Dünyanın ən böyük onlayn-satış şirkətlərindən olan "Amazon" Milad bayramı münasibətilə reklam videoklipi hazırlayıb.
Milli.Az bildirir ki, "Amazon Prime"nin sifarişi ilə hazırlanmış reklamın "qəhrəman"ları keşişlə imamdır.
Uşaqlıq dostları olan bu şəxslər bir-birlərini bayram münasibətilə təbrik edirlər.
Bəstəkar Lüdoviko Eynaudinin "İ Giorini" bəstəsinin sədaları altında yaşananları Britaniyada tamaşaçılar çox bəyəniblər.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin: