Kulinariya

Göbələklə pxali

9 Oktyabr 2016 07:00
49 Şərh     Baxış: 5 672
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Milli.Az gürcü mətbəxindən göbələklə pxalinin hazırlanma qaydasını təqdim edir

Pxali - gürcü qəlyanaltılarından ən məşhurudur. Paştetə bənzəyən bu təamı çox vaxt çörəyin, ya da lavaşın üzərinə çəkib yeyirlər. Pxalini adətən qoz, acı qırmızı istiot, sarımsaq, keşniş, duz və əsas ərzaq - ya ispanaq, ya yaşıl lobya, ya çuğundur, ya göbələk, ya kələm, ya da hətta gicitkəndən - hazırlayırlar. Bugünkü əsas ərzaq göbələkdir. 

Tərkibi (4 pay): 

500 q şampinyon

1 baş soğan

1 dəstə keşniş

150 q qoz

1 çimdik çili istiotu 

bitki yağı (zövqə görə)

nar dənələri (zövqə görə)

duz

Göbələklə soğanı təmizləyin. Azca bitki yağı ilə ağzıbağlı tavada tam hazır olunca bişirin. Ocaqdan götürüb soyudun. 

Bütün ərzaqları ət maşınından keçirin. Yaxşıca qarışdırıb dadına baxaraq duz əlavə edin. Alınan kütlədən kürəciklər düzəldib boşqaba yığın, üzərini nar dənələri ilə bəzəyin. 

Nuş olsun! 

resept: sovkusom.ru 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.