Şou-biznes

"Atam dedi ki, "şortik"də toyda nə işin var?" - VİDEO FOTO

30 Yanvar 2017 15:11
8 Şərh     Baxış: 4 300
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pul şirnikdirirdi deyə, toya yenə gedirdim.

ARB TV-nin "Gəlin danışaq" proqramının növbəti qonağı məşhur müğənni Ramal İsrafilov olub.

Milli.Az xəbər verir ki, olduqca maraqlı açıqlamaları ilə diqqət çəkən sənətçi, atasının müğənni olmağa yaxşı baxmadığını bildirib:

"Atam el şənliklərinə gedirdi. Qoymurdular məni. Şadlıq sarayında evimiz arasındakı məsafə yaxın idi. Qaçırdım evdən. Saat 6-da toy başlayırdı, 1-də qurtarırdı. 7 yaşım var idi, amma mən evdə tapılmırdım. Hər dəfə atam gəlirdi ki, bunu kim buraxıb, görürəm dayanıb orada. Mən də orada olanda toy yiyələri çıxardırdılar məni, atam da əsəbiləşirdi ki, bu viddə "şortik"də niyə gəlmisən? Çıxırdım stolun üstünə oxuyurdum. Bir də görürdün evə gəlirəm və görürəm ki, cibim pulnan doludur. Pulları sinəmə doldururdular. Bu pul da məni şirnikdirirdi. Ona görə də, hər dəfə qaçıb gedirdim. Ondan sonra özləri atama dedilər ki, mütləq gələndə Ramalı da gətir. Uşaq idim deyə mənə çox pul verirdilər. Səhəri gün univermaqda xərcləyirdim o pulları. Qardaşlarım da məni görüb həvəslənirdilər".

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.