Maraqlı

Tökülən qaşlar üçün MASKA

10 Fevral 2017 23:01
9 Şərh     Baxış: 13 285
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Qaşın forması və qaşlarınızın gur olması gözün quruluşunu önə çıxartmaq üçün olduqca əhəmiyyətlidir. Qaşları daim eyni nöqtədən almaq o bölgədə tük çıxmasını əngəlləyir. Zamanla da qaşlarınız tökülür və seyrəkləşir.

Qaşları gurlaşdırmaq üçün istifadə edilən kosmetik vasitələr də işə yaramaya və tökülməni daha da sürətləndirə bilər. Milli.Az lent.az-a istinadən bunun qarşısını almaq üçün üsul təqdim edir.

Qalın qaşlara sahib olmaq üçün qaşlara hindqozu yağı ilə qulluq edin.

Hindqozu yağı istifadə etmədən əvvəl qaşlarınızda boya olub-olmadığından əmin olun. Hindqozu yağına bir az zeytun yağı da əlavə edin. Qarışımı şüşə qabda hazırlayaraq, yaxşı təmizlənmiş qaşlarınıza çox dərinizə təmas etmədən sürtə bilərsiniz. Bu qarışımı hər gecə yatmadan əvvəl tətbiq etsəniz, qısa müddətdə təsirini görərsiniz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.