Kiçikölçülü “3D” printer təqdim edilib

12 Noyabr 2016 07:41

"3D" printerlər inanılmaz imkanlar təqdim edir: stəkan, üzük, protez və bir çox başqa əşyalar çap etmək mümkündür, amma əksər insanlar bunun üçün böyükölçülü printerlərdən istifadə etmək məcburiyyətindədir. "PocketMaker 3D" -  bu, əl çantasına yerləşən kiçik yığcam printerdir.

Milli.Az ICTnews-a istinadən bildirir ki, zəngli saat ölçüsündə olan "PocketMaker 3D" printerini masanın üzərinə qoyaraq adi cihaz kimi istifadə etmək olar.

Kiçikölçülü printerin yaradıcıları iddia edirlər ki, bu qurğu adi böyükölçülü printerdən dəfələrlə ucuz başa gələcək və çap sənaye printerində olduğu kimi alınacaq.

Milli.Az