Dəvə ətini yemək yəhudilikdə qadağandırmı?

22 Oktyabr 2016 21:45

Ümumilikdə yəhudi dinində cütdırnaqlı və gövşəyən heyvanların əti halal sayılır. Lakin 4 növ heyvan istisna olunur: dəvə, dovşan, qayadovşanı və donuz.

Milli.Az islam.az-a istinadən bildirir ki, bunların ilk üçü gövşəsə də, cütdırnaqlı sayılmadığı üçün, donuz isə cütdırnaqlı olsa da, gövşəmədiyi üçün yəhudilərə haram edilib. Bu barədə Tövratın "Levit" kitabının 11-ci fəslində, 1-8-ci cümlələrdə məlumat verilir. Orada deyilir: "...Gövşəyən, yaxud dırnağı ikiyə bölünən heyvanlardan bunların ətini yemək haramdır: dəvənin, çünki gövşəsə də, dırnağı tam bölünməyib. O, sizin üçün napak sayılır..."

Milli.Az