Qərbi Kaspi Universitetində “Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər” mövzusunda III Beynəlxalq Konfrans keçirilir (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Qərbi Kaspi Universitetində "Dağlar: Biomüxtəliflik, Landşaftlar və Mədəniyyətlər" adlı III Beynəlxalq Konfrans keçirilir.
Milli.Az xəbər verir ki, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsinə və dağlıq ərazilərin ekoloji, sosial-iqtisadi və mədəni aspektlərinin multidissiplinar araşdırılmasına həsr olunan konfrans müxtəlif ölkələrdən alim və tədqiqatçıları bir araya gətirib.
Konfransı giriş sözü ilə açan Qərbi Kaspi Universitetinin Qəyyumlar Şurasının sədri, professor Hüseyn Bağırov konfransın əsas məqsədi barədə məlumat verib. H Bağırov bildirib ki, Qərbi Kaspi Universitetində belə beynəlxalq konfrasında keçirilməsində əsas məqsəd dağlıq ərazilərin qlobal əhəmiyyət daşıyan təbii, ekoloji, sosial-iqtisadi, mədəni və landşaft sistemləri kimi kompleks şəkildə öyrənilməsini təşviq etmək, elmi bilik və tədqiqat nəticələrinin mübadiləsini genişləndirmək, beynəlxalq akademik əməkdaşlığı gücləndirməkdir.

"Tədbir çərçivəsində biomüxtəlifliyin qorunması, iqlim dəyişmələrinin dağ ekosistemlərinə təsiri, ətraf mühitin dayanıqlılığı, təbii və mədəni irsin mühafizəsi, dağ icmalarının davamlı inkişafı və dayanıqlı turizm kimi aktual məsələlər müzakirə olunacaq".
Tədbir çərçivəsində Milli Məclisin deputatları Ceyhun Məmmədov, Aydın Mirzəzadə Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Davamlı Dağ İnkişafı üzrə italiyalı ekspert Fabio Parisi, "ETE Academy" nin təsisçisi Vianna Hassan çıxış ediblər.

Daha sonra konfrans sual-cavab sessiyası və panel müzakirələri ilə davam edib.
Konfrans öz işinə noyabrın 6-da yekun vuracaq.
Konfrans beynəlxalq elmi ictimaiyyətin marağına səbəb olub. İştirak üçün ümumilikdə 300-dən çox yerli və xarici alim və tədqiqatçı qeydiyyatdan keçib. Onların 100-dən çoxu xarici ölkələri təmsil edir. İştirakçıların geniş coğrafiyası və elmi təmsilçiliyi konfransın dağlıq ərazilərin öyrənilməsi sahəsində beynəlxalq elmi dialoqun inkişafı, tədqiqat təcrübəsinin paylaşılması və yeni əməkdaşlıq əlaqələrinin qurulması baxımından əhəmiyyətini göstərir.
Konfransın akademik səviyyəsini və elmi təmsilçiliyini gücləndirən mühüm amillərdən biri də iştirakçılar arasında beynəlxalq səviyyədə tanınmış alimlərin yer almasıdır. Tədbirdə Stanford Universiteti və Elsevier tərəfindən hazırlanan "Dünyanın ən nüfuzlu 2% alimi" (World's Top 2% Scientists) siyahısında yer alan Qərbi Kaspi Universitetinin professorları Bassem Khan, Cem Işık, Muhammet Deceçi və Raşid İqbal da iştirak ediblər. Onların iştirakı universitetin beynəlxalq elmi potensialının və qlobal akademik əməkdaşlığa verdiyi önəmin göstəricisidir.
Konfransın mühüm istiqamətlərindən biri elmi nəticələrin beynəlxalq akademik mühitdə yayılması və tədqiqatların elmi görünürlüğünün artırılmasıdır. Əvvəlki konfransların elmi ənənələrini davam etdirən tədbir beynəlxalq elmi-metrik platformalarda qeydiyyata alınıb və elanları müvafiq platformalarda yayımlanıb. Konfrans çərçivəsində təqdim olunan materiallar elmi qiymətləndirmə və seçim prosesindən keçirilmiş, Scopus beynəlxalq elmi məlumat bazasında indeksləşdirilmişdir. Bu, tədqiqat nəticələrinin beynəlxalq elmi dövriyyəyə daxil edilməsi, müəlliflərin elmi töhfələrinin daha geniş auditoriyaya çatdırılması və dağlıq ərazilərlə bağlı aktual problemlərin beynəlxalq tədqiqat gündəliyində daha geniş təmsil olunması baxımından əhəmiyyət daşıyır.
Konfrans Qərbi Kaspi Universitetinin beynəlxalq və regional tərəfdaşlarla əməkdaşlığı çərçivəsində təşkil olunur. Əsas tərəfdaşlar sırasında BMT-nin Dağ Tərəfdaşlığı (UN Mountain Partnership), Dağlıq Regionların Davamlı İnkişafı üzrə Qafqaz Şəbəkəsi (Sustainable Caucasus), Beynəlxalq Dağçılıq Federasiyası (UIAA) və digər qurumlar yer alır.
Qərbi Kaspi Universitetində keçirilən III Beynəlxalq Konfrans dağlıq ərazilərin davamlı inkişafı istiqamətində elmi biliklərin və beynəlxalq təcrübənin paylaşılması, yeni akademik tərəfdaşlıqların qurulması və qlobal ekoloji çağırışların həllinə elmi töhfələrin təşviqi baxımından əhəmiyyətli beynəlxalq platformadır.
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Əlövsət Polad vəfat etdi
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
XƏBƏR LENTİ
-
Premyer Liqa: "Turan Tovuz" səfərdə "Qarabağ"a qalib gəlib
-
Əlövsət Polad vəfat etdi
-
Prezident İlham Əliyevin sosial media hesablarında Birinci xanım Mehriban Əliyeva ilə birgə Cəbrayıl və Zəngilan rayonlarına səfərinə dair videoçarx paylaşılıb - (Video)
-
Duranın Azərbaycan bayrağına reaksiyası gündəm oldu - (Video)
-
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
-
Suraxanıda söküntü qalmaqalı: Sahibkarların tələbi nədir?
-
Sergen Yalçın Türkiyə millisinin heyətini açıqladı - Kerem dəvət edilmədi
-
"Qarabağ"dan Yankoviç və Silva açıqlaması
-
Prezident İlham Əliyev: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi (TAM ÇIXIŞ)
-
Prezident İlham Əliyev: Xalqımız və gələcək nəsillər Zəfərimizlə daim fəxr edəcəklər
-
Naxçıvanın Bakıdakı daimi nümayəndəliyi ləğv olundu
-
ADNSU-nun kollecində yeni şöbə müdiri 10-dan çox işçini işdən çıxarıb – İDDİA - Yenilənib
-
Azərbaycan daha bir Konvensiyaya qoşulur
-
Zəfər Gününə həsr olunmuş “Zəfərimizin sədası” adlı sosial-mədəni tədbir keçirilib - (Foto)
-
Ər-arvadın qətlində şübhəli bilinən şəxsin işi məhkəməyə göndərildi
-
Tanınmış rəqqasə Təranə Muradovanın nəvəsinin Azerbaijan Dance Festival-da parlaq debütü - (Video/Foto)
-
Daha iki azərbaycanlı Gürcüstandan ölkəyə ekstradisiya edildi
-
Fransada etirazlar zamanı 600-dən çox şəxs saxlanılıb, 112 polis yaralanıb
-
Ərzaq bazarında ucuzlaşma: Ən çox hansı məhsulların qiyməti düşüb?
-
8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təqdim edildi - (Foto)
-
“Ginnesin Rekordlar Kitabı”na düşən avtomobil hərraca çıxarıldı
-
"Dnepr"in futbolçusu Azərbaycan millisinə dəvət aldı
-
Fransanın hava məkanında 4 təyyarə ilə bağlı bomba həyəcanı
-
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edildi





