinə imkan yaratdı. Baş məşqçimiz Qurban Qurbanov bu yöndə daha çox çalışırdı.- İndi də keçək başqa məsələyə. Son zamanlar mətbuatda görünmürsünüz. Olmaya jurnalistlərdən incik düşmüsünüz?- Mənim mətbuatdan heç bir incikliyim yoxdur. Sadəcə özümə bir az fasilə vermişdim. Hər zaman mətbuatla yaxşı münasibətlərim olub. İnşallah, bundan sonra da jurnalistlərin qulluğunda hazıram.- Mətbuatda Belarus BATE-sinin səninlə maraqlandığını söyləmişdiniz. Lakin Belarus klubunun rəsmi saytı bu məlumatı təkzib etdi...- Doğrusu, BATE-nin mənimlə maraqlanması xəbərini menecerimdən almışdım. Mən bu məlumatı özümdən uydurmamışdım. Sadəcə, bu söhbəti çox şişirtdilər.- Yenidən “Qarabağ”a qayıdan Vaqif Cavadovdan nə gözləyirsiniz?- Vaqif Azərbaycanda yaxşı mənada ad çıxarmış futbolçulardan biridir. Bundan başqa, Azərbaycan millisinin əsas oyunçularından olub. Mənim fikrimcə, Vaqif çox güclü futbolçudur. Sadəcə, “Tvente”də zədəsi səbəbindən ehtiyatda qalması, əməliyyat olunması formasından bir qədər uzaq düşməsinə səbəb oldu. Belə hal mənim də başıma gəlib. Ancaq inanıram ki, Vaqif tezliklə öz əvvəlki formasını bərpa edəcək. Çünki Qurban Qurbanov kimi məşqçiylə işləyəcək. Düşünürəm ki, Vaqif “Qarabağ”a qayıtmağında ağıllı addım atdı. Onun çox istedadlı futbolçu olduğunu, inadkarlığını nəzər alsaq, işinin öhdəsindən gələ biləcəyini demək olar. Məncə, Qurban müəllimin də dəstəyiylə əvvəlki Vaqifi görə biləcəyik.- Yəqin bilirsən ki, AFFA İcrayyə Komitəsinin qərarına əsasən, Cavadov növbəti 5 oyunda komandasına kömək edə bilməyəcək...- Çox istərdim ki, komanda yoldaşımın cəzası azaldılsın. Əgər məndən bu yöndə dəstək olmağımı istəsələr, böyük məmnuniyyətlə razılaşardım. Düşünürəm ki, onu bağışlamaq olar. Ən azı Azərbaycan yığmasına verdiyi xeyirə görə.- “Qarabağ”ın makedoniyalı yeni pleymekeri Muarem Muarem barəsində nə söyləyə bilərsiniz?- Qurban Qurbanovun bəyəndiyi oyunçu sıradan futbolçu ola bilməz. Baş məşqçimiz onun oyununu görərək qərarını vemişdi. İnşallah, qarşıdakı oyunlarda nəyə qadir olduğunu görəcəyik. Ən əsası komandaya xeyir verməsidir.- Fevralın 10 da doğma meydanda “Simurq”u qəbul edəcəksiniz. Bu qarşılaşma haqda nə deyə bilərsiniz?- Rəqib çox çalışqan və gənc komandadır. Nəticələrə nəzər saldıqda bütün güclü rəqibləriylə görüşlərdə yaxşı təsir bağışlayıblar. Lakin biz də onlarla qarşılaşmaya ciddi hazırlaşırıq və meydana yalnlz qələbə üçün çıxacağıq.Milli.Az İrana ağır zərbələr dəyir http://www.milli.az/news/world/95549.html Ekspertlər sanksiyaların İran iqtisadiyyatını zəiflətdiyini deyirlər. Dünyada Mon, 06 Feb 2012 21:48:00 +0400 İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyalar ölkədə iqtisadiyyatın zəifləməsi, inflyasiyanın artması və valyutanın dəyərdən düşməsinə gətirib çıxarıb. Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, lakin bütün bunlar Tehranın nüvə ambisiyalarının qarşısını almaya bilər. Sanksiyalar İran iqtisadiyyatının bəzi sahələrinə böyük təsir göstərməyib.Ödəmə prosesində problem olduğundan İran gəmiləri son günlər Ukrayna taxılının idxalını dayandırıb. Birləşmiş Ərəb Əmirliyi ölkə banklarına İranın Dubayla ticarətini maliyyələşdirməyi dayandırmasını istəyib.Lakin ekspertlərin fikrincə, başqa ölkələrdə sanksiyaların tarixi və İranın fərqli və nisbətən özünə güvənən iqtisadiyyatı olduğu nəzərə alınsa, Tehran istehsal etdiyi böyük həcmdə nefti üçün istehlakçı tapa bilsə, ölkə sanksiyaların təsirini az hiss edə bilər.Milli.Az Aleksandr Starkov: "Çox şey püşkdən asılıdır" http://www.milli.az/news/sport/95539.html İdman Mon, 06 Feb 2012 21:35:00 +0400 “Bakı”nın baş məşqçisi Aleksandr Starkov azerisport.az saytına müsahibəsində komandasının transfer siyasətindən və avrokuboklardakı uğurlu çıxış etmək şanslarından danışıb:“Avrokuboklarda çox şey püşkdən asılıdır. Məsələn, ötən il “Neftçi”nin bəxti gətirmədi. Onlar ÇL-in qrup mərhələsinə qədər irəliləyən Xorvatiya çempionuna – Zaqreb “Dinamo”suna rəqib olmuşdular. Fikrimcə, biz klubun transfer siyasətini davam etdirsək, hər şey yaxşı olacaq. Bəzi yerli futbolçularla güclənmək variantı var idi. Lakin onların öz klubları ilə müqavilələrinin olması keçiddə problem yaratdı. Yayda bu məsələyə yenidən qayıdacağıq”. Milli.Az Bu metal xərçəngə qarşı effektiv vasitədir http://www.milli.az/news/health/95557.html Alimlər gümüşün çox maraqlı xüsusiyyətini kəşf ediblər. Sağlamlıq Mon, 06 Feb 2012 21:27:00 +0400 Onlar gümüşdən xərçəng hüceyrələrinə qarşı mübarizədə istifadə etməyi tövsiyə edirlər. Tədqiqatlar göstərib ki, bu metal nəinki kimya terapiyası preparatlarını əvəz edir, həm də müalicənin əlavə effektinin kəskinliyini azaldır. Trend-in məlumatına görə, bu barədə Böyük Britaniyanın Lids Universitetindən olan Şarlotta Villansın işinə istinadən "New Scientist" jurnalı yazır.Məsələn, bir sıra xərçəng şişlərinə qarşı tətbiq olunan "Cisplatin" preparatının tərkibi platindən ibarətdir. Preparat platinin atomuna birləşdirilmiş molekul qrupu əsasında alınır. Nəticədə xərçəngin hüceyrələrində dezoksiribinuklein turşusu ilə reaksiyaya daxil olan birləşmə alınır. Birləşmənin reaktivliyinə metalı əhatə edən molekullar səbəb olur.Aparılan tədqiqatlar isə gümüşün də xərçəng hüceyrələrini öldürməyə qadir olduğunu sübut edib. Ona görə də britaniyalı mütəxəssislər xərçəng əleyhinə effektiv vasitə əldə etmək üçün gümüşdən də istifadə ediblər. Alimlər müxtəlif tipli karben liqandları gümüş atomları ilə birləşdiriblər. Sonra altı gün ərzində birləşməni müxtəlif konsentrasiyada döş və bağırsaq xərçəngi hüceyrələrinə yeridiblər. Gümüş birləşmələri hər iki tip hüceyrələrə eyni dərəcədə effektiv təsir göstərib. Həmçinin, gümüşün platinlə müqayisədə daha az zəhərli olduğu məlum olub.İki uclu liqandın (müəyyən strukturun sahəsi ilə qarşılıqlı təsir edən molekul) olduğu birləşmə özünü nisbətən daha yaxşı şəkildə göstərib. Ehtimal ki, iş daha çox strukturun ayrılma prosesini uzadan və fəallığı uzun müddət ərzində dəstəkləyən sabit olmasındadır.Milli.Az Azərbaycan klubunda yeni hücumçu http://www.milli.az/news/sport/95527.html İdman Mon, 06 Feb 2012 21:20:00 +0400 “Xəzər Lənkəran” heyətini gücləndirməkdə davam edir. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi artıq kosta rikalı hücumçu Rendall Brenesin keçidini demək olar, həll edib. Qeyd edək ki, 1983-cü il təvəllüdlü bu futbolçu karyerasına “Cartagines” klubunda başlayıb. O, burda 2003-2005 mövsümündə 30 oyuna 21 qol vurub. 2005-2008-ci illər aralığında “Bodo/Glimt”də çıxış edən Brenes burda 54 oyuna 16 dəfə fərqlənib. 2008-ci ildə forvard “Kongsvinger”ə icarəyə verilib. Hansı ki, burda da 14 oyunda 7 dəfə qola sevinib. 2009-cu ildə “Kongsvinger” onu tam transfer etdikdən sonra Rendal bu komandanın daha 29 oyununda meydana çıxıb və bu dəfə də 7 dəfə rəqib qapılarına yol tapıb. 2010-cu ildə “Cartagines”ə qayıdan Brenes həmin dövrdən bəri çıxdığı 44 oyunda 22 qol vurub. Brenes 2005-ci ildən çağırıldığı Kosta Rika yığmasında 16 oyun keçirib və 5 qol vurub. Uinston Parksın həmyerlisinin cənublularla 2 illik müqavilə imzalaması gözlənilir.Milli.Az İstedadına güvən azərbaycanlı müğənni kamera qarşısında - VİDEO http://www.milli.az/news/video/95553.html Şölə Səfərəliyeva “Sən rəssam” adlı mahnısına klip çəkdirib. Video Mon, 06 Feb 2012 21:15:00 +0400 “Qaya” Dövlət Ansamblının solistlərindən biri kimi tamaşaçılara yaxşı tanış olan müğənni Şölə Səfərəliyeva sözləri və musiqisi reper Mr. Babaya aid “Sən rəssam” adlı yeni mahnısına klip çəkdirib.Milli.Az xəbər verir ki, klipin rejissoru reperin özüdür. Maraqlı ekran əsərindən məmnun qalan ifaçı, rəssam obrazının ona çox yaxın olduğunu dilə gətirdi. “Təvazökarlıqdan uzaq səslənməsin, səhnəyə ilk addımlarımı atdığım gündən həmişə özümə güvənmişəm. Ümidvaram ki, klipə baxacaq oxucularınız çəkdiyimiz zəhmətə layiq olduğu qiyməti verəcəklər. Ən azından çalışmışıq ki, tamaşaçıların zövqünü oxşayaq”.Milli.Az olaraq ilk dəfə internetdə təqdim olunan “Sən rəssam” klipini nümayiş etdiririk.Şahin Cavadsoy Milli.AzVideonu izləmək üçün aşağıdakı şəklə klikləyin. Belə icad görünməmişdi - FOTOSESSİYA http://www.milli.az/news/interest/95499.html Yaponiyada "Böyük dodaq" adlı silikon dodaq trenajoru satışa çıxarılıb. Maraqlı Mon, 06 Feb 2012 21:11:00 +0400 Milli.Az "Yomiuri"yə istinadən bildirir ki, istehsalçıların 5 müxtəlif formalı "dodaq"dan ibarət dəsti "üz əzələlərini çalışdıraraq simadakı qocalma və qırışların qarşısını aldığı" deyilir.Yeni trenajorun necə çalışdığı hələ bəlli olmasa da, reklamları çox maraqlıdır.Milli.AzBöyütmək üçün şəkillərə klikləyin. Fotolar: Yomiuri Azərbaycanın keçmiş təhsil naziri ilə vida mərasimi keçirilib - YENİLƏNİB - FOTO http://www.milli.az/news/society/95403.html Cəmiyyət Mon, 06 Feb 2012 21:05:00 +0400 21:05Fevralın 6-da tanınmış ictimai-siyasi xadim, uzun illər respublikamızda müxtəlif rəhbər vəzifələrdə çalışmış Lidiya Rəsulova ilə vida mərasimi keçirilmişdir.Vida mərasimində dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər.AzərTAc xəbər verir ki, mərhumun cənazəsi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının konfrans salonunda matəmsayağı bəzədilmiş postament üzərinə qoyulmuşdur.Mərhumun tabutu önünə Azərbaycan Respublikasının Prezidenti adından əklil qoyulmuşdur.Cənazənin ətrafına hökumət təşkilatları və müxtəlif kollektivlər adından da əklillər düzülmüşdür.Vida mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev, təhsil naziri Misir Mərdanov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov çıxış edərək Lidiya Rəsulovanın əsl şərəfli ömür yolu keçməsindən, tutduğu bütün vəzifələrdə əsl vətəndaşlıq mövqeyi nümayiş etdirməsindən insanlara səmimi münasibətindən danışmışlar.Bildirilmişdir ki, hər hansı vəzifədə çalışmasından asılı olmayaraq o, həmişə insani keyfiyyətləri, bacarığı, biliyi ilə ətrafındakılara nümunə göstərmiş, ehtiyacı olanlardan köməyini əsirgəməmişdir.Vurğulanmışdır ki, Lidiya Rəsulovanın fəaliyyəti ulu öndər Heydər Əliyevin qadınların cəmiyyətin həyatında fəal iştirakının təmin edilməsinə yönəlmiş siyasətinin nəticələrinin parlaq nümunələrindən biridir.Müstəqillik illərində təhsil naziri kimi məsuliyyətli vəzifəni şərəflə yerinə yetirmiş Lidiya Rəsulova həm də Azərbaycanın qadın hərəkatında fəal rol oynamışdır. Daim bu hərəkatın öncüllərindən biri olan Lidiya Rəsulova bütün qadınlarımızın cəmiyyətdə layiqli yerini tutmasına səy göstərmişdir.Lidiya Rəsulova dövlət qulluğunda çoxillik fəaliyyətini tamamladıqdan sonra da xalqımıza xidmət işini davam etdirmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən Gender Araşdırmaları Mərkəzi bu sahədə ilk qurumlardan biri kimi müstəsna rol oynamışdır. O, apardığı tədqiqatlarla gender məsələlərini bir elm səviyyəsinə qaldırmış, öz ətrafında güclü həmfikirlər kollektivi yarada bilmişdi. Onun keçirdiyi maraqlı görüşlər, “dəyirmi masa”lar, elmi-praktiki konfranslar yüksək peşəkar səviyyəsi ilə seçilirdi.Qeyd edilmişdir ki, dövlətimiz Lidiya Rəsulovanın xidmətlərini həmişə yüksək qiymətləndirmiş, o, bir sıra orden və medallarla təltif olunmuş, müstəqil Azərbaycan respublikasının “Şöhrət” ordeninə layiq görülmüşdür.Diqqətə çatdırılmışdır ki, Azərbaycanın görkəmli qadınları sırasında layiqli yer tutmuş Lidiya Rəsulovanın əziz xatirəsi daim qədirbilən xalqımız tərəfindən hörmət və ehtiramla anılacaqdır.Mərhumun ailəsi adından çıxış edən Emin Rəhimov Lidiya Rəsulovanın xatirəsinə göstərilən hörmət və ehtirama görə Azərbaycan Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.Sonra tanınmış ictimai xadimin cənazəsi son mənzilə yola salınmışdır.Mərhum Fəxri xiyabanda torpağa tapşırılmışdır.Allah rəhmət eləsin!---------17:48Bu gün keçmiş təhsil və sosial təminat naziri Lidiya Rəsulova ilə vida mərasimi keçirilib.Trend-in məlumatına görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) böyük zalında keçirilən vida mərasimində dövlət və hökumət rəsmiləri iştirak ediblər.Lidiya Rəsulova 71 yaşında uzun sürən ağır xəstəlikdən sonra fevralın 5-də dünyasını dəyişib.L.Rəsulova 1941-ci ildə anadan olub. 1981-1988 illərdə Azərbaycan Həmkarlar İttifaqı Şurasının sədri, 1988-1993 illərdə Azərbaycanın sosial təminat naziri, Azərbaycan Dövlət Elm və Texnika Komitəsinin sədr müavini, 1993-1997 illərdə təhsil naziri vəzifələrində çalışıb.Azərbaycan SSR Ali Sovetinin (9-cu və 10-cu çağırış) deputatı, Ali Sovetin Xalq maarifi və elm komissiyasının üzvü, SSRİ Ali Sovetinin (11-ci çağırış) deputatı, Millətlər Sovetinin Xarici işlər komissiyasının üzvü olub.---------12:18Azərbaycanın keçmiş təhsil naziri Lidiya Rəsulova vəfat edib. APA-nın məlumatına görə, Lidiya Rəsulova 71 yaşında xəstəlikdən dünyasını dəyişib. Bu gün Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasında mərhumla vida mərasimi keçiriləcək.Allah rəhmət eləsin!Milli.Az---------21:05Böyütmək üçün şəkillərə klikləyin. Foto: AzərTAc Makedoniya millisinin futbolçusu rəsmən "Qarabağ"da http://www.milli.az/news/sport/95525.html İdman Mon, 06 Feb 2012 20:59:00 +0400 Azərbaycan Premyer Liqasının növbəti oyunlarına hazırlığını Bakıda davam etdirən "Qarabağ" klubu heyətini daha bir futbolçu ilə gücləndirib.Qol.Az-ın məlumatına görə, Ağdam təmsilçisi Makedoniya milli komandasının üzvü Muarem Muaremi transfer edib.Ampluaca yarımmüdafiəçi olan 23 yaşlı futbolçu ilə 3 il yarımlıq müqavilə imzalanıb.  Makedoniya millisinin heyətində 3 oyuna çıxan pleymeykerin fevralın 10-da “Simurq”la görüşdə debüt edəcəyi gözlənilir.Qeyd edək ki, Muarem ötən mövsümü Türkiyə Bank Asya Liqasında çıxış edən "Orduspor"un heyətində keçirib. Bu komandanın heyətində 25 oyuna çıxan Muarem 4 dəfə rəqib qapıçılarını məyus etmişdi. Daha sonra ölkəsinə qayıdan gənc futbolçu yenidən "Rabotniçki" klubuna transfer olunub. Bu günə qədər 12 oyun keçirən Muarem komandasının heyətində cəmi 2 dəfə fərqlənib.Onu da əlavə edək ki, Muarem "Rabotniçki"dəki debüt matçına məhz Azərbaycan klubuna qarşı oyunda çıxıb. 2008-ci il Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində Bakıda "İnter"lə keçirilən görüşdə debüt matçına çıxan Muarem 50 dəqiqə oynamışdı. Oyun isə 0:0 hesabı ilə başa çatmışdı. Milli.Az Qış Şəmkirdə də sərt üzünü göstərir http://www.milli.az/news/society/95554.html Cəmiyyət Mon, 06 Feb 2012 20:53:00 +0400 Milli.Az-ın Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Şəmkir rayonunda qarın yaratdığı fəsadlar aradan qaldırılır. Yollarda sürüşməyə qarşı qabaqlayıcı tədbirlər görülür. Əhaliyə verilən mavi yanacağın həcmi də tələbata uyğun olaraq artırılır.Son günlər qarlı və şaxtalı hava şəraiti Şəmkir rayonu ərazisində də müşahidə olunmaqdadır. Bununla əlaqədər olaraq əhalinin təbii qaza və elektrik enerjisinə tələbatı artıb. Əgər əvvəllər abonentlər sutkada 40 min kubmetr qaz işlədirdisə, son günlər mavi yanacağın sərfiyyatı 50 min kubmetri ötüb. Şəmkir rayonunda 1 şəhər, 4 qəsəbə və 39 kənd üzrə 31.800 abonent təbii qazdan istifadə edir.Qeyri-sabit hava şəraiti rayonda elektrik enerjisinə tələbatı da artırıb. Mavi yanacaq olmayan yaşayış məntəqələrində enerjiyə daha çox ehtiyac duyulur. Buna baxmayaraq, son günlər rayonda uzun müddətli açılmalar müşahidə olunmayıb. İstiliyə olan ehtiyacın ödənilməsi əhalinin işini asanlaşdırıb. İndi şəmkirlilər qışın hər cür çətinliklərinə hazır olduqlarını deyirlər.Görülmüş qabaqlayıcı tədbirlər nəticəsində rayon mərkəzi ilə kəndlərin əlaqəsində də ciddi problem yaranmayıb. Avtomobillərin rahat və təhlükəsiz gediş-gəlişi tam təmin olunub.Avtomobil yollarında qəzaların baş verməməsi də diqqət çəkən məqamlardandır.Şəmkir rayon Dövlət Yol Polisi bölməsinin rəisi Rahib Həsənovun sözlərinə görə, ötən bir həftə ərzində rayon ərazisində yol nəqliyyat hadisəsi qeydə alınmayıb.“Azəryolservis”in yerli qurumları ilə birlikdə yollarda təhlükəsizlik tədbirləri davam etdirilir.Milli.Az İnqilab QHT-ləri təqib edir http://www.milli.az/news/world/95548.html Misirdə 43 QHT işçisi maliyyə məsələsilə əlaqədar məhkəməyə çıxarılır. Dünyada Mon, 06 Feb 2012 20:45:00 +0400 Misir təhqiqatçıları 19 ABŞ vətəndaşı da daxil olmaqla, 43 nəfərin işini məhkəməyə ötürüb. Onlar Qahirənin bildirdiyi kimi, xarici fondlardan qeyri-qanuni maliyyələr almaqla əlaqədar məhkəməyə verilib.Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, işi aparan hakimlər bazar günü açıqladığı bəyanatda bildirib ki, irəli sürülmüş ittihamlardan biri təşkilatların lisenziyasız fəaliyyətilə əlaqədardır.İşləri məhkəməyə verilən şəxslər arasında beş Serbiya, iki Almaniya, üç ərəb ölkəsinin vətəndaşı və sayı açıqlanmayan misirli olduğu deyilir. 19 amerikalıdan biri ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Misir ofisinin başçısı və ABŞ-ın nəqliyyat nazirinin oğlu Sam LaHuddur.43 nəfərin hamısına ölkəni tərk etmək qadağan edilib. Məhkəmənin tarixi isə hələ açıqlanmayıb.Obama administrasiyası Misiri qeyri-hökumət təşkilatlarının təqibinə görə kəskin tənqid edib. Bu təşkilatlardan üçünün qərargahı Vaşinqtonda yerləşir. İşlə əlaqədar çox sayda amerikalı ABŞ-ın Qahirədəki səfirliyində sığınacaq tapıb.Şənbə günü ABŞ Dövlət katibi Hillari Klinton Misirli həmkarına Qahirənin mübahisə nəticəsində hər il ayrılan 1,3 milyard dollar məbləğində yardımı itirə biləcəyinə dair xəbərdarlıq edib. Lakin Misirin xarici işlər naziri Məhəmməd Amr buna hökumətin ədliyyə orqanlarının işinə müdaxilə etmədiyi kimi cavab verib.Milli.Az Ruslar Roberto Mançinini qorxuya salmağa hazırlaşırlar http://www.milli.az/news/sport/95521.html İdman Mon, 06 Feb 2012 20:38:00 +0400 Maliyyə baxımından heç bir sıxıntısı olmayan Rusiyanın "Anji" klubu növbəti hədəfini açıqlayıb.Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisi "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kolo Tureni heyətinə qatmağa hazırlaşır."Anji" mövsümün sonunda Tureni transfer etməyi planlaşdırır ki, bu da daha çox ingilis təmsilçisinin baş məşqçisi Roberto Mansinini narahat edir.Fil Dişi Sahili millisinin futbolçusu komandanın aparıcı oyunçusu sayılır. Bu səbəbdən də Mansini onun digər komandaya vermək niyyətində deyil. Turenin də "Mançester Siti"dən ayrılmaq istəmədiyi bildirilir.Qeyd edək ki, Rusiya Premyer Liqasında qış transfer pəncərəsi fevralın 24-də bağlanacaq. Milli.Az Azərbaycanda 22 yaşlı gənc ağır yol qəzası törətdi http://www.milli.az/news/criminal/95555.html Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb. Hadisə, kriminal Mon, 06 Feb 2012 20:34:00 +0400 Milli.Az EL TV-yə istinadən bildirib ki, Yevlax-Şamaxı-Bakı yolunun 267-ci kilometrliyində ağır bədən xəsarətləri ilə nəticələnən yol qəzası baş verib.Hadisə fevralın 6-da saat 14:20 radələrində qeydə alınıb. 61-BE-341 dövlət nömrə nişanlı "VAZ-2107" markalı avtomobil Yevlax istiqamətində yüksək sürətlə hərəkət etdiyi zaman idarəetməni itərərək yolun əks istiqamətinə çıxaraq aşıb. Nəticədə avtomobildə olan 2 nəfər ağır dərəcəli bədən xəsarəti alıb.Ehtimallara görə, qəzaya səbəb sürücünün sürət həddini aşmasıdır. Hadisə yerinə Təcili və Təxirəsalınmaz Tibbi Yardım stansiyasının Yevlax rayon regional məntəqəsinin əməkdaşları gəliblər. Yaralılara ilikn yardım göstərilib və onlar məntəqəyə gətirilib. Məntəqənin böyük həkimi Fazil İsmayılovun sözlərinə görə, yaralılardan biri 1960-cı il təvəllüdlü Həsənova Solmaz Yusif qizının durumu olduqca ağırdır. Artıq yaralı üzərində cərrahiyə əməliyyatı aparılıb. Qəza nəticəsində aşan avtomobilin sürücüsü 1989-cu təvəvllüdlü Ucar rayon Çiyni kənd sakini Həsənov Eldar Şakir oğlu şokda olduğundan hadisə ilə bağlı heç nə xatırlamadığını deyib.Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırmalara başlanılıb.Milli.Az Suriya Liviyaya dönə bilər http://www.milli.az/news/world/95545.html Çin mediası Suriyaya dair rəsmi Pekinin mövgeyini dəstəkləyir. Dünyada Mon, 06 Feb 2012 20:30:00 +0400 Çinin dövlət mediası rəsmi Pekinin BMT TŞ-da Suriya məsələsilə bağlı qətnamə layihəsinə səsvermə zamanı veto hüququndan istifadə edilməsini dəstəkləyib.Milli.Az BBC-yə istinadən bildirir ki, BMT TŞ-da Çin və Rusiya birgə veto hüququndan istifadə edərək Suriyaya dair BMT TŞ qətnaməsinin qüvvəyə minməsinin qarşısını alıblar.Çin KİV-ləri Qərbin bu məsələdə tutduğu mövgeyin səhv olduğunu sübut etməyə çalışırlar.Çin mediası Qərbin prezident Bəşər Əsədi vəzifədən getməyə məcbur edən mövgeyini səhv sayır."China Daily" qəzeti yazır kı, qətnamə layihəsində real vəziyyət adekvat əks olunmamışdır.Çin mətbuatı hesab edir ki, prezident Əsədə təzyiq göstərən və onu vəzifəsindən getməsini qarşısına məqsəd qoyan qətnamə rejim opponentləri və silahlı qruplar tərəfindən dünya birliyinin onları dəstəkləməsi əlaməti kimi qarşılanacaqdı."Bu isə Suriyadakı vəziyyəti daha da mürrəkəbləşdirərdi", məqalələrdə deyilir.Şin mətbuatı misal kimi Liviyanı göstərir.Məqalədə deyilir ki, Qəzzafinin devrilməsi Liviyada demokratiya və azadlığın bərqərarlaşmasına səbəb olmadı, əksinə, ölkədə vətəndaş müharibəsini reallaşdırdı.Bu arada, Suriyada toqquşmalar davam edir. BBC müxbiri xəbər verib ki, ötən gün şəhər aramsız olaraq artilleriya atəşi açılıb. Hüquq müdafiəçiləri toqquşmalar nəticəsində 7 min nəfərin həlak olduğunu iddia edirlər.Suriya höküməti 2 min təhlükəsizlik qüvvələri əməkdaşının iğtişaşçılar tərəfindən öldürüldüyünü iddia edir.Fevralın 7-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Rusiya Xarici Kəşfiyyatının rəhbəri Mixail Fradkov Suriyaya yola düşəcəklər.Suriyaya dair BMT TŞ qətnamə layihəsini Təhlükəsizlik Şurasının 13 üzvü dəstəkləyib, Rusiya və Çin isə səsvermə zamanı veto hüququndan isrtifadə edərək qətnamənin təsdiqlənməsinin qarşısını alıblar.Milli.Az "Neftçi"nin hücumçusu Koreya və Yaponiya yığmalarına qarşı http://www.milli.az/news/sport/95523.html İdman Mon, 06 Feb 2012 20:22:00 +0400 "Neftçi" klubunun hücumçusu Bahadır Nəsimov növbəti dəfə Özbəkistan millisinə dəvət alıb.Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, adı çəkilən ölkənin komandası 2014-cü ildə keçiriləcək dünya çempionatının seçmə qrup mərhələsində mübarizə aparacaq.Özbəkistan millii fevralın 25-də Cənubi Koreya yığması ilə yoxlama oyunu keçirəcək. Bundan 4 gün sonra isə Bahadır Nəsimovun şərəfini qoruduğu yığma komanda Yaponiya millisi ilə qarşılaşacaq.Milli.Az Mixail Şvıdkoy: "Heydər Əliyev Fondu bugünkü Azərbaycan haqqında dünyanı ... http://www.milli.az/news/politics/95552.html Siyasət Mon, 06 Feb 2012 20:17:00 +0400 Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy AzərTAc-a müsahibəsində bu il oktyabrın əvvəlində Bakıda keçiriləcək Beynəlxalq Humanitar Foruma hazırlığın gedişini şərh edərək demişdir: “RF Prezidenti Administrasiyasının rəhbəri Sergey İvanov Bakı Beynəlxalq Humanitar Forumunun Təşkilat Komitəsinin sədri olmağa razılıq vermişdir”. Forum Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının bu yaxınlarda seçiləcək Prezidentinin himayəsi altında keçiriləcəkdir.O demişdir: “Təşkilat Komitəsinin məsələləri ilə Prezident Administrasiyalarının rəhbərləri məşğul olduğu üçün RF Prezident Administrasiyasının rəhbəri Sergey İvanov Forumun Təşkilat Komitəsinin sədri olmağa razılıq vermişdir, Azərbaycan ilə Rusiya arasında daha yaxşı münasibətlər yaradılmasına xeyli vaxt ayıran əvvəlki sədr Sergey Narışkin isə yeni qisimdə hökmən forumun qonağı olacaqdır. Mənim fikrimcə o, foruma hazırlıq prosesində əvvəlcə Azərbaycana səfər edəcəkdir”.M.Şvıdkoy demişdir: “Biz Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev və Prezident Administrasiyasının Humanitar siyasət şöbəsinin müdiri Fatma Abdullazadə ilə məsləhətləşərək bu qənaətə gəlmişik ki, növbəti forum bundan əvvəlki forumda yaranmış ideyaları bir qədər inkişaf etdirməlidir. Bizim fikrimizcə, əvvəlki forumda əldə edilmiş bütün müsbət nəticələri qoruyub saxlayacağıq, lakin təbii ki, hər bir işdə inkişaf və yeni keyfiyyət tələb olunur”.Mixail Şvıdkoy demişdir: “Bakı Beynəlxalq Humanitar Forumu əsasən müasir biliklərin, humanitar elmin və bütövlükdə müasir elmin insan həyatı ilə sıx bağlı olmasına, bir sıra elmi kəşf və ideyaların bəşəriyyətin mövcudluğu dediyimiz vəziyyətə transformasiyasına istiqamətlənmişdir. Bu baxımdan, bəzi adamların intellektual Davos adlandırdığı forumun ideyası, şəksiz, böyük əhəmiyyət kəsb edir, çünki müasir dövrdə istər cari siyasi həyatda, istərsə də fundamental elmlər sahəsində nələr baş verdiyini insanlara bildirmək çox vacibdir. Bu mənada düşünürəm ki, biz iqtisadiyyata, fizikaya, koqnitiv elmlərə, yəni təbii, elmi və psixoloji bilikləri birləşdirən elmlərə həsr edilmiş “dəyirmi masaları” da saxlayacağıq. Təbii ki, multikulturalizm mövzusunu davam etdirəcəyik. Bu gün biz yüksək texnologiyalar sahəsində nələr baş verməsi və həmin texnologiyaların insanın dünyanı qavramasına, müasir insanın dünyagörüşünə necə təsir göstərməsi barədə danışırıq. Bir sözlə, biz forumun əhatə dairəsini genişləndirməyə çalışacağıq. Belə ki, birinci forumda altı “dəyirmi masa” vardısa, bu dəfə onların sayı yeddi və ya səkkiz olacaqdır. Ən başlıcası, biz Nobel mükafatına, dünyada mövcud olan digər nüfuzlu mükafatlara layiq görülmüş laureatları, dünya şöhrətli aparıcı alimləri Bakı forumuna cəlb etməyə çalışacağıq, onlar müasir insanın həyatı ilə müasir elmi təsəvvürlər arasında əlaqələrin ən mühüm problemləri barədə danışacaqlar. Bu gün dünyaya yeni ideyalar təklif edən ölkələr qazanırlar. Məlumdur ki, Azərbaycanın təbii sərvətləri çoxdur, lakin mənim fikrimcə, bütün dünyada olduğu kimi, Azərbaycanın da əsas sərvəti bu ölkənin xalqı, həmin xalqın intellekti, yaratmaq və qurmaq bacarığıdır. Bu mənada belə bir forum zəruridir”.Xüsusi nümayəndə humanitar məkanın və mədəniyyətlərarası dialoqun formalaşması prosesində Heydər Əliyev Fondunun mühüm rolunu xüsusi vurğulamışdır. Mixail Şvıdkoy sonda demişdir: “Heydər Əliyev Fondunun yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin xatirəsinə hörmət və ehtiramın təbii ifadəsidir. Fonda ölkənin birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etməsi də təbiidir. Bir qayda olaraq birinci xanımlar xeyriyyə fondları və humanitar fondlar yaradırlar, bu mənada Heydər Əliyev Fondu bugünkü beynəlxalq ənənələrə uyğundur. Mənim fikrimcə, bu fond bugünkü Azərbaycan haqqında dünyanı məlumatlandırmaqla Azərbaycan üçün və Azərbaycan xalqı üçün çox mühüm iş görür”.Milli.Az "Mançester Yunayted"ə daha bir serbiyalı futbolçu http://www.milli.az/news/sport/95518.html İdman Mon, 06 Feb 2012 20:16:00 +0400 İngiltərənin "Mançester Yunayted" klubu daha bir serbiyalı futbolçunu heyətinə qatmağa hazırlaşır.Qol.Az-ın məlumatına görə, "qırmızı şeytanlar" bu dəfə "Borussiya" (Dortmund) klubunun müdafiəçisi Neven Subotiçə "elçi" düşüb."Mançester Yunayted" klubunun baş məşqçisi Ser Aleks Fergüsson uzun müddət izlədiyi futbolçunu mövsümün sonunda komandasında görmək istədiyini açıqlayıb.Mançester təmsilçisi 23 yaçlı futbolçu üçün 20 milyon avro ödəməyə hazırdır. Lakin Subotiçin "Borussiya" ilə 2014-cü ilə qədər müqaviləsinin olması "Mançester Yunayted"in işini çətinə salır.Qeyd edək ki, Subotiç 2008-ci ildən "Borussiya"nın şərəfini qoruyur. Milli.Az ABŞ və İsrail İrana qarşı birləşib http://www.milli.az/news/world/95546.html "ABŞ İranın nüvə gücü olmasının qarşısını almaq üçün İsraillə yaxından işləyir". Dünyada Mon, 06 Feb 2012 20:11:00 +0400 Milli.Az BBC-yə istinadən bildirir ki, bunu ABŞ Prezidenti Barak Obama deyib.O, NBC telekanalına müsahibəsində bildirib ki, İsrailin bu məsələni necə çözməyə dair hələ qərar vermədiyinə inanır. İsrailin İranı bahar aylarında vura biləcəyinə dair məlumatlar var.Obama deyib ki, məqsəd böhranı diplomatik yolla çözməkdir. O, eyni zamanda hər hansı çözümün masa üzərində olmadığını da bildirib.ABŞ və İsrail deyir ki, İran nüvə bombası hazırlayır. İran isə proqramlarının sülh məqsədi daşıdığını israr edir.Ötən noyabrda BMT nüvə agentliyi İAEA demişdi ki, İranın "nüvə partlayıcı qurğusunun hazırlanmasına aidiyyatı olan" sınaqlar həyata keçirməsinə dair məlumat əldə edib.O zamandan bəri ABŞ və Avropa İttifaqı İrana qarşı, o cümlədən ölkənin neft sənayesini hədəfə alan sanksiyalar tətbiq edib."Mən açıq şəkildə demişəm ki, İranın nüvə silahı hazırlaması və nüvə silahı yarışına zəmin yaratmasının qarşısını almaq üçün hər şey edəcəyik" - Obama NBC telekanalına canlı müsahibəsi zamanı deyib.O bildirib ki, Vaşinqton bu məsələdə İsraillə "hər addımı" belə dəqiqləşdirir. B.Obama deyib ki, İsrail İranın mübahisəli fəaliyyəti barədə narahatlıq keçirməkdə haqlıdır.O, yəhudi dövlətinin İrana qarşı "qabaqlayıcı hücum edə biləcəyinə inanırsınızmı" sualına cavabında deyib: "Düşünmürəm ki, İsrail nə etməli olduğuna qərar verib".B.Obama belə bir mümkün hücumdan öncə İsrailin Vaşinqtonla məsləhətləşməsinə dair suala birbaşa cavabdan çəkinib və sadəcə ABŞ və İsrailin "hər zamankından daha yaxın hərbi və kəşfiyyat məsləhətləşmələri etdiyini" söyləyib.Milli.Az