Sağlamlıq

Sodalı suyun faydaları

18 Noyabr 2016 00:44
8 Şərh     Baxış: 41 376
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Soda (karbonat) evdə geniş istifadə edilən məhsullardan biridir. Amma onun tibbi tərəflərini hər kəs bilmir.

Milli.Az axşam.az-a istinadən bildirir ki, soda müntəzəm istifadə edildikdə bədənin turşu balansını azaldır.

Sodalı su içmək mədə qıcqırmasının qarşısını alaraq turşunu təsirsiz hala gətirir.

Bir stəkan suya qarışdırılan sodanı içmək iltihabın və köpün qarşısını alır. Beləcə, həzm pozuntusu problemi yaşamamış olursunuz.

Sodalı suyu hazırlamaq üçün 1 litr yarım suya ehtiyacınız var. Suyu geniş bir qaba boşaldıb içinə 1 çay qaşığı soda əlavə edin. Soda əriyənə qədər qarışdırın. Ya da suyu bir şüşə qaba boşaldıb soda əriyənə kimi çalxalaya bilərsiniz.

Sodalı suyu yeməklərdən yarım saat əvvəl içməlisiniz. Yemək yedikdən 1 saat sonra da sodalı su içə bilərsiniz.

Qeyd edək ki, bədəndəki turşuluğun çox olması sümük əriməsi, (osteoporoz) , sümük iltihabı (artryt) və hətta, xərçənglə də bağlı ola bilər. Sodalı su bunun da qarşısını almağa yardımçı olur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.