“Xarıbülbül əfsanəsi” sənədli filmi Parisdə Rex kinoteatrında nümayiş olunacaq - VİDEO - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycanın Fransadakı səfirliyi, UNESCO yanında Daimi Nümayəndəliyi və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının dəstəyi ilə Parisdə Rex kinoteatrında 2-ci "Kino İrsi" Beynəlxalq Film Festivalının açılış mərasimi keçirilib.
Trend xəbər verir ki, festival çərçivəsində UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının və Azərbaycan Respublikasının İsveçdəki Səfirliyinin dəstəyi ilə, isveçli fotoqraf və rejissor Mikael Silkeberq tərəfindən lentə alınmış "Xarıbülbül əfsanəsi" və "Odin kodu" adlı sənədli filmlər Parisdə Rex kinoteatrında noyabrın 7-də nümayiş olunacaqdır. Xatırladaq ki, "Xarıbülbül əfsanəsi" Azərbaycanın musiqi paytaxtı Şuşa işğaldan azad olunduqdan sonra onun tarixi əhəmiyyəti və zəngin mədəni irsi barədə lentə alınmış ilk sənədli filmdir. Filmdə, həmçinin qələbə və azadlıq rəmzinə çevrilmiş xarı bülbül gülünün simvolik rolundan bəhs olunur. Festival çərçivəsində nümayiş olunacaq "Odin kodu" filmi isə Azərbaycan və Skandinaviya ölkələri arasında qədim tarixə əsaslanan əlaqələrdən və bu əlaqələrin öyrənilməsinə böyük əhəmiyyət verən məşhur norveçli alim və səyahətçi Tur Heyerdalın ölkəmizə səfəri, Ümummilli Lider Heydər Əliyevlə görüşlərdə səsləndirilən fikirlərdən bəhs edir.
Açılış mərasimində Qırğızıstanın Fransadakı səfiri Sadıq Şer-Niyaz, festivalın təşkilatçıları çıxış edərək festivalı açıq elan etmiş, festivala verdiyi dəstəyə görə Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevaya, UNESCO yanında daimi nümayəndə Elman Abdullayevə və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi Seymur Fətəliyevə təşəkkürünü bildirmişdir.
Festival hər il kinonun beşiyi olan Parisdə "AITYSH France" assosiasiyası tərəfindən təşkil olunur. Festivalın əsas məqsədi yeni reallıqlar və obrazları təqdim etmək, istedadları təbliğ etmək və filmləri dünya kino irsinə çevrilmiş kinorejissorların müstəsna dünyasına qayğı göstərmək, insanlardan və mədəniyyətlərdən bəhs edən filmləri nümayiş etdirmək, mədəniyyətlər və millətlər arasında dialoqu inkişaf etdirməkdir.
Festivalın prinsipi unikal kino dili ilə tolerantlıq, qarşılıqlı anlaşma, mehribanlıq, mədəni müxtəlifliyin və birliyin qorunması mesajı verməkdir.
2-ci "Kino İrsi" Beynəlxalq Film Festivalının açılış mərasimində Fransada akkreditə olmuş diplomatlar, Fransanın, eləcə də iştirakçı ölkələrin mədəniyyət və incəsənət xadimləri, festival çərçivəsində nümayiş olunacaq filmlərin rejissorları, aktyorları, yerli ictimaiyyətin və Parisdə yaşayan müxtəlif xalqların diaspora nümayəndələri iştirak ediblər.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Musiqi, balet və teatrın dünya ulduzları Bakı Beynəlxalq İncəsənət Festivalında - (Foto)
-
Gəncə Dövlət Filarmoniyası Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalında silsilə konsertlərlə çıxış edəcək
-
Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq
-
MEMİM bu il də “Sənət inciləri” layihəsi ilə Üzeyir Hacıbəyli festivalına töhfə verəcək
-
Vokal məktəbindən dünya səhnələrinə - Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı yeni adlar kəşf edir - (Foto)
-
Azərbaycanın gənc vokal ifaçısı Batumidə keçirilən III Beynəlxalq Vokal Müsabiqəsində mükafata layiq görülüb - (Foto)
XƏBƏR LENTİ
-
Azərbaycanın ilk sərhədçi generalı vəfat etdi
-
Həftəsonu hava dəyişəcək: Leysan yağacaq, dolu düşəcək - Proqnoz
-
Pensiyalar 10 faiz artdı
-
Azərbaycan millisinin heyəti açıqlandı - 30 futbolçu
-
Milli Musiqi Günü münasibətilə vağzalda fləşmob keçirildi - (Video)
-
Məşhur müğənni 15 ildən sonra Suriyada konsert verdi
-
Hörmüz boğazında tankerə hücum edildi
-
Afra Saraçoğlu da saxlanıldı
-
Ermənistanın keçmiş Baş nazirinin qardaşı saxlanıldı
-
Formula-1 ilə əlaqədar Bakıda bu yollar bağlanacaq - Tarixlər
-
"Arda Güler “Barselona”ya gedəcəkdi, o açıqlamadan sonra qərarını dəyişdi"
-
Ölkədə ətin qiyməti bahalaşacaq?
-
Kadırovun 18 yaşlı oğlu çıxışı ilə gündəm oldu - (Video)
-
Oğurluq edən "Cennifer Lopez" saxlanıldı
-
Saxlanılan şəxslər Azərbaycanda dini xadimlərə qarşı sui-qəsd hazırlayıblar - DTX - (Video)
-
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
-
Hərbi xidmət keçmədən “yararlı” hərbi bilet almaq mümkündürmü?
-
Türkiyədə 17 yaşlı qızlarını zəncirləyən valideynlər tutuldu: “Qızını döyməyən dizini döyər” - (Video)
-
Rusiya ordusunun 1668 günlük müharibədə itkiləri açıqlandı
-
Tbilisidə 55 uşaq və bir əməkdaş zəhərləndi
-
DTX terror təşkilatlarının kriptovalyuta üzərindən maliyyələşdirilməsini aşkarlayıb
-
Conidən evli olması xəbərinə reaksiya
-
Bakıda 13 yaşlı qız hamilə qaldı, 18 yaşlı oğlan həbs edildi
-
ABŞ qırıcısı qəzaya uğradı





